160085.jpg


Devşirmə “Azərbaycanlı”lar…Azərbaycanı İranın və ya Rusiyanın əyalətinə çevirmək istəyənlər. 
 
Mənim Göyçə-Qaraqoyunlu mahalımı Ermənilərə bağışlamışdı Rusiyanın yerli Kommunist nökərləri. Mənim soydaşlarım öz torpağında Türk olduğu üçün Ermənilər tərəfindən etnik təmizləməyə və soyqırıma uğradılmışdı. Mənim torpağım işğal olunmuş, həmyerlilərimin çoxu qaçıb sığındığımız Azərbaycanda dünyasını dəyişmiş. İndi qaçıb sığındığımız Azərbaycanda da bir türk diskriminasiyası başlanmış… Türksüz Azərbaycan qurmaqla Azərbaycanı İranın(fars) və Rusiyanın bir əyalətinə çevirmək siyasəti gündəmdə. Azərbaycanın istiqlalının təminatçısı, Azərbaycan dövlətinin qurucusu, Azərbaycanın dominant titul millətinin düşmənləri nə qədər çoxdur, biz bunu bilirdik əlbəttə. Bəs onların son dövrlər daha da aktivləşməsinə, leqallaşmasına şərait yaradanlar kimlərdir…Onlar günü gündən niyə çoxalmaqdadır. Kimdi onları gücləndirən… Bu türk düşmənlərini dövlətin uca məqamlarından endirib dilini kesməyi bilənlər birləşsin!!!..Yoxsa Azərbaycan ya İran olacaq,ya Rusiya, ya Ermənistan…
Ümumiyyətlə isə mən hər gün Türk millətinə nifrət püskürən “Azərbaycanlı”larla qarşılaşıram… Türk olduğumu dilə gətirəndə, türk tarixi ilə öyünəndə məni faşist, millətçi, pantürkist damğaları ilə dışlayan Azərbaycanlılar… Xatırlayıram, Ermənilər də bizi Ermənistanda Türk olduğumuz üçün bax beləcə dışlamaqda, aşağılamaqda idilər… İranda da 100 ildir Türklər Farslar tərəfindən dışlanmaqda,aşağılanmaqda… Mənə görə hazırda bütün dünyada anti Türk siyasəti və nifrəti körüklənməkdə…Azərbaycanda isə antitürk siyasəti və təbliğatı pik nöqtədə. Azərbaycanda Türk olduğu halda Türklüyünü danan, imtina edən nə qədər aydınlar, “filosof”lar gördüm. Bunları necə adlandırım. İran sosioloqu Əli Şəriəti milli kimliyindən və kültüründən uzaqlaşaraq, başqa kültürləri və xalqları təqlid edən manqurtları halünasiyaya uğramışlar adlandırırdı. Çingiz Aytmatov Manqurt adlandırırdı. Mən isə icazənizlə  “devşirilmiş”( kimliyi, mənliyi dəyişdirilmiş, özgələşmiş) “azərbaycanlı”lar adlandırım.
İndi isə devşirmələrlə hər gün qarşılaşdığım zaman necə əzab çəkdiyimi təsvir edim, devşirmə “azərbaycanlı”nın xarakterini çizməyə çalışım. 
Mənən yenilmiş, özünə, kültürünə, gələcəyinə, keçmişinə yabançılaşmış Rus dilində danışan insanları gördükcə, Rus koloniya siyasətinin qurbanı kimi onlara acıdıqca, İran, Rus heyranlarının saxta tarix bilinclərinə güldükcə, hər yerdə hər tərəfdə Manqurt soydaşlarımı görüb hallarına ağladıqca, bu devşirmə, halünasiyaya uğramış mənən şikəst “Azərbaycanlını” gördüyümdə onlardan qaçıb uzaq durmaq üçün çabaladıqca, məni bu yerlərə bağlayan tellər qırılmaqda… Bu devşirmələrin içində yalnızlaşdıqca böyük tariximə, kültürümə, Türkün azad ruhuna daha çox sarılmaqdayam. Azadlığın nə olduğunu hansı xalq, hansı mədəniyyət Türkdən daha yaxşı anlar ki… Bu devşirmə “azərbaycanlı”lardan uzaqlaşdıqca Türk oluram. Devşirmələr mənim millətim ola bilməz. Mən ruhu, kültürü, qanı, vicdanı, milli kimlik bilinci saf olan bir Türk Milləti, Türk vətəni qurmaqdan yanayam. Devşirmə “azərbaycanlı”nın nə Turan məfkurəsi var, nə “Qızıl Alma”sı. Devşirmə “azərbaycanlı”nın Cahan hakimiyyəti anlayışı yoxdur, Tanrı anlayışı yoxdur. Məğlubiyyət tarixi