Reallıq belədir: Avropanın Rusiya qazından imtinasi Azərbaycan qazının imkanlarıni genişləndirir.
Ukraynanın Rusiya qazının Mərkəzi Avropaya tranzitindən imtina etməsi, Kremlin böyük bazar itirməsinə səbəb olur. Bununla da, Rusiyanın Avropaya qaz ixracına böyük maneələr yaranır. Federasiyanın milyardlarla dollar vəsait itirəcəyi danılmazdır. Bu, Rusiyanın valyuta ehtiyatlarının tükənməsinə də gətirib, çıxara bilər.
Avropa Rusiyanın Qərb banklarında vəsaitini də bloklayib. Bir tərəfdən qaz alışını dayandırdı, digər tərəfdən sanksiyaları da genişləndirir. ABŞ-ın əsas strateji hədəfi də, Avropanın Rusiya qazından asılılığına son qoymaq idi.
Rusiya Türkiyə vasitəsilə çalışacaq ki, öz qaz ixracını həyata keçirsin. Avropa İttifaqı müəyyən dərəcədə buna yaşıl işıq yandıra bilər. Amma, ABŞ-ın burada siyasəti Trampın verəcəyi qərardan aslıdır.
Avropa Rusiya qazından imtina etməklə, öz enerji müstəqilliyini də təmin etmiş oldu. Demək olar ki, bu, Rusiya və Avropa arasında dərin uçurum yaranmasına gətirib çıxardı. Ukraynanın belə bir qərar qəbul etməsi Vasinqton və Londondan verilən təlimatlar əsasında həyata keçirildi.
Rusiya çalışacaq ki, Türkiyə və Azərbaycan vasitəsilə qaz nəqlini reallaşdırsın. Amma, Azərbaycanin texniki imkanları milyardlarla kubmetr Rusiya qazının daşınmasına imkan vermir. Azərbaycanın Rusiya qazının alışına getməsi də riskilidir. Belə olarsa, Qərb Azərbaycan qazına sanksiyalar da tətbiq edə bilər.
Azərbaycan üçün Avropanin qaz bazarında unikal şərait yaranib. Vaxtilə “Qazprom” İtaliyada TAP qaz boru kəmərinin çəkilməsinin qarşısını almaq üçün “ekofəalllardan” istifadə edirdi. Rusiya daim Azərbaycan qazının Avropaya ixracına qısqanclıqla yanaşırdı. Artiq, Rusiyanın qazına blok qoyulub. Nəticənin yaxşı olmayacağı göz qabağındadır.
Məhəmməd ƏSƏDULLAZADƏ,
Azərbaycan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert.
araz.az xəbər portalı.