Adı müdhiş cinayətlərdə hallanan bu şəxs necə yeni vəzifə tuta bilər?!
Araz.az saytı da, vaxtılə, onun qanunsuz əməlləri barədə yazılar dərc edib
2013¬ci ilin dekabr ayının ortalarında Dövlət Gömrük Komitəsi (DGK) Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılması ilə bağlı sensasion bir məlumat yaydı. Komitənin mətbuat xidmətindən ölkə mediasına verilən məlumata görə, Mirməhəmməd Seyidov məzuniyyətdə olduğu müddətdə, ailəsinin müalicəsi ilə əlaqədar, 2013-cü il dekabr ayının 9-da Türkiyənin İstanbul şəhərinə gedib. 2013-cü il dekabrın 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən, o, Qars Hava Limanında polis tərəfindən saxlanılıb. Və… … Məlumatda o da bildirilirdi ki, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar, bəzi məlumatların dəqiqləşdirilməsi üçün, gömrük rəisi İqdır Vilayət Prokurorluğuna dəvət edilib.
Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı Baş Konsulluğu tərəfindən bu məsələnin tezliklə həlli istiqamətində lazımi tədbirlər görülüb.
Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov da, onda Sədərək gömrük rəisinin həbsinə münasibət bildirdi. Mətbuata açıqlamasında dedi ki, Naxçıvanın Sədərək Gömrük-Keçid Məntəqəsinin rəisinin və bir neçə iş adamının qardaş ölkədə tutulması məsələsi nəzarətdə saxlanılır. Baş konsul onu da qeyd etdi ki, bu, İstanbul Konsulluğunun ərazisi olmadığı üçün, məsələ ilə, birbaşa Azərbaycanın Qarsdakı Baş Konsulluğu məşğul olur. Amma onlar da, məsələdən xəbərdarlar və nəzarətdə saxlayırlar.
Onda Həsən Zeynalov, azərbaycanlı məmurun məsuliyyətə cəlb olunacağı təqdirdə, cəzasını Türkiyədə, yoxsa Azərbaycanda çəkəcəyi məsələsinə də, münasibət bildirdi. Dedi ki, hələ istintaq yenicə başlayır, məsələ tam məlum deyil. Hər şey aydınlaşdıqdan sonra, bunlar barəsində danışmaq olar, hələ tezdir.
Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı həbs olunan gömrük xidməti polkovniki Mirməhəmməd Seyidov xeyli müddət İğdır polisinin təcridxanasında saxlanıldı.
Onda Türkiyə qaynaqlarına istinadən mətbuat onu da yayımladı ki, Azərbaycanın İğdırdakı konsulu Asiman Əliyev gömrük rəisinin həbsi ilə bağlı İğdır Emniyyet Müdürlüyünə gedib. Lakin ona gömrük rəisi ilə görüşməyə icazə verilməyib. Ona qarşı hansı ittihamların irəli sürüldüyü də, konsula məlum olmayıb. Konsula yalnız onu deyiblər ki, Mirməhəmməd Seyidov və Türkiyənin Naxçıvanla sərhəddəki Dilucu Gömrük Postunun əməliyyat zamanı saxlanılan işçilərinin tezliklə məhkəməyə çıxarılacaqları gözlənilir.
Onda, Dövlət Gömrük Komitəsi Sədərək Gömrük-Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılmasına bir neçə dəfə münasibət bildirsə də, əsl səbəb barədə bir açıqlama vermədi. Eləcə: «Hazırda Mirməhəmməd Seyidovun saxlanmasının səbəbləri ilə bağlı komitə araşdırma aparır» ¬ deməklə kifayətləndi. Doğrusu, dekabrın 17¬də, Bakı vaxtı ilə saat 15.30-da İstanbul-Qars reysi ilə uçan təyyarədən enərkən, dərhal əlləri qandallanan Mirməhəmməd Seyidovun barəsində Türkiyə mətbuatı ağlagəlməz və xoş olmayan məlumatlar yaydı. Türkiyədə keçirilən rüşvət əməliyyatlarında həbs olunan və sonradan azadlığa buraxılan rəis barədə bizə də yeni ilginc məlumatlar ötürüldü.
