Yanvarın 27-də Belarusun Gömrük Orqanları Əməkdaşlarının İxtisasartırma və Yenidənhazırlama İnstitutunun rəhbəri, gömrük xidmətinin 1-ci dərəcəli məsləhətçisi Aleksandr Petrov Dövlət Gömrük Komitəsinin Akademiyasının qonağı olub.
Qonağı qəbul edən Akademiya rəisi Qulu Novruzov təhsil müəssisəsinin yaranması və inkişaf tarixi haqqında məlumat verib, beynəlxalq əlaqələrin genişləndirilməsinin fəaliyyətin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Akademiya rəisi ikitərəfli əlaqələrin qurulması üçün qarşılıqlı əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.
Görüşdə Akademiyanın fəaliyyətinə dəyərli töhfə verə biləcək sahələrdə əməkdaşlıq perspektivləri və birgə tədbirlərin həyata keçirilməsi müzakirə edilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Belarusun Gömrük Orqanları Əməkdaşlarının İxtisasartırma və Yenidənhazırlama İnstitutu arasında Əməkdaşlıq sazişi imzalanıb. Saziş tərəflər arasında gömrük kadrlarının inkişafı, təkmilləşdirilməsi və yüksək keyfiyyətli peşəkar təlimlərin keçirilməsi üzrə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını, o cümlədən birgə konfransların, seminarların, ortaq layihələrin, eləcə də elmi tədqiqatların və müxtəlif istiqamətlərdə mübadilələrin həyata keçirilməsini nəzərdə tutur.
[bt_slider uid=”1580139260-5e2f02fcb1c42″ target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/DP2A6981.JPG” title=”DP2A6981.JPG” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/DP2A7080.JPG” title=”DP2A7080.JPG” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/DP2A7073.JPG” title=”DP2A7073.JPG” link=”” parent_tag=”slider”][/bt_slider]Araz.az
araz.az xəbər portalı.