WhatsApp_Image_2018-01-26_at_01.50.57.jpg


«Prezidentin bu qərarı daha çox Azərbaycanın beynəlxalq arenada uğurlarının genişlənməsinə, ağrılı Qarabağ münaqişəsinin həllinə, özbaşınalıqları və qanunsuz əməlləri ilə ulu öndər Heydər Əliyevə olan ümumxalq sevgisinə xələl gətirən harın məmurların hakim komandadan uzaqlaşdırılmasına hesablanıb»

mirkazim-seyideov.jpg Gördüyü alqışalayiq işlərlə özünü  Rusiya Federasiyasında   nüfuzlu diaspor qurumlarımızdan biri kimi tanıdan və mərkəzi ofisi Novosibirsk vilayətinin Novosibirsk şəhərində yerləşən Türkdilli Xalqlarla Slavyan Xalqları arasında «Sodrujestvo»  Əməkdaşlıq Fondu,  bu ilin aprel ayının 11¬də  Azərbaycanda keçiriləcək növbəndənkənar prezident seçkiləri ilə əlaqədar, dünya azərbaycanlılarına  MÜRACİƏT ünvanlayıb.

Araz.az saytına daxil olan və Fondun təsisçisi, tanınmış diasporçu,  Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair¬publisist Mirkazım Heydər oğlu Seyidovun təşkilatın çoxsaylı üzvləri adından imzaladığı çağırış xarakterli həmin sənəd, maraqlı məqamları ilə, diqqəti daha çox cəlb edir. Əsasən «Dünyadakı bu gərgin məqamda, prezident  seçkilərinin vaxtının irəli çəkilməsi ilə bağlı verilən bu qərarı, ölkə başçısının düşünülmüş uzaqgörən siyasətinin müsbət nəticəsi kimi qiymətləndiririk. Biz tam əminik ki, atılan bu addım çox doğru və olduqca  vacibdir. Onun incəliklərini möhtərəm prezidentimiz İlham Əliyev cənablarının daha yaxşı bilməsinə heç kəs şübhə etməsin» motivasiyasında olan həmin çağırış bu sözlərlə başlayır: «Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilməsi, doğma Vətəndən uzaqda olan, lakin qəlbi daim yurd sevgisi ilə döyünən biz azərbaycanlıları öncə çox həyacanlandırsa da, hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayında bu siyasi qurumun rəhbəri İlham Əliyev cənablarının söylədiyi  dərinməzmunlu geniş nitq, sözün həqiqi mənasında, bizə ruh verdi. İndi  bu qərara münasibət bildirən hər bir novosibirskli soydaşımız, onun  dövlətimizin  mənafeyi, mill maraqlarımız zəruriliyindən irəli gəlməsinə şübhə etmir. Yəni, artıq bunun sırf dövlətçiliyimizlə  bağlı atılan addım olduğunu hamımız bilirik. Və onu da yaxşı bilirik ki, onun mahiyyətində  duran incəlikləri ölkə başçısı daha yaxşı bilir.
     Bu qərarı şəxsi məsələ kimi təqdim etmək istəyənlərə isə, sözümüz budur ki, deyilənlər doğru deyil. Bu qərar, qarşıya çıxan və böyük məsuliyyət tələb edən ümummilli mənafe məsələlərinə hesablanıb. Bu səbəbdən, biz, Azərbaycanda prezident seçkilərinin ertələnməsinə çox normal hal kimi baxırıq.
   Ümumiyyətlə, Azərbaycan maraqlarına xidmət edən böyük bir qurum olaraq, bütün seçkilərdə  dəfələrlə  bildirmişik ki, biz ayrı-ayrı siyasi partiyaları deyil, milli dövlətçiliyimizi dəstəkləyirik: Hər zaman dövlətçiliyin qorunmasının tərəfini tutan insanlar olduğumuzdan, bu qərarın kökündə də milli mənafe amili durduğundan, bu müraciətə də imza atırıq.
       Artıq hamı bilir ki, bu qərar şəxsi mövqe və maraq naminə verilməyib. Prezidentin bu addımı daha çox Azərbaycanın beynəlxalq arenada uğurlarının genişlənməsinə, Qərb ¬ İslam ¬ Türk dünyası gərginliyi təhlükəsindən doğma Vətənimizi sığortalamağa, ağrılı Qarabağ münaqişəsinin tezliklə həllinə, özbaşınalıqları və qanunsuz əməlləri ilə ulu öndər Heydər Əliyevə olan ümumxalq sevgisinə xələl gətirən harın məmurların hakim komandadan uzaqlaşdırılmasına hesablanıb. Elə, bu səbəbdən, bu seçkilərdə də, biz, prezident İlham Əliyevə dəstək veririk».
     Müraciət müəllifləri bu mühüm sənədlərində dünyada, o cümlədən Azərbaycanın qonşusu olan ölkələrdə baş verən xoşagəlməz hadisələrə də toxunur və bildirirlər ki, Azərbaycanın belə xəta¬bəlalardan uzaq olmasını istəyirlər: «Azərbaycanı bu təhlükələrdən. qoruya biləcək yeganə şəxs isə, ulu öndərin layiqli varisi İlham Əliyevdir. Buna görə də, bütün dünya azərbaycanlılarını ölkə başçısının ətrafında daha sıx birləşməyə çağırırıq. Dünyanın bu gərgin vaxtında siyasi münasibətlər çərçivəsində bütün umu¬küsülərə son qoymağı istəyir,  müxalifətçilik edib, dövlət başçısının qərarlarını təftiş etmək, orada hansısa nöqsanlar axtarmaq istəyənləri haqq yoluna dəvət edirik. Biz ona diqqət etməliyik ki, tutduğumuz yol Azərbaycanın müstəqilliyinin qorunmasına və inkişafına böyük səmərə versin. Hər bir Azərbaycan vətəndaşı bunu düşünməli, öz prezidentinə kömək etməlidir. Biz  hər zaman yalnız bu məqamı əsas saymışıq və hər bir azərbaycanlını ¬ harada yaşamasından asılı olmayaraq ¬ ölkə rəhbərinin bu addımına hörmətlə yanaşmağa çağırırıq»…
       …Artıq növbədənkənar seçkilərin elan edilməsinin  ağlabatan səbəbləri də  cəmiyyətə izah edilib. İzahların kökündə, həm də ölkəmizdə azad, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün ilkin şərtlərin tam təmin edilməsi də göstərilib».
        Prezident seçkilərində hansı namizədi dəstəkləyəcəklərini xüsusi vurğulayan müraciət müəllifləri onu da qeyd edirlər ki,
onlar üçün bu məsələ artıq çoxdan müəyyən edilib: «Biz ötən dəfə keçirilən seçkilərdə prezident İlham Əliyevə səs vermişdik. Bu dəfə də ona səs verəcəyik. Ümumiyyətlə,
seçkilərdə İlham Əliyevin qalib gəlmək şanslarını yüksək dəyərləndiririk. Zənnimizcə, prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur. Çünki İlham Əliyev dünya miqyasında tanınan ölkə rəhbəridir və  onu dünya birliyi də çox yaxşı tanıyır.   
       Ümumiyyətlə, hər bir ölkənin prezidenti ən yüksək hörmətə layiq olmalıdır ki, onun əks-sədası beynəlxalq aləmdə də özünü göstərsin. Əminik ki, İlham Əliyev tam məsuliyyətlə bu işlərə yanaşır və necə addım atılmasını yaxşı bilir. Ona görə də, biz prezident İlham Əliyevə hər zaman dəstək verməliyik».

