rus-gazetesi-yeni-d-nya-d-zeni-erdo-an-putin-ve-trump-i-birli-iyle-kurulmal-600x369.jpg


 Qəndil (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir – red.) Afrində PYD-nin (PKK terror təşkilatının Suriya qanadı – red.) Afrindəki itkilərini kompensasiya etmək üçün mahala 600 terrorçu göndərib.

Araz.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, PKK terrorçuları Münbic və Kobani kimi bölgələrdən 2 min nəfər dinc sakinlə birlikdə “vətəndaşlara həmrəylik ziyarəti” adı altında Afrinə gətirilib.

Xəbərə görə, terrorçular Rusiya və Suriya rejiminin nəzarətində olan Tel Rifat bölgəsindən keçərək Afrinə daxil olub. Təhlükəsiz mənbələrin məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri və kəşfiyyat qurumları peyk şəkillərinə baxdıqdan sonra terror konvoyunu analiz edib. Konvoyda olan dinc əhali və terrorçuların sayı, həmçinin daşıdığı silahlar ətraflı araşdırılıb.

Konvoyla, xüsusilə Afrindəki terrorçuların istədiyi zenit sistemlərinin göndərildiyi bildirilir.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının açıqladığı məlumata görə, Afrində 1000-ə qədər terrorçu öldürülüb.  /Publika.az/

 

araz.az xəbər portalı.