img1936359.jpg


 2017-ci ilin payızında Stavropol diyarında yoxa çıxan Qevork Bazinyanın meyiti tapılıb.

 

Araz.az Rusiya mediasına istinadən bildirir ki, Kirov rayon sakininin bədənində zorakı ölüm əlaməti aşkar olunub.

O, 2017-ci ilin oktyabr ayında yoxa çıxıb. Qevork iş yerindən öz maşını ilə gedib. Bundan sonra heç kim onu görməyib.

Həmin gün axşam Bazinyana məxsus “QAZ-3302” Novopavloskdakı şəhər zibilliyinə gedən yolda, meşə zolağında aşkar olunub.

64 yaşlı erməninin ölümü ilə bağlı cinayət işi qaldırılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi xəbərə görə, onun bədənində işgəncə izləri aşkarlanıb: Yaralar və qançırlar. Ölümündən əvvəl onun başını kəsiblər. Polislər qətlə yetirilənin başını tapa bilməyiblər. Mənbə əlavə edib ki, əsas versiya – sifarişli qətldir.

Digər məlumata görə, Qevork Bazinyan “Apollon” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru olub. PRESSDAY.az 

araz.az xəbər portalı.