Abşerondan Qobustana seçici sevgisi qazanan deputatlığa namizəd Novruz Aslanov
Abşerondan-Qobustana seçici sevgisi qazanmış namizəd Novruz Aslanov
Salam, Novruz müəllim!
Bütün sosial şəbəkələr sizdən yazır. Hamı sizdən danışır. Seçki öncəsi keçirilən monitorinqlərə əsasən, sizin reytinqiniz daha üstündür. Görüşlərinizə rəqiblərinizlə müqayisədə kütləvi şəkildə insanların gəlişi də deyilənlərin təsdiqidir.
Abşeron və Qobustan sakinlərinin sizə daha çox etimad göstərdiyinin özümüz də şahidiyik. Hətta sizin şərəfinizə ictimaiyyət tərəfindən maraqla qarşılanan mahnı da bəstələnib.
Novruz müəllim, qısa zamanda bu qədər insan sevgisini necə qazanmısınız? Seçicilər tərəfindən Sizə bəslənən inam nədən qaynaqlanıb?
– Çoxlarımızın bildiyi bir məsəl var: “Əl əli yuyar, əl də üzü”. Bununla, bir şeyi demək istərdim ki, hər bir insanın diqqətə və qayğıya ehtiyyacı var. İnsanlarla maraqlanmaq, onların qayğısına qalmaq, problemlərinə şərik olmaq, yardım etmək, onları dinləmək daim böyüklərimiz tərəfindən bizlərə aşılanan öyüd-nəsihətlərdir. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, mən də, həmişə bu öyüd- nəsihətləri əsas tutub, onlara əməl etmişəm, edirəm və edəcəyəm. Axı, hörməti, saf sevgini də heç bir maddiyyata almaq mümkün deyil. Onu özün qazanmalısan. Şükürlər olsun ki, bunu bacara bilmişəm. Mahnıya gəldikdə isə, onu deyim ki, adı çəkilən bəstə Qobustanda yaşayan şair seçicim tərəfindən mənə ərməğan edilib.
– Novruz müəllim, haqqınızda internetdə, sosial şəbəkələrdə kifayət qədər məlumat olsa da, bütün bunları sizin özünüzdən eşitmək daha xoş olardı…
– Mən, Novruz Telman oğlu Aslanov 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. 1994-cü ildə Sumqayıt şəhər 28 saylı orta məktəbi, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsini bitirmişəm. Həmçinin 2002-2005-ci illərdə Böyük Britaniyanın ”The Chartered İnstitute of Purchasing and Supply” institutunda təhsil almışam. 1999-2000 illərdə Azərbaycan Milli Ordusunda N saylı hərbi hissədə xidməti başa vurduqdan sonra, əmək fəaliyyətinə başlamışam.
20 ildən artıq iş təcrübəmi nəzər alsaq, müxtəlif illərdə Böyük Britaniyanın “Bi Pi Eksploreyşn Kaspian Si”, Qətər dövlətinin “Ras-Gas”, Fransanın “Total Abşeron Bi.Vi.” şirkətlərində və dünyanın digər bir sıra aparıcı şirkətlərində müxtəlif aparıcı vəzifələrdə çalışmışam. Hal-hazırda Azərbaycan Sənaye Korporasiyası “Azəralüminium” MMC-də direktor müavini vəzifəsində çalışıram.
Ailəliyəm, 4 övladım var.
– Namizədliyinizi irəli sürməkdə məqsədiniz nədir?
– Əsas məqsədim, təmsil etdiyim ərazinin əsl təmsilçisi olmaq, bu ərazinin və buradakı seçicilərin mövcud problemlərini vaxtı-vaxtında parlamentdə qaldıraraq, həllini tezləşdirmək, ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edib, daha güclü olması üçün əlimdən gələni əsirgəməməkdir. Qazandığım bilik və təcrübəyə əsaslanaraq, bu proseslərdə yaxından iştirak edəcəyim şübhəsizdir.
– Novruz müəllim, niyə, məhz, 50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən namizədliyinizi irəli sürməyə qərar verdiniz?
– Özüm əslən Abşerondanam. Saray mənim doğma kəndimdir.
