2019-09-28-17-18-54Ali-Orujov-nipa.jpgBu ilin martındakı əfv sərəncamı ilə azad olunan sabiq səhiyyə naziri Əli İnsanovun uzun zamandır anonsları verilən partiyasının adı məlum olub. Yeni müxalif qurum Haqq Ədalət Partiyası (HƏP) adlanır. Bu barədə sabiq nazirin öz adına fəaliyyət göstərən facebook səhifəsində məlumat verilib.

Partiya sıralarında sabiq səfir İsfəndiyar Vahabzadə, Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru Qalibə Budaqova, baş prokurorun sabiq köməkçisi Mirədalət Talışxanov və digər şəxslər var.
 
AMİP Siyasi Şura üzvü Əli Orucov: “Əli İnsanov azadlığa çıxandan dərhal sonra partiya yaradacağını elan etmişdi. İndi Haqq Ədalət Partiyasının Təşkilat Komitəsinin tərkibini cəmiyyətə çatdırdı və bu birmənalı qarşılanmadı. Hər bir şəxsin hansısa siyasi təşkilatlarda birləşməsi onun konstitusion hüququdur. Tərkibdə mənim tanıdığım simalar yoxdur. Lakin yeni elan olunan partiyanın fəaliyyətinə və bütövlükdə partiyanın özünə Azərbaycan toplumu öz qiymətini verəcək. Bu partiyanın müxalifət düşərgəsində hansısa dönüşü yaradıb-yarada bilməyəcəyini isə zaman göstərəcək. Müxalifət düşərgəsində kəmiyyət deyil, keyfiyyət dəyişikliyinə ehtiyac var. Əli İnsanovun partiya yaratmasından biz niyə narahat olmalıyıq? Biz qətiyyən narahat deyilik. Əli İnsanov kimlərlə oturub-durur, müzakirələr aparır, onlar narahat olsunlar ki, elektoratlarını və tərəfdarlarını ələ keçirə bilər. AMİP demokratik, sağlam təməllər üzərində qurulan, ölkənin aparıcı və bir saylı siyasi partiyasıdır. Partiyanın gündəmində isə hər hansı birlik yaratma ilə bağlı məsələ yoxdur”.”Yeni Müsavat”
 

araz.az xəbər portalı.