Bildirildi ki, Azərbaycan hakimiyyəti Mirməhəmməd Seyidovun azadlığa buraxılması ilə bağlı çoxsaylı cəhdlər edib.
İddialara görə, Azərbaycan hakimiyyəti ilə Ərdoğan arasında “nurçu məsələsi” tam həllini tapmadığı üçün, Seyidovun azadlığa buraxılması mümkün olmayıb. Nəhayət, Azərbaycan hakimiyyəti ölkədə nurçu məktəblərinin bağlanması qərarını verdikdən və bununla da, nurçulara sarsıcıdı zərbə vurduqdan sonra, Seyidovun azadlığa buraxılması reallaşıb. Iddia olunurdu ki, Seyidov məhz bu məsələyə görə azadlığa buraxılıb.
Azadlığa buraxılandan dərhal sonra Mirməhəmməd Seyidovun Istanbul reysi ilə birbaşa Bakıya gətirilməsi də təsadüfi deyildi. Məlumatlarda bildirilirdi ki, hakimiyyət ona görə narahatdır ki, Mirməhəmməd Seyidov Türkiyə istintaqçıları tərəfindən sorğu-sual edilərkən başağrısına səbəb ola biləcək informasiyalar verə bilərdi. Əslində, Mirməhəmməd Seyidovun azadlığa buraxılması üçün cəhdlərin kökündə, elə, bu dayanırdı. Bildirilirdi ki, Sədərəyin gömrük rəisi Bakıya “istintaqa” çəkilmək üçün gətirilib. Hakimiyyət Seyidovdan Türkiyədə sorğu-sual edilən zaman nə danışdığını dəqiqliklə öyrənmək istəyir. Öncə doğruluğuna şübhə etdiyimiz bu məlumatların doğruluğuna, rəisin əməlləri ətrafında sonradan araşdırma apararkən özümüz şahidlik etdik ¬ dəyərli həmkarlarımız hələ nə yazıblarmış ki?! Jurnalist araşdırmaları zamanı «Araz» Media Qrupunun araz.az saytının əməkdaşları Mirməhəmməd Seyıdovun qanunsuz əməlləri, özbaşınalıqları barədə ortaya ŞOK yaradacaq elə faktlar çıxardılar ki… Yazmaqla, qurtaran da deyildi. Amma nə olsun: Rəis işdən çıxarılsa da… Bu yaxınlarda Muxtar Respublikada yaradıcılıq ezamiyyətində olan əməkdaşımızın özü ŞOK yaşayıb; Mirməhəmməd Seyidovu daha rahat vəzifə kreslosunda əyləşən görüb, özü də harada, Naxçıvan MR¬in Gömrük Komitəsində. Gözlərinə inanmayıb, paytaxta dönərkən, Mirməhəmməd Seyıdovun korrupsiya ilə «bər¬bəzəkli» olan əməllərindən bəhs edən və araz.az saytında dərc olunan araşdırma yazılarımızı ortaya çıxarıb. Deyir ki, qoy, dəyərli oxucularımızın özləri bir nəticəyə gəlsinlər ¬ axı, bu, necə ola bilər?! Araz.az saytı olaraq, həmin yazıların bir neçəsini təkrar dərc edirik:
ŞOK … DTX Sədərək Gömrüyünün rəisini və bir neçə gömrükçünü istintaqa cəlb edib
Mirməhəmməd Seyidovun narkotik ticarəti üzə çıxdı
Araz.az saytı Sədərək Gömrük İdarəsi rəhbərinin qeyri-qanuni əməlləri haqqında və burada baş verən qanunsuzluqlar barədə bir neçə yazı verib. Şok yaradacaq daha bir məlumatı isə, bu günlərdə almışıq. Naxçıvan Dövlət Təhlükəsizlik Xidmətinin narkotik tərkibli dərman əməliyyatının uğurla baş tutması haqqında olan bu məlumatın “əsas qəhrəmanları” da həmin şəxslərdir.
