Son günlər müxalifət daxilində yenidən gərginlik yaranıb. Xüsusən də Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədova qarşı əks-təbliğat aparılmaqdadır. Xüsusən də ADP funksionerlərinin Etibar Məmmədovla bağlı tənqidi fikirlər işlətməsi qarşı tərəfin kəskin reaksiyasına səbəb olub.
Bu barədə açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov Etibar Məmmədova qarşı aparılan əks-təbliğatın mənasız bir iş olduğunu deyib. O bildirib ki, Etibar Məmmədova qarşı hakimiyyət və hakimiyyətin əl altısı olanlar zaman-zaman əks-təbliğat aparıblar, qərəzlərini və kin-kidurətlərini sərgiləyiblər: “Bütün bunlar da bir mərkəzdən idarə olunur. Mən iddia etmirəm ki, Etibar bəyi tənqid etmək, onun fəaliyyətinə fərqli düçüncədə olmaq yasaqdır. Mən deyərdim ki, AMİP-in fəxri lideri Etibar Məmmədov həm partiya daxilində, həm də ümumən cəmiyyətdə tənqidi fikirlərə, fərqli baxışlara geniş imkan yaradan və dözümlü yanaşan nadir siyasətçilərdəndir. Lakin bu tənqid də, fərqli mövqedə, sağlam və obyektiv olmalıdır. AMİP və onun fəxri lideri Etibar Məmmədov haqqında əks-təbliğat aparanların çoxu gözü kölgəli, keçmişi ləkəli, tamahlarının əsiri və cəmiyyət üçün yararsız olan adamlardı. Onlar təkcə əks-təbliğatla kifayətlənmirlər, hətta bütün etik, əxlaqı çərçivələri də keçirlər. Həm də bunu saxta profillərdən, saxta adlar altında edirlər. Cürətləri çatıb açıq şəkildə söz deyə bilmirlər, çünki bilirlər ki, öz hərəkətlərinin kəskin cavabını alacaqlar. Hər bir siyasətçinin əleyhinə də, leyhinə də təbliğat aparmaq olar. Ancaq ədalət və obyektivlik hissi unudulmamlıdır. Maraqlıdır ki, E.Məmmədov haqqında əks-təbliğat aparanlar iqtidardan daha çox müxalifət düşərgəsinin marginallaşmış bir hissəsidir. Onun da əsas səbəbi ondan ibarətdir ki, uzun illər müxalifətçiliyi hakimiyyətdən pul qoparmaqda, ayrı-ayrı dövlət məmurlarının cibində olmaqda, onların əlaltısına çevrilməkdə görürlər. Bunların da kimliyi hamıya bəllidir. Qorxurlar ki, birdən E.Məmmədov siyasətə qayıdar “kimin əlinin kimin çibindən çıxdığı” gün işiğina çıxar. Bilirsiz qaranlığa öyrəşmiş məxluqlar heç vaxt günəşin parlamasını arzulamazlar və aydınlıqdan nifrət edərlər. Amma AMİP-in məqsədi ölkəni aydınlığa çıxarmaq, işiqli gələcəyə doğru aparmaqdır. Bir qrup qaraguruhçunun haray-şivən qoparması, ağlına və ağzına gələni danışması sadəcə ikrahdan başqa bir şey deyil. Apardıqları əks-təbliğat da sabun köpüyüdür. Yeri gəlmişkən, belələrinə demək istəyirəm ki, tövbə qapıları həmişə açıqdır”.
ADP tərəfdən gələn ittihama isə Ə.Orucovun mövqeyi daha sərt oldu: “Sərdar Cəlaloğlunun və onun partiyasının üzərinə qoyulan vəzifə müxalifət düşərgəsində ixtilaf və qarşıdurma yaratmaq, tanınmış və ləkələnməmiş, xalqın içərsində inam və sevgisini saxlayan lider Etibar Məmmədova böhtan atmaq, öz aləmlərində ləkələmək cəhdidir. S.Cəlaloğluna BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin ifşa etdiyi kimi hər ay prezident Admnistrasiyasından 10 min dollar pulu havayı vermirlər”.
araz.az xəbər portalı.