MİLLƏT VƏKİLİ OLMAĞA LAYİQ ELDAR İSMAYILI BELƏ TANIYIBLAR, DAHA DOĞRUSU, O, ÖZÜNÜ BELƏ TANIDIB
9 fevral, 2020-ci il tarixində Azərbaycan Milli Məclisinə keçiriləcək növbədənkənar seşkilərdə 23 saylı Nəsimi — Səbail Seçki Dairəsindən namizədliyi qeydə alınan Eldar İsmayıl (Eldar İsmayılov) özünün seçki Platformasını və seçicilərinə Müraciətini də, demək olar ki, insanlığın əsasını təşkil edən kriteriyalar üzərində qələmə alıb. Bu da ona görədir ki, o, özünü başa düşəndən, ona üstünlük deyil, insanlıq verdiyi üçün həmişə və yerdə Tanrısına şükürlər edib! Mübariz, fədakar, əməksevər, vicdanlı, xeyirxah, bütün həyatını cəmiyyət üçün xərcləyən bu insanın yaratdığı və rəhbərlik etdiyi “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası” Beynəlxalq jurnalının fəaliyyətlərinin ana xətti də, bu əsaslarla müəyyənləşdirilib. Bütün bunlar isə, birbaşa, dövlətimizin dünya ölkələri içərisində nüfuzunun artmasına rəvac verib. Elə, deputatlığa namizədliyini vermək qərarına gələrkən də: “Zamanla sınaqlara məhkum edilmiş Azərbaycanımızı çiçəklənən bir ölkəyə cevirmək hamımızın borcudur! Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq! Mən öz vəzifəmi yerinə yetirməyə qərar verdim!” — deyən Eldar İsmayıl, əhali arasındakı movcud imkanlarını dəyərləndirərək, parlament seçkilərinə qatılmaqla, ölkənin həyatında daha fəal iştirak etmək qərarına gəlib.
O, camaatın vətəndaş məsuliyyəti anlamının daşıyıcısı olduğundan xəbəri olduğundan, bu yaşında da, bütün mübarizələrdə onlarla bir sırada olmağı özünə şərəf bilib. Bir də ki, seçicilərin ədalətli seçim edəcəklərinə inanıb, onların, hər bir namizədin fəaliyyətinə, cəmiyyətdəki yerinə dəyər vermək bacarıqlarına arxalandığından, bu məsuliyyət anında onların doğru seçim edəcəklərinə tam olaraq güvənib, buna zərrə qədər də olsa şübhəsi qalmadığı üçün, elə, namizədliyini bu seçki dairəsində verib. Üstəlik, camaatın onu deputat görmək istəyib-istəməmələri də, özü üçün, həddən artıq vacib olub. Elə, namizədliyini irəli sürməyinə qərar verməyi üçün də, yerli əhalinin bir qisminin belə bir təşəbbüslə ona müraciət etməsi kifayət edib. Bir sözlə, bu seçki dairəsinin ərazisində məskunlaşan seçicilər Eldar İsmayılı Milli Məclisdə görmək istədiklərini bildirib, onun namizədliyini dəstəkləyiblər. Çünki Vətən, xalq, el-oba üçün xeyirxah işlər görənlərin əməyi unudulmur, böyüklü-kiçikli hamı belələri ilə daim fəxr edir.
Yuxarıda sadalananlar, həm də Eldar İsmayılın milli təəssübkeşlik hissinin olduqca güclü olduğunu bir daha ortaya qoymuş olub. Beləcə, onun Türk dünyasına və doğma Vətəninə bağlılığı, ümummili ideologiyamız olan türkçülük və azərbaycançılıq məfkurələrinə sədaqətinin daha güclü olduğu, amal və istəyində bu kriteriyaların dayandığı tam olaraq isbatlanıb. Məhz buna görədir ki, Milli Məclisə seşkilərdə 23 saylı Nəsimi –Səbail Seçki Dairəsində qeydə alınan Eldar İsmayılın namizədliyini nəinki ölkəmizdə onu tanıyanlar, eləcə də dünyanın ayrı-ayrı ölkələrində yaşayan həmvətənlərimiz, diaspor fəalı kimi tanıdıqlarımız, habelə türk dünyasının məşhurları dəstəkləyiblər.
