JI - SG.jpg“Startup Grind Baku” təşkilatçılığı ilə keçiriləcə tədbir sahibkar, dizayn və brendinq eksperti Ceyhun İmanov ilə baş tutacaq. “Fireside Chat” formatında baş tutacaq tədbirdə Ceyhun İmanov iştirakçılarla öz dizayn, brendinq, marketinq kimi fəaliyyət göstərdiyi bir çox sahədə öz təcrübəsini bölüşəcək.
30 noyabr 2019-cu il tarixində “The Office” Kovörkinq Mərkəzində “Brend = Təcrübə” adlı tədbirin spikeri Ceyhun İmanov dizayn və brendinqlə yanaşı, reklam, veb və qrafik dizayn sahələrində 1000-dən çox proyektin qurucusu olan “Jeyhun Imanov Studio – JIS”-nun təsisçisidir. Ceyhun bəyin sahibkarlıq fəaliyyəti olan “JIS” 60 ildir ən yaxşı layihələrin mükafatlandırıldığı məşhur “The Red Dot Design Award” dizayn mükafatı ilə təltif edilib. Bunu da qeyd edək ki, Azərbaycanda bu mükafata layiq görülən ilk dizayn şirkəti olmuşdur.

Tədbirdə iştirak etmək üçün http://bit.ly/SGBbrandexperience vasitəsi ilə bilet əldə etmək mümkündür.
Qeyd edək ki, “Startup Grind” hərakatı 600-dən çox mərkəzdə 2 milyondan çox sahibkarı maarifləndirən, ruhlandıran və birləşdirən ən böyük müstəqil startap cəmiyyətidir. “Google for Startups”-ın əsas tərəfdaşlığı vasitəsilə 125-dən artıq ölkədə startap ekosistemlərinin yetişdirilməsinə yardım edir. “Startup Grind” hərəkatının əsas istiqaməti uğurlu şirkət qurucularının, novator və təlimçilərin, böyük şirkətlərin yaradılması yolunda təcrübəsini bölüşən investorların iştirak etdiyi aylıq tədbirlərdir. Silikon Vadisində yaradılan “Startup Grind” milyonlarla sahibkara öz işini qurmaqda, strateji tərəfdaşlarla əlaqə yaratmaqda və maliyyələşmədə kömək edir. “Startup Grind Baku Hub”-ın əsas tərəfdaşları “Youth Inc.” Sahibkarlıq Proqramı və İnnovasiyalar Agentliyidir.

araz.az xəbər portalı.