Məlumatda bildirilir ki, DTX Naxçıvan Dövlət Gömrük Komitəsi tərəfindən Hava Nəqliyyatında Gömrük İdarəsi vasitəsi ilə qanunsuz buraxılan 1200 000 min ədəd, ümumi çəkisi 700 kq olan narkotik tərkibli dərmanları saxlayıb. Məlum olub ki, narkotik tərkibli dərmanları Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidov sifariş veribmiş. Hindistandan Türkiyəyə gətirilən narkotikləri Atatürk Hava Limanında endirmək mümkün olmadığı üçün, M. Seyidov Türkiyədəki biznes şəriki, Gülokut Daşıma Şirkətinin sahibi Bahadurla danışaraq, dərmanları narkotranzit yolla Naxçıvana gətizdirib və buradan da Sədərək Gömrük İdarəsi vasitəsi ilə, qaçaq yolla PKK-ya göndərməyi planlaşdırıblar. Mirməhəmməd Seyidov və onun uzun müddət müavini işləmiş Arzu Babayev istintaqa cəlb ediliblər. Məlum olub ki, Hava Nəqliyyatı Gömrüyünə yeni rəis təyin olunan gün, dərmanlar saxlanılıb. Yeni rəis təyin olunan günədək, rəis vəzifəsini Arzu Babayev müvəqqəti icra edirmiş. Narkotik tərkibli psixatrop dərmanların buraxılması haqqında Mirməhəmməd Seyidovla Arzu Babayevin telefon danışıqları da üzə çıxıb. DTX Mirməhəmməd Seyidovu narkotik qaçaqçılığı və PKK terror təşkilatına kömək və ona himəyadarlıq etməkdə ittiham edir. Arzu Babayev işdən azad olunaraq, sərəncama götürülüb. Seyidovun cinayət əməlləri haqqında mediada silsilə yazılar getməsinə baxmayaraq, o, bundan çəkinməyib.
Qeyd etmişik ki, onların 3 saatlıq görüşündən sonra, Hamidin Türkiyəyə qayıtmağı mümkün olmayıb və o, Seyidova sığınıb. Hamidin Şərur rayon stadionunun hotelində yerləşdirildiyi məlum olub.
Xatırladaq ki Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidov bir müddət öncəTürkiyənin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən də saxlanılıbmış. Həmin vaxt Dilucu Sərhəd Keçid Məntəqəsində keçirilən əməliyyat zamanı, Seyidovdan başqa, 7 nəfər gömrük işçisi, 10 daşıma şirkətinin sahibi də daxil olmaqla, 17 nəfər saxlanılıb.
Onlar cinayət törətmək məqsədilə təşkilat qurmaq, rüşvət alıb-vermək, maye yanacaq, narkotik və dövriyyəsi qadağan olunan bir çox malların qaçaqçılığı, terrora yardım etməkdə günahkar və s. maddələrlə şübhəli biliniblər. Seyidovla həbs olunanlardan biri də Türk vətəndaşı Hamid Küləkidi. Həmin Həmidlə Seyidov 9 ay ərzurum ağır cəza evində həbsdə birgə yatıblar. Bu cəza evindən 5 000 000 dollar verərək, hər ikisinin də zaminə buraxılmasında FETÖ və PKK rerror təşkilatlarının rolu böyük olub. Onların Türkiyədəki cinayət işi isə, hələ də açıq qalıb. Seyidov sonralar məhkəməyə çağırılsa da, o, bundan imtina edib və zaminlik üçün verdiyi pulları silib. Mirməhəmməd Seyidov Hamid Küləyi Naxçıvanda gizlədib, qorumaqla və Sədərək gömrüyündə FETÖ, PKK və digər qaragüclərin maraqlarına uyğun şərait yaratmaqla, Türkiyədəki əmlakını da qorumuş olur. Hamid Külək Mirməhəmməd Seyidovun bir neçə mülkünü nəzarətdə saxlayır və şirkətini idarə edir.
