Rizvan talibov

Son zamanlar QAQB sədri Rizvan Talıbova qarşı sosial şəbəkələrdə çirkin kampaniya apararaq onun dövlətçiliyin və milli maraqların xeyirinə olan fəaliyyətini ləkələməyə çalışırlar. Amma, biz ziyalılar onların bu çirkin hərəkətlərini, qaralama kampaniyalarını qətiyyətlə pisləyirik və onlara etirazımızı çatdırırıq!

Bildiririk ki, Qərbi Azərbaycanlılar və aydınlar Rizvan Talıbovun dövlətçiliyə, milli maraqlara xidmət edən fəaliyyətlərini tam dəstəkləyirik! Rizvan bəyin və təşkilatın üzvlərinin qarşıya qoyduğu məqsədlərdən biri də tarixi yurdlarımıza sahib çıxmaq, tarixi yurdlarımıza qayıdışımıza, Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ münaqişəsindən ziyan çəkmiş Ermənistan qaçqınlarının pozulmuş insani hüquqlarının bərpa olunmasına, onlara vurulmuş maddi-mənəvi ziyanlarının əvəzinin ödənilməsinə nail olmaqdır…

Aşağıdakı yazıya başlamazdan əvvəl qeyd edim ki, Rizvan Talıbov aydın nitq qabiliyyətinə malik və məntiqi təfəkkür səriştəli natiq ziyalıdır. O, ictimai-siyasi dünyagörüşü baxımından düzgün analiz təqdim etmək bacarığı ilə fərqlənən təşkilat rəhbəri kimi öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməklə təşkilat üzvlərinin və Azərbaycan ictimai-siyasi mühitinin rəğbətini qazanmışdır… Dövlətə və xalqa layiqli xidmətində Rizvan bəyə bir daha uğurlar arzulayıram!

Rizvan bəy haqqında qısa bioqrafik arayış:
QƏRBİ AZƏRBAYCANA (ermənistana) QAYIDIŞ BİRLİYİNİN sədri Rizvan Talıbov 24 yanvar 1961-ci ildə Ermənistan SSR-in Krasnoselo r-nun Yanıqpəyə kəndində anadan olmuş, orta məktəbi əla qiymətlərlə, fərqlənmə tərifnaməsi ilə bitirdikdən sonra əla qiymətlərlə, ali məktəbə qəbul olunmaqla ali təhsilli iqtisadçı ixtisasına yiyələnmişdir. İş fəaliyyətinə Ermənistanda “Poladötürücü telestansiya”nın rəisi vəzifəsi ilə başlamışdır. 1988-ci ildən qaçqınlıqla əlaqədar Sumqayıt şəhərində məskunlaşmaqla, bir neçə təşkilatlarda rəis, müdir vəzifələrində çalışmışdır, eyni zamanda AMİP sıralarında siyasi fəaliyyətə qoşulmuşdur.

Rizvan bəyin ictimai-siyasi fəaliyyəti haqqında qısa arayış:
1997-ci ildən AMİP-dən istefa verib, ayrıldıqdan sonra 2004-cü ilin fevral ayında Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin təşkilat komitəsinin yaradılmasında təşəbbüs göstərmişdir. 2005-ci ilin 27 mayında 220 nəfərin iştirak etdiyi, Ermənistan SSR-nin 21 rayonundan nümayəndə heyətinin təmsil olunduğu QAQB-nin 1-ci təsis qurultayında təşkilatın sədri seçilmiş və birliyin qarşıya qoyduğu məqsədlər istiqamətində mübarizə aparmışdır. 2005-ci ildə, sabiq Səhiyyə naziri Əli İnsanov həbs olunanda birlikdən kənar “Akademik Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsi”ni təsis etmiş və rəhbəri olmuşdur. Bu fəaliyyətilə bağlı 2007-ci ilin 19 aprelində Sumqayıtdan Bakıya gələrkən həbs olunmuş, guya tanımadığı İlham adlı şəxsə qarşı xuliqanlıq etmişdir. Bu saxta ittihamla 4(dörd)il azdlıqdan məhrum olunmuş və dörd il günə-gün həbsdə saxlanılmışdır. Rizvan bəyin dörd il həbsdə (girovluqda) saxlanmağı, təbii ki, QAQB-nin fəaliyyətinin zəifləməsinə səbəb olmuşdur! Azadlığa çıxdıqdan sonra Ermənistan qaçqınlarının pozulmuş hüquqlarının bərpası istiqamətində mübarizəni davam etdirmişdir. 2018-ci ilin 30 iyun tarixində Beynəlxalq Mətbuat Mərkəzinin konfrans zalında 170 nəfər nümayəndə heyətinin iştirakı ilə QAQB-nin ikinci qurultayının keçirilməsinə nail olmuş və həmin qurultayda yekdil səslə yenidən QAQB-nin sədri seçilmişdir. Hal-hazırda QAQB-nin ikinci qurultayının qəbul etdiyi qərarların həyata keçməsi üçün mübarizəsinii davam etdirir…

Qeyd edim ki, Qərbi Azərbaycana(Ermənistana) Qayıdış Birliyi siyasi fəaliyyətini Azərbaycan dövlətinin və dövlət rəhbərinin aşağıdakı məzmunda olan siyasi-strateji hədəfi üzərində qurmuşdur:
«Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığının əhalisinin 70-80 %-i azərbaycanlılar olub. Bunu gənc nəsil də, dünya da bilməlidir. Çox şadam ki, mənim tövsiyəmlə bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı, İrəvan xanlığı haqqında çox sanballı elmi əsərlər yaradılır, bir neçə xarici dilə tərcümə edilir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq. Çünki, İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu bizim siyasi – strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq».
İLHAM ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

araz.az xəbər portalı.