qetl.jpgBakıda dəhşətli qətl törədilib.

Araz.az APA-ya istinadən xəbər verir ki, Nizami rayonu, Rüstəmov 74 ünvanında qadın iki azyaşlı nəvəsini öldürəndən sonra özünü asaraq intihar edib.

Qadının nəvələrini bıçaqla qətlə yetirdiyi bildirilir.

 

***

Bakıda nənəsi tərəfindən öldürülən azyaşlıların adları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bunlar 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulodur. Azyaşlıların nənəsi, 1963-cü il təvəllüdlü Nina Allahverdiyeva əvvəlcə uşaqları kəndirlə boğaraq öldürüb, daha sonra özünü asıb.

araz.az xəbər portalı.