Onların barəsində cinayət işi açılıb
“Keçən il vətəndaşların müraciətinə əsasən, başlanılan inzibati nəzarət icraatları ilə 24 bələdiyyənin fəaliyyətində müxtəlif cinayətlər, o cümlədən mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi qanunsuz əməllər aşkarlanıb”.
Araz.az bildirir ki, bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.
Məruzədə qeyd olunub ki, Ədliyyə Nazirliyi toplanmış materialları hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərib. Bununla bağlı müvafiq tədbirlər görülüb.
Qeyd olunub ki, İsmayıllı rayonu, Basqal bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin bazar qiyməti nəzərə alınmadan dəyərindən ucuz satılması ilə bağlı cinayət işi başlanıb.
Bundan başqa, Tərtər rayonu, Əskipara bələdiyyəsi, Şəmkir rayonu, Yeni Həyat bələdiyyəsinin sabiq sədri, Ağstafa rayonu, Köç Əsgər bələdiyyəsinin sədri, Masallı rayonu, Qarğalıq bələdiyyəsinin sədri, Bərdə rayonu, Qaradağlı bələd sabiq sədri barəsində cinayət işi başlanıb, istintaq aparılır. PRESSDAY.az
araz.az xəbər portalı.