WhatsApp Image 2019-12-27 at 17.22.43.jpeg

Dekabrın 26-da Azərbaycan Qaçqınlar Cəmiyyətinin ofisində Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyinin Başkanı hörmətli Cemal Kerim Mehmethanoğlu və Dərnəyin üzvü İshak bəylə Qərbi Azərbaycan İcması rəhbərliyinin görüşü olub. Qurumun mətbuat xidmətindən araz.az-a daxil olan məlumatda bildirilir ki, qonaqları səmimi salamlayan Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli qonaqlara Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması haqqında ətraflı məlumat verib. Ə. Ələkbərli bildirib ki, Azərbaycan Qaçqınlar Cəmiyyəti 30 il bundan əvvəl – 1989-cu il dekabrın 28-də yaranmışdır və əsas vəzifəsi 1988-ci ildə Qərbi Azərbaycandan (indiki Ermənistandan) qovulmuş soydaşlarımıza maddi-mənəvi dəstək olmaq, sosial problemlərinin həllində onlara kömək etmək olub. Qərbi Azərbaycan İcması isə artıq bir ilə yaxındır fəaliyyət göstərir və o, təkcə 1988-1991-ci illərdə Qərbi Azərbaycandan didərgin düşmüş qaçqınlarımızı yox, həm də son iki yüzildə Qərbi Azərbaycandan qovulmuş bütün soydaşlarımızı, onların övladlarını bir təşkilatda birləşdirir. Əziz Ələkbərli Türkiyədə də Qərbi Azərbaycan kökənli xeyli insanlarımızın olduğunu bildirərək vətəndaş cəmiyyətlər arasındakı əlaqələrin genişlənməsinin belə insanlar üçün də böyük bir mənəvi dəstək olacağını bildirdi.

Ə.Ələkbərli eyni zamanda bu əlaqələrin genişlənməsində böyük zəhməti olan, əslən Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndindən Murtaza Qaraçantaya da öz təşəkkürünü çatdırmağı xahiş etdi. Bu vaxt Türkiyənin İzmir şəhərindən canlı yayınla tədbirə qoşulan Murtaza Qaraçanta tədbir iştirakçılarını salamladı, hamıya uğurlar arzuladı.
Çağdaş Azərbaycan Kültür Dərnəyinin Başkanı Cemal Kerim Mehmethanoğlu səmimi qəbul üçün təşəkkür etdi, təmsil etdiyi Dərnək, onun məram və məqsədləri barədə geniş məlumat verdi. Əsas məqsədlərinin dünyanın hər yerində olan Azərbaycan dərnəkləri ilə əməkdaşlıqlarını gücləndirmək olduğunu bildirdi. Bakıya bu dəfəki səfərlərində iki təşkilatla – Borçalı Cəmiyyəti və Azərbaycan Qaçqınlar Cəmiyyəti-Qərbi Azərbaycan İcması ilə əlaqə qurduqlarını, gələcəkdə bu əlaqələrin sıx əməkdaşlığa keçəcəyinə əmin olduğunu söylədi.
İştirakçılar təşkilatlarının gördüyü işlər və qarşılarında duran vəzifələr barədə fikir mübadiləsi etdilər. Türkiyə və Azərbaycan dövlətləri, ayrı-ayrı dövlət qurumları arasındakı sıx əməkdaşlığı, vətəndaş cəmiyyətlərinə daşımağıən əhəmiyyətini dönə-dönə vurğuladılar.
Görüşün sonunda Azərbaycan Qaçqınlar Cəmiyyəti ilə Çağdaş Azərbaycan Kültür Dərnəyi arasında “Qardaşlıq və Əməkdaşlıq Protoklu” imzalandı. Sənədləri təşkilatların rəhbərləri Əziz Ələkbərli və Cemal Kerim Mehmethanoğlu imzaladılar. Sonda xatirə şəkilləri çəkildi, səmimi söhbət çay süfrəsi arxasında davam etdirildi.
araz.az xəbər portalı.

[bt_slider uid=”1577544781-5e076c4db7206″ target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2019-12-27 at 17.23.06.jpeg” title=”WhatsApp Image 2019-12-27 at 17.23.06.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2019-12-27 at 17.22.20.jpeg” title=”WhatsApp Image 2019-12-27 at 17.22.20.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2019-12-27 at 17.22.43.jpeg” title=”WhatsApp Image 2019-12-27 at 17.22.43.jpeg” link=”” parent_tag=”slider”][/bt_slider]

araz.az xəbər portalı.