Mirməhəmməd Seyidovun Türkiyədəki mülk və şirkətlərindən bəziləri haqqında əvvəlki yazılarımızda da məlumat vermişik. Onun İğdır və
ərzurumdan bizə məlum olan 4 yanacaqdoldurma məntəqəsi, bu “zaprafkalardakı” ərzaq və avtomobil ehtiyat hissələri satışı dukanları, hotelləri, “moykaları”, 2 ədəd tikinti mallarının topdan satış mağazası, İstanbulda AVM, mebel fabriki, bir neçə villası, Bodrumda, dəniz kənarında villası, bir neçə daşıma şirkəti, bu şirkətlərdə olan yük nəqliyyat vasitələrinin sayının artıq 227-yə çatması barədə də yazmışıq. Azərbaycanda olan mülklərinin bəziləri haqqında da,- gözqamaşdırıcı şəkilləri qarışıq,- yazılarımız gedib. Seyidovun başqa ölkələrdə mülklərinin olmasının istisna edilmədiyini də qeyd etmişik. Bakı şəhərində bir neçə divar kağızı, santexnika malları, mebel satışı mağazalarının, tikinti materiallarının topdan satış dükanının, böyük meyvə-tərəvəz istixanalarının, bəziləri kirayədə olan bir neçə ofisinin, “Gənclik”də 20 sot torpaq sahəsinin, Novxanıda 7 milyonluq villasının, ” Portbaku” deyilən binada 3 evinin olduğu da bizə məlumdur. Bu gün tək “Portbaku” deyilən binada 1 evi almaq, bir çox nazirlər üçün belə, mümkünsüzdür. Seyidovun burda 3 evi alıb birləşdirməsi, onun nə qədər sərvət sahibi olmasını bir daha ortaya qoyur. Mirməhəmməd Seyidov bir neçə media rəhbərlərini ölümlə təhdid etməkdən belə çəkinmir. Seyidov bilməlidir ki media və söz azadlığının qarantı möhtərəm prezidentimiz İlham Əliyev cənablarıdır. Dövlətimizə , Naxçıvana bağışlanmaz cinayət əməlləriylə ağır maddi zərbə vuran Mirməhəmməd Seyidovun arxası kimə bağlıdır və qoruyucusu kimdir? Türk məhkəməsindən pul və terrorun təzyiq gücü ilə buraxılan Məhəmməd Seyidovun cinayət əməlləri niyə dayandırılmır? Bu və digər suallar ətrafında araşdırmalarımız davam edir. Sonda onu
qeyd etmək istəyirik ki, Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidov, bir azərbaycanlı korrupsioner kimi, ölkə sərhədlərindən kənarda, başqa ölkədə həbs olunmuş yeganə məmurdur. Həmçinin Sədərək Gömrüyündən İrana qarşı beynəlxalq sanksiyaların pozulması
üçün istifadə edildiyi barədə WikiLeaks tərəfindən yayılan Amerika diplomatik teleqramlarında geniş bəhs edilib. Sədərək Gömrüyünün beynəlxalq qaçaqmalçılıq məntəqəsi kimi fəaliyyət göstərdiyi barədə xəbərlər də var…
Mirməhəmməd Seyidovun “FETÖ” terror təşkilatından sonra PKK ilə sıx əlaqələri üzə çıxdı
Araz.az xəbər portalına Sədərək Gömrük İdarısinin rəisi Mirməhəmməd Seyidov haqqında sensasiyalı məlumatlar daxil olmaqda davam edir.