        Müraciətdə daha sonra qeyd edilir ki, Azərbaycan cəmiyyətini daxildən və xaricdən parçalamaq istəyən qüvvələr var. İlham Əliyev Azərbaycanı xarici təxribatlardan, «sapı özümüzdən olan baltalardan» qorumağa qadir bir liderdir: «Tarixən də şahid olmuşuq ki, Azərbaycan cəmiyyəti daim belə xoşagəlməz hallarla üz¬üzə durub. İndi də, belə təhlükələr var. Elə vacib məsələlər var ki, onu ölkə prezidenti hamıdan yaxşı bilir. Seçkilərdən əvvəl bunu cəmiyyətə çatdırmaq isə, düzgün olmazdı. Zənnimizcə, ehtiyat üçün bu cür addımlar atmaq zərurəti də yaranıb.
Digər tərəfdən, Ermənistanda və digər ölkələrdə bir sıra siyasi dəyişikliklər gözlənilir. Siyasi dəyişiklik prosesləri isə, təhlükə yaradacaq ən əsas amillərdir.  Qonşu ölkələrdə baş verən münaqişələr bunun isbatıdır.     

        Yəqin, seçkilərin vaxtının dəyişdirlməsində bu məsələ də nəzərə alınıb. Bu baxımdan biz ehtiyatımızı əldən verməməliyik və seçkilərdə prezident İlham Əliyevi dəstəkləməliyik.
        
         Rusiya Azərbaycanın böyük qonşusu olan dövlətdir. Şükürlər olsun ki, hazırda Azərbaycan və Rusiya münasibətləri normal səviyyədədir. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinlə, Azərbaycan prezidenti İlham Əliyev arasında da, çox yaxşı dostluq münasibətləri var. Bu məqamdan ölkəmiz üçün istifadə etmək vacibdir. Prezidentimizin bu addımı daha çox bu vacib amilə də hesablanıb».

        Müraciətdə, ötən əsərin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən hadisələrə də,  toxunulur. Bu hadisələrin hər birimizin yaxşı yadında olması xüsusi qeyd edilir: «Ancaq cəmiyyətimiz 90-cı illərin cəmiyyəti deyil. O vaxt biz çaş¬baş vəziyyətdə idik. Bir tərəfdən Qarabağ münaqişəsi, digər tərəfdən isə, yenicə müstəqilliyin qazanılması və sairə, Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmışdı. İndi isə, xalqın təəssüratları fərqlidir.
       İndi biz demokratik yolla addımlayırıq. İndi kimsə prezidentliyə namizəd olmaq istəyirsə, bu sırf onun şəxsi işidir. Hər bir şəxsin prezidentliyiə namizəd olmaq hüquqları var. Ancaq seçim xalqın iradəsindən asılıdır. Xalqın iradəsi kimi seçsə, biz də onunla razılaşmalıyıq. Bu iradənin seçə biləcəyi yeganə şəxs isə, ulu öndərin layiqli varisi İlham Əliyevdir. Bu səbəbdən, bütün soydaşlarımızı bu iradənin düzgün seçimini dəstəkləməyə çağırırıq! Və tam əmin olduğumuzu bir daha bildiririk ki, bu seçkilərdən dərhal sonra, bütün Azərbaycan bir vəhdət olaraq, ağrılı Qarabağ problemimizin həlli ilə bağlı hərəkətə keçəcək və həmin gün doğma torpaqlarımızın xilas günü olacaq!».
       Məhi ELSEVƏR,
       araz.az saytının xüsusi müxbiri.

araz.az xəbər portalı.