Bütün bunlar elə-belə deyilmiş sözlər deyil. Deyilənlərin doğruluğuna tam əminliyin ifadəsi kimi, dünyanın dörd bir yanında məskunlaşan soydaşlarımızın internetdə, sosial şəbəkələrdə bu barədə səmimi qəlbdən yayımladıqları saysız-hesabsız ürək sözlərini oxumaq kifayətdir. Çünki alicənab, yüksək intellektə malik, xalqının və millətinin hədsiz vurğunu, Allah adamı olan bu insanın milli dövlət və dövlətçilik qarşısında yorulmaz xidməti, Türk dünyasına və doğma Vətəninə olan sonsuz sevgisi, eləcə də Ulu Tanrının bütün türk xalqını öz qanadı altına alaraq, arzu və niyyətlərini çin edib, şər qüvvələrdən hifz etməsinə görə, hər addımda Ona dualar etməsi milli məfkurə sahibi hər kəs üçün sevindiricidir və hamı bununla qürur duyur.
İnsana və Vətənə sevgisi zəngin bir şəxsiyyət kimi hamının yaxşı tanıdığı Eldar İsmayılın fəaliyyətinə nəzər salmaq istəyəndə, ilk öncə, onun insanlığa xas olan ən vacib xüsusiyyətləri — mübarizliyi, əməksevərliyi, vicdanlı, xeyirxah və fədakar olması diqqəti cəlb edir.
Doğrudan da, onun yüksək səviyyədə həyata keçirdiyi işlərlə Türk dünyasına, canından artıq sevdiyi doğma Vətəninə sədaqətlə xidmət etməsi, dünyanın aparıcı ölkələrində onların təbliğinə, insanlar arasında dostluğun, barışın, birliyin, əməkdaşlığın, sülhün və əmin-amanlığın inkişafına qürurverici böyük töhfələr verməsi danılmazdır.
Onun rəhbəri olduğu “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası” jurnalının fəaliyyət istiqamətləri də, deyilənlərin sübutudur.
Adını çəkdiyimiz həmin Fondun və mətbu orqanın xətti ilə təkcə Azərbaycanda deyil, xarici ölkələrdə belə, ardıcıl olaraq, məqsədyönlü işlər aparılır. Bütün bunlar isə, Türk Dünyasının və Azərbaycanın inkişafına və hərtərəfli tərəqqisinə xidmətdir və hər yerdə təqdirəlayiq hal kimi qiymətləndirilir.
Həmin jurnalın hər bir sayında gedən baş məqalələrin əsas mövzusu da, Türk Dünyasını birliyə səsləyən “Üzümüzü bütün Türk Dünyasının övladlarına tuturuq: Gəlin, həmrəylik nümayiş etdirib, bir olaq! Elə edək ki, sözümüzn kəsəri qətiyyətimizdən bəhrələnsin. Axı, birliyi olan xalqın, güclü dövləti olması heç kimə sirr deyil! Biz bu birliyimizi, həm də düşmənlərimizə silah olaraq göstərək!” kimi xüsusi təsirə malik çağırışlar üzərində qələmə alınır.
Beynəlxalq aləmdə “Dədə Qorqud” Milli Fondunun fəaliyyətini “Azərbaycan Dünyası” jurnalı işıqlandırır. Hər kəsə məlumdur ki, 1998-ci ildə təsis edilən bu jurnal, fəaliyyətə başladığı gündən çox böyük, möhtəşəm və mühüm proyektlərə imza atmaqla, həm də bütün Türk Dünyasının bir amac uğrunda birləşib, həmrəylik yaratmasına silahdaşlıq edib. Bütün bunlardan başqa, bu jurnalın səhifələrində Azərbaycanın iqtisadi, siyasi və mədəni sahələrdəki uğurları ilə bərabər, xaricdə yaşayan soydaşlarımızın həyat və fəaliyyətləri də əksini tapıb. Xalqımızın bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin və Azərbaycan reallıqlarının beynəlxalq aləmdə olduğu kimi təbliğ edən bu mətbu orqan, həm də dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar arasında maarifləndirici rol oynayıb.
