İnsan nə qədər qayğıkeş olmalıdır ki, səninlə ilk tanışlığında, ilk təmasdan, ilk dəqiqədən sənə həyan olsun, dərdini öz dərdi, sevincini öz sevinci bilsin. Haqqında söz açdığımız şəxs-hələlik mandatsız olan Millət Vəkili Elçin Rəhimzadə onun özünə və təmsil etdiyi aparıcı kütləvi informasiya vasitəsinə pənah gətirən hamı ilə qayğılanır. Onun müsahibləri sırasında fəhlədən, sürücüdən tutmuş, müharibə veteranına, professora qədər cəmiyyətin müxtəlif zümrələrinin nümayəndələri vardır. Azərbaycanın elə mərd kişisidir ki, xeyirxahlıq etməkdən yorulmaz.
Peşəkar jurnalist, şair-publisist Elçin Rəhimzadə (Rəhimov Elçin Akif oğlu) 29 saylı Səbail Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəddir. Hakimiyyətin əksər məsələlər üzrə siyasəti ilə razılaşmayan Elçin Rəhimzadə seçki marafonuna qatılanda bəyan edib ki, Qarabağın işğalda qalmasını, korrupsiyanı, rüşvətxorluğu, regionçuluğu, kəskin təbəqələşməni, monopoliyanı, yüksək faizli bank kreditlərini, işsizliyi, məcburi miqrasiyanı, fərsiz idarəçiliyi, seçkilərin total saxtalaşdırmasını, dövlət hakimiyyətinin bir əldə cəmlənməsini, hüquq və azadlıqların boğulmasını, məmur kapitalizmini, pullu ali təhsili, tibbi sığortanın tətbiq edilməməsini, müxtəlif qruplar arasında kəskin maaş fərqini, iqtisadiyyatın neftdən asılılığını, əhalinin süni şəkildə paytaxta yığılmasını, gənclərə qarşı diqqətsizliyi və onlara dəstək verilməməsini, “İpoteka”nın əlçatmazlığını, insanların əmlaklarının cüzi pul müqabilində zorla əlindən alınmasını, təqaüdçülərə biabırçı məbləğdə pensiya verilməsini, əhalinin mütləq hissəsinin kasıblıq girdabında boğulmasını və yüzlərlə başqa yanlış idarəçilik səhvlərini qəbul edə bilmir. Elə bütün bu problemlərin aradan qaldırılması uğrunda mübarizə aparmaq üçün MİLLƏT VƏKİLİ olmaq istəyir.
Rəhimov Elçin Akif oğlu 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub.
1986-cı ildə Bakı şəhəri, Səbail rayonu, Osman Mirzəyev adına 190 saylı orta məktəbin birinci sinfinə daxil olub,1997-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib.2010-cu ildə Baki Qida Sənayesi Kollecinə qəbul olub, 2013-cü ildə həmin kolleci “Gömrük işi” ixtisası üzrə subbakalavr dərəcəsi ilə bitirib.Y
2003-cü ildən 2006-cı ilə kimi Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAC) çalışıb. 2015-ci ildə “Kanal 13”İnternet Televiziyasında jurnalist vəzifəsinə təyin olunub. ”Bumeranq” və “Müzakirə Saatı” verlişlərinin müəllifi və aparıcısıdır. Publisistik yazıları və şeirləri dövrü mətbuatda və sosial şəbəkələrdə dərc edilb. Şeirlərinə musiqilər bəstələnib.
Elçin Rəhimzadəni şəxsən tanıyanlar, onunla təmasda olanlar onun sözün həqiqi mənasında Əsl KİŞİ xarakterinə malik insan olduğunu bilirlər. Sözündə bütöv, əqidəsinə sadiq, vədlərinə xilaf çıxmayan biridir, adamlığında mükəmməllik, insanlığında böyük dahilik var. Sədaqətlilik, səxavətlilik, etibarlılıq məktəbidir sanki. Mehriban çöhrəsi, həlim danışığı, məntiqli mülahizələri qarşısındakı insanı özünə möhkəm tellərlə bağlayır. Qorxmazdır, cəsarətlidir. Bu xüsusiyyətləri də məhz haqsevərliyindən, uğrunda çalışdığı işin ədalətə xidmət etməsindən irəli gəlir. Azərbaycanda ilk peşəkar İnternet televiziyası olan Kanal13-dəki fəaliyyəti dövründə Elçin öz peşəkarlığının zirvəsinə aparan yolda böyük addımlar atmışdır. Çoxlarının hər gün rastlaşdığı, narahat olduğu, lakin dilə gətirməyə belə cəsarət eləmədiyi problemləri çalışdığı KİV-də müzakirəyə çıxarmaqdan çəkinməyib Elçin. Daim yaradıcı axtarışda olan Elçin Rəhimzadə sadəcə olaraq yazmaq xatirənə yazmır, danışmaq xatirinə danışmır.
Rastlaşdığı bir problem, aşkar etdiyi neqativ hal barədə xəbər verməklə işini bitmiş hesab etmir. Yalnız jurnalist kimi deyil, həm də bir vətəndaş yanğısıyla həmin problemin həlli prosesini izləyər, müsbət dəyişiklik olmayanda, o mövzuya yenidən qayıdır. Vətəninin layiqli övladı, ölkəsinin tərəqqipərvər vətəndaşı, dövrünün qabaqcıl ziyalısıdır Elçin Rəhimzadə. Mənəviyyatı saf, düşüncə tərzi geniş, gözü-könlü tox, haqqı tapdalananın, hüququ pozulanın dadına çatan mübariz insandır. Xalqı əmin-amanlıqda, yaxşı ovqatda görmək istəyir. Bunun üçün Elçin Rəhimzadəyə daha yüksək tribuna lazımdır. Əmin olmağa dəyər ki, o, nə bu gün bizim səsimizi satmayacaq, nə də sabah mandatını girov qoymayacaq. Gəlin, ona səs verək!
Nüşabə Əhməd
araz.az xəbər portalı.