Nəsil-şəcərəmi incələsək, ata və ana tərəflərimin də Bakı və Şirvan (Qobustan) zonaları ilə bağlılıqlarının şahidi olarsınz. Bakının və Qobustanın, demək olar ki, bütün kəndlərində doğmalarım, qohumlarım, dostlarım, tanışlarım yaşayırlar. Sadalağım yerlərdəki ağsaqqalların xeyir-duası və təkidi ilə, namizədliyim irəli sürülüb. Namizədliyimi irəli sürmək üçün, imza toplamaqdan əlavə olaraq seçkiqabağı təbliğat ərəfəsində də, minlərlə insanın mənə dəstək olduğunun bir daha şahidi oldum. Bu çox qururvericidir. Abşeronmuzda, Qobustanımızda insanları maraqlandıran mövcüd problemlərin əksəriyyəti ilə tanışlığım, bu yerlərə bağlılığım və problemlərinə bələd olmağım, bu ərazidəki kütlənin məni tanıması səbəbindən və onların mənə rəğbət bəslədiyi üçün, məhz, 50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən namizədliyim irəli sürülüb.
– Seçkidə sizin 14 rəqibiniz var. Onlarla şəxsi tanışlığınız varmı? Sizcə, bu mübarizədə kim qalib gələcək?
– Rəqiblərimin bəzilərini şəxsən tanıyaram, bəzilərini isə, qiyabi şəkildə.
Tanımadığım rəqiblər haqqında internetdən, KİV-dən, və digər qaynaqlardan məlumat əldə edirəm.
Təbii ki, məni dəstəkləyən komanda və şəxsən özüm tərəfindən rəqiblərin təşviğat-təbliğat aktivliyini izləyirik.
Sosial şəbəkələrdə paylaşımları, əsasən seçicilərlə görüşlərindən foto-video çəkilişlər və s. izlənilir. Bütün bunlar komandam tərəfindən hər gün incələnir, müqayisə olunur və rəqiblərin hansı gücdə olduğu müəyyənləşdirilir.
Onların hər birinə qarşıdakı seçkilərdə uğurlar arzu edirəm.
Qalib gəlmək məsələsinə gəldikdə isə, haqq edən, layiq olan güclü olub, qalib gəlir.
– Seçicilərlə görüşlərdə sizi hansı problemlər maraqlandırır?
– Seçicilərin əksəriyyəti diqqətsizlikdən, buraxılmış parlamentdə onları təmsil edən deputatlardan gileylənirlər. Görüşlərdə bildirilir ki, onlar daim Cənab Prezident İlham Əlliyevin, 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hiss etsələr də, bütün çağırışlar seçdikləri millət vəkili tərəfindən bunu hiss etməyiblər. Əvvəlki parlamentarilər onların özlərinə və problemlərinə biganə yanaşıblar.
Mən də, onlara bildirirəm ki, gələcək onlardan asılıdır. Seçicilər,sözlərini çatdıra biləcək, əlçatan, onları düşünən və daima qayğısına qala biləcək namizədi seçməlidirlər. Depuatı dövlətə, dövlətçiliyə, xalqa, vətəndaşa xidmət etməlidir. Bu, aksiomdur.
Digər işıqlandırılan məsələlərdən biri işlə təmin olunma ilə bağlıdır.Bu sual xüsusi ilə gəncləri maraqlandırır.
Bildiyiniz kimi, Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə, 2020-ci il “Könüllülər ili” elan olunub.
Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formasıdır.
Seçicilərimi məlumatlandıram ki, son dövrlərdə ölkəmizdə aparılan uğurlu islahatlar və sürətli inkişafla əlaqədar bütün sahələrdə uğurların, nəaliyyətlərin hər kəs şahididir. İşsizlik səviyyəsi aşağı həddə enib. İş axtaranlar üçün, xüsusi ilə də, gənclər üçün bir çox perspektivlər yaranıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri ilə gənclər üçün, demək olar ki, tez-tez müxtəlif layihələrə start verilir. Həmçinin bildiyiniz kimi, ölkəmiz bir çox beynəlxalq tədbirlərə başçılıq edir. Bu tədbirlərin keçirilməsi üçün, minlərlə könüllü cəlb olunur. Könüllülər daim diqqət mərkəzindədir. Aktiv olsunlar. Bu onların həm təcrübə toplamasında, həm işlə təmin olunmasında vacib məsələlərdən biridir. Həmçinin bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilmiş ”Yüksəliş”müsabiqəsi elan edildi. Gənclərə məsləhət verirəm ki, bu tip layihələrdən maksimum yararlansınlar.
– Rəqiblərinizə nə tövsiyyə edərdiniz?
