modern.az_ukrayna_teyyare_44.jpgYanvarın 8-də Tehrandan Kiyevə uçan Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması səbəbləri müxtəlif cür izah edilir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzada həlak olanlar arsında 11 Ukrayna vətəndaşı, iki sərnişin və 9 heyət üzvü olub.

Təyyarə ekipajı arasında 27 yaşlı uçuş işçisi Ekaterina Statnikin evlərinə telefon zəngi diqqəti xüsusilə çəkib.

O, Xerson bölgəsindən qohumlarına zəng vurub təyyarəyə atəş açıldığını söyləməyə vaxt tapa bilir. Bundan sonra əlaqə kəsilir.

Xarici media yazır ki, atəşin kiçik silahlardan atıldığını güman etmək olar, nəticədə mühərrik yanıb və partlayıb.

“Katya Statnik 2009-cu il məzunumuzdur. Hamı bu gözəl, gülümsəyən qızı xatırlayır. O, bu qədər qısa bir ömrə və bu qədər dəhşətli bir ölümə layiq deyildi” – deyə sosial şəbəkələrdə Novokaxovskaya 8 nömrəli məktəbin səhifəsində yazılıb.

araz.az xəbər portalı.