Eli-Ehmedov.jpg“YAP qərara gəldi ki, qanunverici orqan Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmasın”.
 
Bunu partiyanın sədr müavini – icra katibi Əli Əhmədov mətbuat konfransında deyib.

 
“Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik”, – Ə.Əhmədov əlavə edib.
 
Əli Əhmədov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası vətəndaş maraqlarını bütün maraqlardan üstün tutaraq qanunverici orqanın yenilməsini zəruri hesab edir: “Bunun üçün Prezident İlham Əliyevə parlamentin buraxılmasını xahiş edib. Parlamentin buraxılması islahatların bu sahəyə də şamil edilməsini təmin edəcək”.
 
Onun sözlərinə görə, parlamentə məktub ünvanlanacaq.
 
Ə.Əhmədov qeyd edib ki, müraciət imzalanıb və yaxın zamanlarda parlamentə daxil olacaq: “Yaxın zamanlarda plenar iclasın gündəliyinə salınacağına inanıram. Qəbul edilən qərara qeyri-adi qiymət verməyə ehtiyac yoxdur. Bu, islahatların genişlənməsinin bir növüdür. İnanıram ki, qərar parlamentdə yeni ənənənin formalaşmasına öz töhfəsini verəcək”/Report.
 
Əli Əhmədov deyib ki, növbəti parlament seçkilərində müasir, vətənpərvər gənclərdən ibarət deputat korpusunun formalaşdırılması iqtidarın diqqətindədir.

araz.az xəbər portalı.