Sonuncu bir məlumatda bildirilir ki, PKK-nın gömrük bölgə sorumlusu Başkan ləqəbli Hamid adlı türk vətəndaşı Seyidovun yaxın dostu imiş. Bu şəxsin ölkəmizə girişi qadağan olsada 4 gün bundan öncə Sədərək gömrüyünə gəlmiş və Mirməhəmməd Seyidovla 3 saatlıq görüşü olmuşdur. Bunu gömrük kameralarında görmək mümkündür. Görüşdə Naxçıvandan Türkiyəyə keçən qaçaq yanacağın azalması və burdan daşınan narkotika, silah və digər qaçaq malların keçirilməsi eyni zamanda PKK üzvlərinin bu məntəqədən sərbəst keçirilməsinin biraz çətinləşməsi olub. Qeyd edək ki, bu məntəqə Azərbaycanla Türkiyə arasında terror təşkilatı üzvlərinin və sənədi olmayan eyni zamanda axtarışda olan şəxslərin keçidi üçün illərdir fəaliyyət göstərir. Bu müzakirəyə ehtiyac Mirməhəmməd Seyidovun ailə dostu İgdir Vilayətinin kaymakamı İlhanın 1 ay öncə Fetö terror təşkilatının aparıcı adamı kimi həbs olunandan sonra yaranıb. Kaymakamın gömrüyə təzyiqi əsasında istənilən qədər qaçaq mal keçirilirdi. Hamid bu qaçaqçılıqdan əldə etdiyi bütün gəlirlə PKK-nı maliyyələşdirir. Bununla bağlı Türk hökuməti Naxçıvana bir neçə dəfə irad bildirmiş Sədərək gömrüyündən yanacaq idxalına qadağa qoyulmuşdur. 3 ay bundan öncəsə Türk polisi tərəfindən Sədərəkdən Türkiyəyə qaçaq keçmiş 78 ton qırmızı ətin tutulması da Türk mediasını silkələmişdi. Mirməhəmməd Hamidlə ona alıb verdiyi katel 060 540 95 88 nömrəli telefonla əlaqə saxlayır. Seyidov İğdir vilayətinin Kaymakamı İlhan və Hamidin vasitəsi ilə Naxçıvan tərəfdən rahatlıqla keçirdikləri qaçaq malları türk gömrüyündən keçirirlər.
Naxçıvandakı Sədərək gömrüyü uzun illərdir çox böyük miqyasda qaçaqmalçılığın, rüşvətin, korrupsiyanın və özbaşınalığın tüğyan etdiyi məkan kimi qalır. Sədərək gömrüyü Azərbaycandan Türkiyəyə yanacaq və digər qaçaqmalçılıqlar üçün əsas məntəqədir. Bu məntəqədə heç bir qanun işləməyib. Rüşvət verməyən iş adamlarının malları müsadirə olunub və şərlənərək həbs olunublar çıxdıqdan sonra Naxçıvandan qaçmalı belə olublar. Sədərək gömrük idarəsi beynəlxalq qaçaqmalçılıq məntəqəsi kimi fəaliyyət göstərir. Dəqiqləşmiş məlumata əsasən Mirməhəmməd Seyidov ” İğdir Turizm ” firmasının sahibi Turqay Arasla kirvə və ortaq olmaqla bərabər eyni zamanda onlarla şirkətə sahibdir. Məhz bu şirkətlər vasitəsi ilə qaçaq mallar daşınır. Bunlardan biridə Rza Zərrabın qızıllarının bu məntəqədən daşınmasıdır.
Hamidin Naxçıvana girişinə kimlər niyə şərait yaradir? Buna müvafiq orqanlar nə üçün göz yumur? Bu qaçaqçılıqdan Mirməhəmməd Seyidov hansı sərvətləri qazanıb? Azərbaycan Naxçıvan limitlərin nə üçün dayandırdı? Möhtərəm prezidentimizin ” gömrükdə şəffaflığı təmin edin” tapşırığına Mirməhəmməd Seyidov nə üçün əməl etmir? Mirməhəmməd Seyidovun gizli qoruyucusu kimdir? Sədərəkdən idxal olunan mallar niyə rəsmiləşmir? Şapka kimi alınan pullar nə üçün büdcədən yayınır? Büdcədən yayınan pulların aqibəti necə olur? Naxçıvanda bu özbaşınalıqlara dur deyən olacaqmı?