Deyilən proyektlərə nəzər salsaq, onların möhtəşəm üstünlükləri həmin andaca gözə çarpır. Önəmlisi odur kı, “Dədə Qorqud” Milli Fondu Türk Dünyasının dəyərlı, qədirbilən övladlarını “Ulu Türk”, “Vətən Qvladı”, “Qızıl Ürək”, “Mehriban Ana”, “Dədə Qorqud”, “Həzi Aslanov”, “Bakı — Qəhrəman Şəhər” adlı mükafat və ordenlərə layiq görməklə, bu xeyirxah simaların Vətən üçün nə qədər gərəklı olduqlarını bütün Azərbaycan ictimaiyyətinə tanıdır. Həmin proyektlər nəinki Azəfrbaycanda, hətta Vətəndən kənarda belə yüksək qiymətləndirilir. Əlbəttə, bu uğurlu proyektlərin həyata keçirilməsində Eldar İsmayıla dəstək olanlar arasında bir çox tanınmış xeyirxah insanların adları da keçir. Yəni ki, İsgəndər Xəlilov, Şəmsəddin Xanbabayev, Şahvələd Məmmədov, Şamil Buksayev, Rafik Məmmədov kimi xeyirxah insanlar, Azərbaycan xalqının dəyərli simaları bu jurnalın gərəkli fəaliyyət göstərməsində, həmişə, təkanverici bir qüvvə kimi əhəmiyyətli rol oynayırlar.
Ümumiyyətlə, bu gün cəmiyyətin nəbzini tutmaq, onunla ayaqlaşmaq heç də asan məsələ deyil. Hər bir azərbaycanlı da, yaşadığı mühitdən asılı olmayaraq, özünü güvənlı hiss etməli, həmin ölkələrdə görülən və onların sarsıntı keçirmələrinə rəvac verə biləcək işlər, atılan addımlar normal yaşamaq haqlarını tapdamamalıdır. Eldar İsmayıl da, buraxdığı jurnalının fəaliyyətini, sırf olaraq, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi istiqamətinə yönləndirib. Çünki yaşadığımız bu günkü qlobal şəraitdə onların haqqını müdafiə etmək elə də asan məsələ deyil və bunu, Eldar İsmayıl kimi, hər birimiz vicdan borcumuza çevirməliyik.
Bir daha qeyd etmək istəyirik ki, “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası” jurnalının əsas məqsədi, Türk Dünyası xalqları ilə bərabər, tarixi Vətənimizdən kənarda yaşayan soydaşlarımızın birliyinə və həmrəyliyinə, eləcə də xalqlar və ölkələr arasında dostluq əlaqələrinin inkişafına nail olmaqdır. Məhz buna görədir ki,
“Dədə Qorqud” Milli Fondundan və “Azərbaycan Dünyası” jurnalından həmişə dünya ölkələrindəki diaspor qurumlarımıza təqdirəlayiq dəstək gəlib.
Diaspor təşkilatlarının fəaliyyətlərinin işıqlandırılması, onlara əməli köməklik göstərilməsi həmişə bu mətbu orqanda aktual mövzuya çevrilib.
Bunu hamı bilir ki, Eldar İsmayılın özü, dünya azərbaycanlılarının ayrı-ayrı ölkələrdə birliklərinin yaranması və qorunması üçün yorulmadan çalışan, soydaşlarımızı ətraflarında birləşdirən diaspor təşkilatlarımıza daim yardımçı olan, dəfələrlə xaricə gedib, bir çox ölkələrdə fəaliyyət göstərən diaspor qurumlarımızın üzvləri ilə görüşərək, aralarındakı birgə fəaliyyəti istiqamətləndirən, bu vacib missiyanın icra edilməsinə öz layiqli töhfələrini verən əsl Vətən oğlu kimi ad çıxarıb. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla sıx əlaqədə olmaq, onların problemlərinin həllinə yardım etmək isə, elə də asan iş deyil. Bu çətinliyə baxmayaraq, Vətənə, xalqa və öz köklərinə bağlı olan insanlara daha çox dəyər verməklə, o, özünün mənəvi dəstəyi və həyata keçirdiyi təqdirəlayiq işləri hesabına, dünya arenasındakı bir çox nüfuzlu diaspor liderlərimizin və xaricdəki istetadlı Vətən övladlarının tanıdılmasına, onlar arasında birgə əməkdaşlığın yaradılmasına nail ola bilib. Öz elmi, istedadı, qabiliyyəti ilə Vətənimizi təblığ edən soydaşlarımıza belə mənəvi dəstək, həmin ölkələrdəki diaspor təşkilatlarımızı yaradanların və bu qurumlar ətrafında birləşən həmvətənlərimizin ruhlanmasına bir stimul olur.
