“30 il əvvəlki bu müdhiş gecədə bütün millətimiz kimi, bizim də ailə böyük bir faciə ilə üzləşmişdi. Təsadüf və maşınımızın sürücüsü qonşum Kamilin cəld hərəkəti olmasaydı, mən də, maşında olan Qərib Rəhimov da, Bəxtiyar da tankın altında qalasıydıq. Şəhərə hücum başlananda 20 yanvar dairəsindən 3-cü mikrorayon dairəsinə şığıyan tankların düz üstümüzə gəldiyini görən Kamil maşını indiki “avtoşlar” kimi, sürətlə binaların arasına sala bildi.
Ara yollarla evə gəlib telefonla dost-tanışlardan halı olmağa başlamışdım ki, qapının zəngi çalındı. Açanda iki hərbçini gördüm və ani olaraq Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin sonuncu kursunda oxuyan sonbeşik qardaşım Mahiri düşündüm. Çünki hərbçilərdən biri həmin məktəbin kursantı idi. Əynindəki formadan tanıdım. Kapitan rütbəli hərbçi həyəcanlandığımı görüb: “ne bespokoytes, vaş brat jiv i zdorov. Prosto, nam vaş pomoş nujna, poedem s nami”.
araz.az xəbər portalı.