Şimal qonşumuz Rusiyada zaman-zaman Azərbaycanın üzərinə qısqırdılan propaqandist köpəkləri kimi, cənub qonşumuz İranda da daim bizə qarşı kin qusmağa hazır olan fars şovinist sürüsü var.

O sürüdəki ən başda gələn “goreşən”lərdən biri də Seyid Həsən Amulidir. Azərbaycana qarşı barışmaz düşmənçiliyi ilə tanınan qatı panfarsçı, Ərdəbilin imam-cüməsi Seyid Həsən Amuli bu günlərdə Ərdəbildə keçirilən və İranın Radio və Televiziya Təşkilatının “Xəbər şəbəkəsi” kanalında yayımlanan bir tədbirdə növbəti dəfə Azərbaycana, eləcə də, Türkiyə əleyhinə təhqiramiz ifadələrə yol verib.

Bu hadisədən sonra İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Seyid Həsən Amulinin anti-Azərbaycan ifadələrinə görə İran tərəfinə sərt etiraz bildirilib. Eyni zamanda, son zamanlar İranda əhali arasında açıq şəkildə Azərbaycan əleyhinə əhval-ruhiyyənin körüklənməsi ilə əlaqədar narazılığımız iranlı diplomatın diqqətinə çatdırılıb, Azərbaycana qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.

Bəs, molla rejimi bu tələbimizə əməl edəcəkmi?

Böyük ehtimalla, yox!

Çünki İranın ali dini rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amuli bundan əvvəl də dəfələrlə Azərbaycan əleyhinə xoşagəlməz ifadələr səsləndirib. Lakin onu Ərdəbilə nümayəndə və imam-cümə təyin edən ayətullah Xamenei onun anti-Azərbaycan çıxışlarına indiyə qədər heç bir münasibət bildirməyib. Çünki Amulinin o cür danışmasında Xameneinin özü də maraqlıdır.

Ona görə, Xamenei bu dəfə də Amuliyə “gözün üstə qaşın var” deməyəcək.

Amulini susdurmağın ən yaxşı yolu, Ərdəbil camaatının onu oradan iti qovan kimi qovması ola bilər. Bu addım İranın molla rejiminin özünə də yaxşı dərs olar, Azərbaycan əleyhinə qısqırtdıqları propaqandist köpəklərin ipini yığarlar.

Bəybala MİRZƏYEV.

P.S.

Ərdəbildən olan güneyli soydaşlarımızın bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklərinə əsla şübhə etmirəm.

MÜƏLLİFDƏN:

Məlumata görə, İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu gün Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan XİN bu barədə rəsmi məlumat da yayıb. Məlumatda deyilir:

“Görüş zamanı ötən ilin 29 dekabrında Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısısına qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.

Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.

Həmçinin İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib.

Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunub.

Eyni zamanda, Azərbaycana qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub”.

araz.az xəbər portalı.