Ardı var …
Qeyd edək ki dəqiqləşdirilmiş məlumata əsasən Mirməhımməd Seyidovun qardaşı Binəqədi rayonunun sabiq prakroru Elşad Abdullayev işində adı hallanan və cinayət məcəlləsinin 178 ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Mirələkbər Seyidovdur. Mirələkbər Seyidov iki il sınaq müddəti olmaqla 7 il müddətinə azadlıqdan məhrum edilib. O Elşad Abdullayevi aldadaraq 700 000 $ almaqda ittiham olunub.
Mirməhəmməd Seyidovun QAÇAQÇILIQLA əldə etdiyi SƏRVƏTLƏRİ-fotolar
Mirməhəmməd Seyidovun yanacaq qaçaqçılığını da araşdırdıq.
Məlum oldu ki, Türkiyənin Iğdır Vilayətində 3, Ərzurumda isə 1 yanacaqdoldurma məntəqəsi fəaliyyət gostərir . Qaçaq kecirilən yanacaqlar məzh Mirməhəmməd Seyidovun öz “zapravkalarında” satılır. Iğdırdan gələn yük daşıyan kürd şirkətlərinin 80 faizi ilə ortaqlığı var. Ortaqlığı qəbul etməyən şirkətlər Sədərək Gömrük İdarəsi vasitəsi ilə yük daşıya bilmirlər. Həmin kürd daşıyıcı şirkətlərin yük maşınları Sədərək Gömrük İdarəsi vasitəsi ilə hər zaman növbədənkənar keçirlər. Bir necə ay bundan əvvəl Mirməhəmməd vəzifədən müvəqqəti uzaqlaşdırılan zaman, bu şirkətlər gömrükdə Mirməhəmməd Seyidovun qayıtması üçün ciddi qarışıqlıq yaratdılar. Hətta bir necə gün hər iki gömrük işləmədi.
Mirməhəmmədin Şərur rayonunda bir neçə evi , bağ evi , Bakının sahil ətrafı “Port Bakunun” binasında 3 evi alaraq birləşdirməsi, həmin binayla üz-üzə binada da 4 otaqlı evinin olmasi, Turkiyənin İstanbul şəhərində otel, AVM və bir neçə villa və evlərinin olması, Şahbuz rayonunun Batabat yaylağında 8000 kv2 torpaq sahəsində 720 kv2 4-5 milyon manat layihə dəyəri olan villanın hazırda tikilməsi, Novxanıda bağ evi bu evin təqribən dəyəri 7 milyon manatı keçir. Həmin bu ev mərkəzi idarəetmə sistemi ilə kənardan idarə oluna bilir. Evin bütün işləri elektronlaşıb. İstilik sistemi, elektirik sistemi, həyətin suvarılması, həyətdəki hovuzun qızdırılması və sair kənardan idarə oluna bilir. Ev əşyalarının Avropa istehsal olması, təkcə bir televizorun 12 min avroya alınması, bu adamın hansı səviyyədə qaçaqçılıqla məşğul olmasının, hansı miqdarda rüşvət alması və ən əsası dövlətin külli miqdarda vəsaitinin mənimsənilməsi faktını ortaya qoyur. Bütün bunlara niyə göz yumulur bu çox maraqlıdır. Amma bu səbəblər araşdırılır.
Bakıda olan mənzilləri.
Bakıda olan mənzilləri.
Bakıda olan mənzilləri.
Naxçıvanda, Batabat yaylağında olan villası
Naxçıvanda, Batabatda olan villası.
Onu da qeyd edək ki, Mirməhəmməd Seyidovun oğlu İsmayıl Seyidov hazırda Amerikada Fetönün yanında 50 min dollarlıq təhsil haqqı olan Universitetdə oxuyur. Sədərək Gömrük İdarəsində başqa nələr baş verir ? Fetö terrör şəbəkəsi bu strateji qurumdan təmizlənəcəkmi? Və yaxud Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədovun kreslosuna göz dikən Mirməhəmməd Seyidovun payını verən tapılacaqmı?!