Bir daha qeyd edirik ki, Eldar İsmayıl da, gördükləri təqdirəlayiq işlərlə bütün Türk Dünyasında yaxşı tanınan simalardan biridir. Elə buna görə də, onun buraxdığı qəzetin xüsusi buraxılışları və onun özünə həsr olunmuş kitabların bu ölkələrdə təqdimat mərasimləri daim yüksək səviyyədə, vəzifəli şəxslərin, tanınmış elm, mədəniyyət, incəsənət və din xadimlərinin, diplomatik korpusun, yerli hakimiyyətin, KİV-lərin, ictimai təşkilatların, Azərbaycanın, eləcə də burada yaşayan digər xalqların diaspor nümayəndələrinin və tələbələrin xüsusi coşqusu ilə keçrilir. Jurnalın xüsusi buraxılışlarının tamamilə həmin türk dövlətlərinə həsr olunması isə, strateji tərəfdaşları olan Azərbaycana xüsusi rəğbət yaratmaqla bərabər, onlar arasındakı münasibətləri daha da möhkəmləndirən mədəni-humanitar əlaqəyə çevrilir.
Onu da qeyd edək ki, “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası” jurnalı Ağsaqqallar Şurasının qərarı ilə, Azərbaycanın görkəmli insanları, bu qurumun təsisçisi olduğu nüfuzlu orden, medal və mükafatlara layiq görülür. Türk Dünyası qarşısında göstərdiyi böyük xidmətlərinə görə, Eldar İsmayılın özü isə, həmin ölkələrin belə yüksək nüfuza malik orden, medal və mükafatlarını qazanıb.
Uşaqların dostu kimi də ad çıxaran Eldar İsmayıl, onun rəhbərliyi altında aparılan işlərin içərisində, uşaqlarla görülən işlərə xüsusi diqqət yetirdiyindən, seçki Platformasına bu barədə çağrılar salib. Elə, “Hər şey Vətən üçün, hər şey xalq üçün!”, “Bakı Azərbaycanın ürəyidir!”, “Uşaqların sağlam, xoşbəxt böyümələrinə dəstək olaq!, “Uşaqlar bizim gələcəyimizdir!” məzmunlu əsas şüarları da, onun seçki Platformasının ana xəttini müəyyən edir. O, seçicilərə Müraciətini və seçki Platformasını ortaya qoyandan sonra, dəyərli, uzaqgörən və dərin düşüncə sahibi seçicilər olaraq, üzünü birbaşa onlara tərəf çevirmək qərarına gəlib. Cünki həmişə doğma Bakısının sosial problemləri ilə maraqlanan, bu ərazidəki mövcud çatışmazlıqların aradan qaldırılması, digər problemlərinin həlli istiqamətində əlindən gələni əsirgəməyən bir ictimai fəal, təşkilat rəhbəri, qələm sahibi kimi, özünü çoxdan onlara tanıda bilib. Bütün problemlərinin həlli istiqamətində etdikləri onların gözləri qarşısında olub deyə, tam əmindir ki, etimadlarını qazanıb, deputat seçiləcəyi təqdirdə, onlara xidmət göstərmək üçün daha çox səlahiyyəti olacaq.
Seçicilərin 9 fevral 2020-ci il tarixli Milli Məclisə seşkilərdə 23 saylı Nəsimi — Səbail Seçki Dairəsindən namizəd, bütün həyatını cəmiyyətimiz üçün xərcləmiş Eldar İsmayılova etimad göstərib, ona səs verərək, özlərinə deputat seçmələri, həm də dövlətimizin Türk Dünyası ölkələri içərisində nüfuzunun daha da artmasına bir təkan olardı. Məhz buna görə, bu dairədən olan seçicilərin məsuliyyət anında doğru seçim edəcəklərinə indidən güvənirik. Onların hər birinin doğru seçimi, həm də dövlətimizin və xalqımızın uğurlu gələcəyinə xidmət edən möhtəşəm bir qərar olardı!
Malik MİRZƏ,
araz.az saytının xüsusi müxbiri.
araz.az xəbər portalı.