…Prezident İlham Əliyev Yelmar Vəliyevin başına gələn bəlli hadisədən sonra Gəncəyə Niyazi Bayramovu təyin etdi. Və N.Bayramovun qarşısında (həmçinin digər icra başçılarının da) ilk növbədə korrupsiya hallarının və rüşvətxorluğun kökünün kəsilməsi məsələsini qoydu. Bu, ölkə başçısının yeni təyinat alan yüksək çinli məmurlara tapşırığı, etimadı idi. Amma…
Bəs niyə yeni başçı Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun vəzifə səlahiyyətlərini aşmasına susur?
Bəli, təkrar edirik, Prezident etimad göstərir, inanır… Amma Gəncədə baş verən bir hadisə deyilənləri təkzib edir. Belə ki, Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynov vəzifə səlahiyyətlərini aşmaqla Dövlət büdcəsindən əsasız olaraq maliyyə silinməsi etməkdədir və bu barədə «Təzadlar»a ciddi məlumatlar daxil olubdur. Belə ki, redaksiyamıza daxil olan rəsmi sənəddən məlum olur ki, 16 yanvar 2019 cu ildə Gəncə Şəhər Təhsil İdarəsinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət büdcəsindən əsassız olaraq pul silinməsi edibdir. Adı çəkilən maliyyə hesablaşma mərkəzi “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na 289 min 690.0 manat (iki yüz səksən doqquz min altı yüz doxsan manat) pul ayırması haqqında rəsmi sənədi imzalayıb, pulu götürüb və silib. Hamı bilir ki, bu qədər taxta və odunla Təhsil Nazirliyinin bir il ərzində bütün ölkə məktəblərini təmin etmək olar.
Gəncədə taxta yandıran məktəblər var???
İkincisi, Prezident İlham Əliyev bu günlərdə Davosda keçirilən Beynəlxalq İqtisadi Forumda rəsmsi tribunadan dedi ki, Azərbaycanda ölkənin qazlaşdırılması 96 faizdir, bu proses davam edir. Və hal-hazırda Gəncə Şəhərində odunla istifadə olunan məktəblər yoxdur. Olsadı Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynov tələbnaməsi əsasında bu işlərin görülməsi hər kəsə aydındır. Hətta bu məbləğin, yəni ki, 289 min 690.0 manatın “Xalq Bank” filialının vasitəsi ilə Neftçala şəhərinə köçürülməsi haqqında əlimizdə rəsmi sənəd vardır və bunu adının çəkilməsini istəməyən bankın əməkdaşı bizə rəsmən təqdim edib.
Qeyd edək ki, əldə etdiyimiz digər məlumatlara görə Zakir Hüseynov Azərbaycan Texnologiya Universitetinin Kompüter Mühəndisliyi Telekomminikasiya kafedrasında 0,5 ştat, Gəncə Dövlət Aqrar Universitetinin İnformasiya Texnologiyaları sistemləri kafedrasında isə eyni qaydada 0,5 ştatla işləyir. Adı çəkilən Universitetlərdə isə Zakir Hüseynovun nə vaxtsa dərs dediyini bir dəfə də olsun görən olmayıb. Amma Universitetlərdən hər ay Zakir Hüseyinova aylıq maaş yazılıbdır. Bu külli miqdarda pulun mənimsənilməsi deməkdir. Hətta Universitetlərdə Zakir Hüseyinovun əvəzinə qanunsuz olaraq jurnal yazılıb, bu özü əsaslı çinayətdir.
Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynova əsassız olaraq əməkhaqqı yazılması, yaxud Zakir Hüseynovun bilərəkdən əassız olaraq pul kartı vasitəsi ilə hər iki universitetdən əməkhaqqı alması, aylıq qazanc əldə etməsi külli miqdarda pulun mənimsənilməsi, təsdiqini tapmış korrupsiya faktıdır. Araşdırdıqca dəhşətə gəlirik, bu qədər də anarxiya olarmı? Ötən 2019-cu ilin sonlarında həbs olunan sabiq Ağstafa rayon icra başcısı Nizaməddin Quliyevin, Yevlax rayonunun
sabiq icra başcısı Qoca Səmədovun Dövlət büdcəsindən əsassız olaraq maliyyə silinmələri edildiyi təsdiqini tapdığı halda hər iki icra başcısı həbs olundu. Gəncə Təhsil İdarəsinin müdirinin isə aylıq qazanc əldə etməsi üçün Dövlər büdcəsindən ayrılan külli miqdarda əməkhaqları alması məlumatı doğrudur.
Məsələyə aydınlıq gətirilməsi üçün Gəncə şəhər Təhsil Şöbəsi ilə əlaqə saxladıq və yuxarıda qeyd edilənlərə Zakir Hüseynovun mövqeyini öyrənməyə çalışdıq. Telefon əlaqəsi mümkünsüz olduğundan bu yazını olduğu kimi Gəncə İH-nin və Təhsil Şöbəsinin rəsmi elektron poçtuna göndərdik. Hələki rəsmi mövqe yoxdur. Olarsa, qarşı tərəfin mövqeyinə hörmətlə yanaşırıq, dərc etməyə hazırıq.
Mövzuya yenidən qayıdacayıq.
«Təzadlar»ın Araşdırma Qrupu
araz.az xəbər portalı.