– Tövsiyyə edirəm ki, aktiv olsunlar. Bəzən rəqiblərin seçki ərəfəsində aktivlik səviyyəsini incələyərkən ( foto, video-material) müşahidə edirik ki, bəzi namizədlər seçicilərlə görüşlərə az insan toplaya bilir. İnsanları görüşlərə cəlb etməkdə çətinliklər çəkirlər. Belə olduqda, təmsil etdikləri reqionda hər hansı bir-iki ailəni ziyarət etməklə kifayyətlənirlər. Yaxşı olardı ki, bacardıqları qədər çox , kütləvi şəkildə vətəndaşlarla görüşsünlər, onları maraqlandıran suallara cavab versinlər, nəinki seçki ərəfəsində, seçkidən sonra da daima təmasda olub, onların problemləri ilə maraqlansınlar. Cənab Prezident bir neçə çıxışında bildirib ki, millət vəkili ictimai nəzərətin bir formasıdır.Bu da o deməkdir ki, deputatlar vətəndaşları təmsil etməli, onlarla daim maraqlanmalıdırlar. Bəzi namizədlər internet üzərindən sosial şəbəkələrdə keçirdikləri görüşlər və s barədə demək olar ki, heç bir paylaşım etmiyib, məlumat verməyib.Nəzərə almaq lazımdır ki, seçicilərin, xalqın gözü tərəzidir. Seçicilər öz seçəcəkləri namizəd haqqında kifayyət qədər məlumatlı olmalıdır ki,onlarda əminlik yaransın.Bu cür məlumatları seçicilər internet üzərindən, sosial şəbəkələrdən, posterlərdən, bukletlərdən və digər vasitlərdən əldə edirlər. Təbii ki, seçki məntəqlərinin qarşısında lövhələrdə namizədlər barəsində məlumatlar vardır. Əksər hallarda insanlar həmin əraziyə yalnız seçki günü gedirlər. Bu da o deməkdir ki, seçici seçdiyi namizəd barədə yalnız seçki günü məlumat alır. Namizədlər haqqında nə qədər çox məlumat olarsa seçicilər daha inamlı, daha məlumatlı, daha qərarlı olar.Bu səbədən namizədlərdən seçicilərə yardımçı olmağı tövsiyyə edirəm.
Hamını bir nəfər kimi, 9 Fevral 2020-ci il tarixli növbədənkənar parlament seçkilərində iştirak etməyə və layiqli namizədə səs verməyə çağırıram. Aktivliklərini bir daha nümayiş etdirməklərini onlardan xahiş edirəm. Seçdikləri namizəd barədə məlumatlı olsunlar, namizədlərin yaşadığı əraziyə bağlılığını təyin etsinlər və əminliklə səs versinlər. Növbəti beş ilin taleyi onların öz əllərindədir. Bu səbəndən də, həm qadınlar, həm kişilər, cavanlar, yaşlılar aktiv olmalı, seçkilərdə mütləq iştirak etməlidir.Seçicilər və namizədlərə uğurlar arzulayıram.
– Özünüzə nə arzulayırsınız?
– Özümə can sağlığı, möhkəm iradə və təbii ki, qarşıdakı seçkidə parlaq qələbə arzu edirəm. İnanıram ki, həm ağsaqqalları, həm gəncləri, həm bağlı olduğum və namizədliyim irəli sürdüyüm dairənin vətəndaşlarını tezliklə sevindirəcəm.
– Seçiləcəyiniz təqdirdə seçicilərə nə vədlər edirsiniz?
– Seçicilər əmin ola bilərlər ki, onları Vətənini sevən, qayğıkeş,təcrübəli, poliqlot, iqtisadçı, qanunvericiliyi və beynəlxalq hüququ mükəmməl bilən,kreativ, enerjili, idmançı,humanist və əsasların əsası onlara bağlı ləyiqli bir vəkilləri olacaqdır.Görüşlərdə bildirmişəm ki, seçicilərə əl çatan olmağım üçüm seçiləcəyim təqdirdə təmsil olunduğum ərazidə ayrı-ayrı yerlərdə qərargahlar yaradılacaq. Onlar hər bir zamam mənə yaxınlaşıb sözlərini dediyi kimi seçkidən sonrada ya mənə, ya məni təmsil edən nümayəndələrə yaxınlaşıb, onları maraqlandıran suallara cavab tapa biləcəklər.Müxtəlif həlli tapılması gərəkli məsələlərin müzakirəsi üçün üçün hər cür şərait yaradılacaq. Söz verirəm ki, onları alınıaçıq və layiqincə təmsil edəcəm.Məni dəstəkləyənmhər bir kəsə bir daha mimmətdarlığımı bildirirəm.
– Novruz müəllim, sizə tutduğunuz mövqedə uğurlar arzu edirəm. Əminliklə demək olar ki, qələbənin bir addımlığındasınız. Buna hamı əmindir. Çünki, ən reytinqli namizədsiniz.
– Xoş sözlər üçün təşəkkür edirəm. Çox
sağ olun!
“İctimai Xəbər Agentliyi” MMC-nin və
“AtaTv.az” xəbər portalının rəhbəri
Rasafil Bayramov
araz.az xəbər portalı.