Flag_of_the_Azerbaijan_People's_Government.svg.jpgİCLASDA FİRQƏNİN AVROPA KOMİTƏSİ TƏSİS OLUNDU
Azərbaycan Demokrat Firqəsinin İcraiyyə Heyəti ötən cümə günü, yanvarın 10-da növbəti iclasını keçirib. Qurumdan araz.az-a verilən məlumata görə, İcraiyyə Heyətinin üzvləri gündəliyə 4 məsələnin daxil edilməsi barədə razılığa gəliblər.
İlk öncə, 2019-cu ildə təşkilatın gördüyü işlər müzakirə edilib. ADF MK-nın sədri Rəhim Hüseynzadənin məlumatında qeyd olunub ki, ötən il 74 yaşlı Firqənin həyatında ən şərəfli mərhələlərdən biri kimi yadda qalıb. İlk növbədə təşkilatın varlığı qorunub, Firqənin ona aid olmayan prinsipsiz şəxslər tərəfindənzəbt olunaraq əllərində bir vasitəyəçevrilməsinin qarşısı alınıb. Bu baxımdan ADF MK-nın 6 iyul 2019-cu il tarixli plenumunun payızda Azərbaycan Demokrat Firqəsinin 2-ci Konqresinin çağrılması barədə qərarı, həmin ali məclisdə partiyanın yeni rəhbər strukturlarını seçməsi, Seyid Cəfər Pişəvəri yoluna sədaqətin dəyişməzliyi barədə qərarları,nümayəndələr arasında aparılan fikir mübadiləsi və ortaya qoyulan təkliflər indiki mərhələdə tarixi əhəmiyyətə malik qətiyyətin yekdilliklə nümayişinə çevrilib.
İH iclasındakı çıxışlarda konkret misallar əsasında ötən 2019-cu ildə Firqənin qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəldiyi vurğulanıb.Eyni zamanda görülən bu işlərin arxayınçılıq üçün heç bir əsas vermədiyi göstərilib. Təklif olunub ki, firqənin ahəngdar fəaliyyəti üçün başlıca şərt hövzələrin, yəni yerli firqə özəklərinin yenidən qurulmasıdır. İcraiyyə Heyəti bunun üçün ADF-nin Avropa Komitəsinin, onun müxtəlif ölkələrdə bölmələrinin yaradılmasını da zəruri hesab edib. İH firqənin təşkilat və beynəlxalq əlaqələr şöbələrinə tapşırıb ki, müvafiq təkliflərini hazırlayıb növbəti iclasın müzakirəsinə təqdim etsinlər.

İclasin gedişi zamanı cari ildə “21 Azər” hərəkatının, ADF-nin yaradılmasının, Azərbaycan Milli Hökumətinin və Azərbaycan Milli Məclisinin təşkilinin 75 illiyinin qeyd edilməsi ilə bağlı müzakirələrdə əsas diqqət birinciyə, yəni “21 Azər” hərəkatına yönəldildi. Hərəkatla bağlı tədbirlərincoğrafi miqyasına və siyasi əhəmiyyətinə görə İranda və onun hüdudlarından kənarda daha geniş miqyasda qeyd olunmasınıvə eləcə də müzakirələrin gedişi zamanı edilən təkliflər də nəzərə alaraq ADF İH 2020-ci ili “21 Azər” hərəkatının yubiley ili elan etməyi qərara aldı.Bununla əlaqədar müvafiq şöbələrə tədbirlər planının hazırlanması tapşırıldı.
İcraiyyə Heyəti son vaxtlar Azərbaycan Demokrat Firqəsinə, onun rəhbərliyinə və ayrı-ayrı üzvlərinə qarşı təxribat xarakterli hərəkətlərə, təzyiqlərə qarşı kəsərli tədbirlər görülməsinində əhəmiyyətinə toxunub. İH bəyan edib ki, mühacirətdə olduğu illərdə Firqəni dəfələrlə ələ keçirməyə, yaxud onun mövcud bazası əsasında “ADF-2” adlı alternativini yaratmaq üçün faydasız təşəbbüslərə baş vurulub. Ötən ilin payızından bu hal yenidən təkrarlanmaqdadır. Maraqlıdır ki, növbəti cəhdin təşəbbüskarları hansı partiyaya mənsubluğunu sübut edə bilməyən bir qrup təxribatçı və onların toruna düşən 5-6 nəfər firqə üzvüdür. Yaşı 90-a yaxınlaşan, az-çox xidmətləri olan Adilə Çernikbüləndin onlar tərəfindən firqəyə “sədr seçilməsi”isə ironiyadan başqa heç nə doğurmur.
ADF İdarə Heyəti “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi sədrinin vəqurumdakı bəzi həmfikirlərinin siyasi normaya sığmayan bu hərəkətə dəstək vermələrini yolverilməz hesab edib. Belə yanlış addımın partiyanın saytı “adfmk.com”a münasibətdə təkrarlanması da İMC sədrinin və həmfikirlərinin daha bir yanlışlığı təkrarladıqlarını göstərməkdədir. ADF İcraiyyə Heyəti bir qrup təxribatçının öz korporativ maraqlarını təmin etməkməqsədilə müxtəlif yollarla ələ keçirdikləri “adfmk.com” saytının tamamilə əsas hədəflərdən yayınmasını, ADF MK-ya və rəhbərliyinə qarşı iftiralar yağdırmasını, bir sözlə qərəzli mövqe tutmasını, şübhəli üsullarla özəlləşdirilməsini əsas götürərək onun Azərbaycan Demokrat Firqəsinə heç bir aidiyyatı olmadığını bəyan etməyi qərara alıb. ADF İH bu məlumatın ictimailəşdirilməsini, müvafiq dairələrə, ictimai-siyasi təşkilatlara və partiyalara çatdırmasını zəruri hesab edib.
araz.az xəbər portalı.

araz.az xəbər portalı.