Bakıda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirən şəxsin kimliyi müəyyən olunub və o saxlanılıb.
Bu barədə Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O qeyd edib ki, faktla bağlı müvafiq olaraq araşdırmalar aparılır, təfərrüatları öyrənilir.
[bt_youtube url=”https://youtu.be/WuXYLYqGKng” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.