Ardi var…
Sədərək Gömrük İdarəsində İNSAN QAÇAQÇILIĞI davam edir
Sədərək Gömrük İdarəsində yük nəqliyyatı vasitəsi ilə şıdırğı insan qaçaqçılığı davam edir. Belə ki, qaçaq keçmək istəyən insanlardan aldığı rüşvət hesabına, yük avtomobillərinin görünməyən yerlərində gizlədilmiş, sənədləri olmayan, axtarışda olan və sairə çirkin əməl sahiblərini qarşı tərəfə yəni, Iğdır Vilayətindəki “Dilucu” sərhəd keçid məntəqəsinə keçirirlər. Təxminən 5 gün öncə, belə qaçaq yolla Türkiyə tərəfə keçirilmiş Azərbaycan vətəndaşı, “Dilucu” gömrükçüləri tərəfindən aşkar edilmiş və tutularaq, Naxçıvana geri təhvil verilmişdir.
Bu hal Sədərək Gömrük İdarəsində illərdir ki, davam etməkdədir. Bu hal artıq o həddə çatıb ki, insanlar, “pulunu ver, Sədərək gömrüyündən keç” ifadəsini açıq-aşkar səsləndirirlər. Hətta, idarə rəisi Mirməhəmməd Seyidov və işçiləri dəfələrlə məhz buna görə, Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dindirilib. Onlardan biri həbsdə saxlanılmış, didər üçü isə həbssiz istintaqa cəlb olunmuşlar. Lakin hansısa “gözəgörünməz” qüvvə hər dəfə Seyidovu həbsdən xilas edib.
Xatırladırıq ki, bir müddət öncə Mirməhəmməd Seyidovu Türkiyənin Qars şəhərinin hava limanında bu ölkənin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları saxlamışdı. Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi də daxil olmaqla 17 nəfər saxlanılmışdı.
Onlar cinayət törətmək məqsədilə təşkilat qurmaq, rüşvət alıb-vermək, maye yanacaq qaçaqçılığı etməkdə şübhəli bilinirdilər.
Türkiyə mətbuatının məlumatına görə, saxlanılanların sorğu-sualı zamanı rüşvətin Sədərək gömrüyündə Mirməhəmməd Seyidov tərəfindən toplandığı, daha sonra Türkiyə tərəfinə aparılaraq, tərəflər arasında bölüşdürüldüyü ortaya çıxıb. Həmçinin hər iki tərəfdən olan gömrükçülərin telefon danışıqları da məlum olub. Məlumatlarda bildirilir ki, Türkiyə tərəfindəki gömrük məmuru Seyidovu cib telefonu ilə arayanda “Sancılandım, mənə dərman göndər” deyərək pay istəyirmiş. Seyidovun isə qarşı tərəfə “Sancın üçün dərman göndərdim” deyə cavab verdiyi bildirilir. Normal günlərdə isə Sədərək Gömrük Idarəsinin rəisi toplanan rüşvət pullarını paket içində əməkdaşlıq etdiyi adamlara pay verirmiş.
Bundan əlavə olaraq bildirilir ki, Məhəmməd Seyidov şəxsən terrorçubaşı Fətulla Gülənin Naxçıvandakı ən sadiq adamlarındandır. Türiyədə qanunsuz əməllərinə görə də həbs olunanda, məhz Fetö onu azad etdirib. Onun zaminə buraxılmağı üçün 5.000.000 milyon dollar Türkiyə məhkəməsinə pul verildiyi deyilir. O da qeyd olunur ki, Qars məhkəməsinin hakimləri, zaman-zaman Naxçıvana gələrək, açıq qalmış cinayət işi ilə bağlı Məhəmməd Seyidovu dindirirlər. Fetönun Naxçıvanda olan tərəfdaşlarını adıkeçən gömrük rəisinin maliyyələşdirdiyi iddia olunur.
