GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 1988-cı il siyasi məhbusların qətliamında əli olan irqçi fars rejimin məmuru İsveçdə həbs edildi. İsveç məhkəməsi İran vətəndaşı Həmid Nurini bəşər əleyhinə cinayətlərdə əlinin olması və 1988-ci ilin yayında siyasi məhbusların qətlində iştirakına görə həbs müddətini uzadıb.
Məhkəmə dəlil və sübutları yoxladıqdan sonra şikatətçilərin müttəhimə qarşı daha çox fakt toplaması üçün bu addımı atıb.
Üç gün öncə araşdırmaçı və siyasi fəal İrəc Mesdaqi Avropa məhkəməsi ərazisində 1988-ci il hadisələrinin 1-ci dərəcəli şübhəlilərindən birinin tutulduğunu bildirib. Bu işin şahidi İrəc Mesdaqi və şikayətçi Kave Musəvinin sözlərinə görə, Abbasi ləqəbli Həmid Nuri Qohərdəşt həbsxanasının prokuror müavini olub.
“Həmid Nuri bu gün məhkəmədə həbsxanda olmasını inkar edib. İddia edib ki, onu başqası ilə səhv salıblar. Ancaq şübhəsiz ki, onun həbsinin uzadılması üçün kifayət qədər faktlar var və məhkəmə Nurinin həbsini daha 4 həftə uzadıb”, – İrəc Mesdaqi BBC-yə müsahibəsində deyib.
İlk dəfədir ki, iranlı vətəndaş 1988-ci ildə siyasi məhbuslara qarşı cinayət törədilməsində iştirakına görə ittiham olunaraq həbs edilir.
Xatırladaq ki, 1988-ci ildə İranda minlərlə siyasi məhbus Xomeyninin göstərişi ilə edam edilərək kütləvi məzarlıqlarda dəfn olunublar.
araz.az xəbər portalı.