Quşla toqquşmaq əksər hallarda ciddi qəzaya səbəb olmur. araz.az xəbər verir ki, bunu Fransanın Mülki Aviasiyanın təhlükəsizliyi Agentliyinin (BEA) adını açıqlamayan eksperti yerli KİV-ə müsahibəsində bildirib.
Ekspert qeyd edib ki, quşla toqquşmalar aviasiya qəzalarının 8 faizindən azını təşkil edir və bu göstərici ilbəil azalır. Quşla toqquşma əksər hallarda yalnız maddi ziyana səbəb olur və füzelyajı zədələyir.
“Lakin mühərrikə bir neçə quş girdikdə zərər çox böyük ola bilər. Xüsusən də, kompressor zədələnərsə ciddi nasazlıq yarana, hətta mühərrik dayana bilər”, – deyə, ekspert vurğulayıb. /avtosfer.az/
araz.az xəbər portalı.