Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

araz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Redaksiyamızın kollektivi qəzada həyatını itirənlərə Böyük Allahımızdan rəhmət diləyir, doğma-yaxınlarına dərin hüznlə başsağlığı verir! 

araz.az xəbər portalı.