Ardı var…
Faktla bağlı Sədərək Gömrük İdarəsi ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı.
Məsələni gündəmdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
araz.az
Sədərək Gömrüyünün rəisi iqtidaryönümlü “Arazmedia.az” saytını dağıtdırdı- SƏBƏB?
Baş redaktor: “Rəhbəri olduğum saytın dağdılımasının arxasında Mirməhəmməd Seyidov dayanır”
İqtidaryönümlü “Arazmedia.az” saytına bu gün günorta saatlarında hücumlar olub və nəticədə sayta girmək qeyri-mümkündür. Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlara görə, saytın dağıdılmasına səbəb bu gün saytda Sədərək Gömrüyünün rəisi ilə bağlı dərc olunan material olub. Məsələnin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün “Arazmedia.az” saytının Baş redaktoru Fariz Quliyevlə əlaqə saxladıq.
F.Quliyev Araz.az -a açıqlamasında bildirdi ki, həqiqətən də bu gün rəhbəri olduğum sayta hücum olub və bunun da arxasında Sədərək Gömryünün rəisi ilə bağlı dərc etdiyim yazı dayanır: “Nəzərinizə çatdırıram ki, bu gün günorta saatlarında rəhbəri olduğum “Arazmedia.az” xəbər portalında “Mirməhəmməd Seyidovun qaçaqçılıq yolu ilə əldə etdiyi sərvətləri” başlıqlı yazı dərc olunmuşdur. Yazı etibarlı mənbələrin verdiyi informasiyalar əsasında, jurnalist prinsiplərinə uyğun və faktlar əsasında işlənib hazırlanmışdır. Material dərc olunandan qısa bir müddət sonra mənim şəxsi mobil telefonuma müxtəlif media qurumlarının rəhbərləri zəng edərək yazını saytdan çıxarmağımı istədilər. Eyni zamanda mənə müxtəlif nömrələrdən zəng gəldi və tanımadığım insanlar da hədə qoxu gələrək məni təhdid etdilər. Mənim saytıma istinad edib həmin materialı dərc edən digər saytların rəhbərləri də hazırda təhdid olunurlar, onlara da müxəlif nömrələdən zəng gəlir və tələb edirlər ki, yazını silin, yoxsa hər biriniz üçün ağır olacaq. Məsələ bundadır ki, yazını dərc edəndən bir neə saat sonra saytım darmadağın edildi, sayta hücumlar olundu, nəticədə hazırda sayt işləmir. Mən buna qəti şəkildə əminəm ki, saytıma olan hücumlar, saytımının dağıdılması birbaşa dərc etdiyim həmin yazı ilə əlaqədardır”.
F.Quliyev onu da əlavə edib ki, hətta əldə etdiyim dəqiq informasiyalara görə, mənim həyatım üçün də təhlükə var: “Buna görə də, günü sabah Dövlət başçımıza, Baş prokurora, Dövlət Təhlükəsizliyi nazirinə, Daxili İşlər nazirinə, Mətbuat Şurasının sədrinə müraciət edəcəm ki, saytıma haqsız olaraq, qərəzli şəkildə kiber hücum edənlər müəyyənləşdirilsin və aidiyyatı qurumlar mənə olan təhdidlərin, hədə-qorxuların qarşısını alsın. Bir daha qeyd edirəm ki, sizə hazırda müsahibə verirəm, bu dəqiqə də mənim şəxsi nömrəmə tanımadığım nömrələrdən zənglər gəlir”.
Onu da nəzərinizə çatdıraq ki, həmin yazı etibarlı mənbədən ilk olaraq araz.az saytına daxil olub və həmin yazı bizim saytda da dərc edilib. Arazmedia.az saytı araz.az saytına istinad etmədən həmin yazını olduğu kimi dərc edib. Yazıların davamını saytımızda verməkdə davam edəcəyik. Araz.az
«ARAZ» MEDİA QRUPUNUN və ARAZ.AZ SAYTININ ARAŞDIRMA QRUPU.
araz.az xəbər portalı.