var. Ağlaşma tarixi var. Zəfər tarixi yoxdur. Oğuz xaqanı, Çingiz xaqanı, imperiyası, imperatoru yoxdur. Devşirmə “azərbaycanlı” bütlərə, heykəllərə, şəxsiyyətlərə pərəstiş edər. Devşirmə “azərbaycanlı” nökərdir, quldur, qorxaqdır, tarixsizdir, simbiozdur. Fars və Rus kültüründə beyni yıxanmış, özünü unutmuş, yolunu, kültürəl şəxsiyyətini, mənəvi şəxsiyyətini, milli xarakterini, milli qüruruni itirmişdir. Rusiya, Rus heyranıdır, rusları özündən üstün bilir, özünü mədəni baxımdan aşağı bilir, aşağılıq kompleksi daşıyır, Sasanlı nostalgiyası yaşayır. Dili “Azərbaycan dili”dir. 30 % ərəb, 30% fars, 10% rus, 40% türk dillərinin qarışığı olan bir dil. Lakin bu qarışıq dillə öz identikliyini təsdiq etməkdən belə utanır. Əslində bu dildən imtina etmişdir, aşağılıq kompleksindən qurtulmaq, mədəni, diplomlu, təhsilli, kültürlü, şəhərli, elit görünmək üçün Rus dilində danışmağa üstünlük verir. Özündən qaçış sindromu yaşayır. Türkiyə və Türk düşmənidir. 
Anadolu və Azərbaycan türklərini bir birindən ayırmaq üçün 400 ildir çeşidli projelər uyğulandı. Bu projelər əlifba dil, kimlik, ideologiya, din, məzhəb sahəsində Oğuzun iki qolunu bölmək, onların fərqli xüsusiyyətlərini qabartmaq, onları rəqib və düşmən güclər kimi tanııtmağa qədər irəli getməkdədir. Türkiyə və Azərbaycanı bir millət iki dövlət kimi görməyib də iki fərqli millət kimi görmək istəyənlər çox. ..Devşirmə “azərbaycanlı” da o güclərin önündə, düşmən səngərində…
 Bilinc altında Fars tarix konseptinin , Hind -Avropa tarix bilgisinin və ruhunun təmsilçisi. Demokrat, liberal maskası ilə gizlənərək insan haqları ideyalarını Türk maraqlarının önünə sipər kimi çəkməkdə. Devşirmə “azərbaycanlı” demokratdır, liberaldır, kosmopolitdir, islamçıdır, internasionalistdir, dünya vətəndaşıdır, amma Türk deyil və ya onun üçün Türk olmaq bir önəm daşımaz. Devşirmə “azərbaycanlı” Türkiyəyə, Osmanlıya nifrətin simgəsi…Rusiya ilə birləşərək Azərbaycanı hər an Türkiyəyə qarşı qoya biləcək qədər təhlükəli. Hətta Rus ordusunun sıralarında Türkiyəyə qarşı vuruşa bilmək əzmində..
XX əsrdə Sosio-kültürəl, sosio-psixoloji baxımdan iki ziddəyyətli Azərbaycan projesi ürətildi. Son 100 ilin Azərbaycan quruculuğunda bu iki platforma tətbiq edildi və ideoloji olaraq bu iki platforma savaş halındadır və bu savaş bu gün də davam etməkdədir. Birincisi Hind-Avropa tarix konsepsiyasına,  Fars-İngilis-Rus platformasına söykənən Azərbaycan. “Azərbaycanlı milləti”, “Azərbaycan dili” əsasında Kimlik bilinci İran və Rusiya tarix konseptinə söykənərək qurulan Azərbaycan. Mahiyyətcə anti Türk, anti Türkiyə Azərbaycanı. Devşirmə “azərbaycanlı” bu Azərbaycanın prototipi və təmsilçisidir. İkincisi isə Türk platformasına söykənməklə formalaşan Azərbaycan. Türk və Turan, Türkiyə mərkəzli tarix bilincinə söykənməkdə. İkinci Azərbaycan Türk Azərbaycanı idi. Türkləşmiş Azərbaycan idi. Cümhuriyyət Azərbaycanı idi. M.Ə.Rəsulzadə Azərbaycanı idi. Bu Azərbaycanın ideoloqu Əli Bəy Hüseynzadə Türk-Yunan savaşında Osmanlı ordusunda həkim kimi çalışıb Türk əsgərinin yarasını sarıyırdı, Osmanlıya xidmət edirdi, Erməni qırğınlarının qarşısını Difai təşkilatı quraraq alan Əhməd Ağaoğlu Qafqaz İslam Ordusunun müşaviri  idi, Türkiyə Cümhuriyyətinin qurulmasında əsas ideoloqlardan biri idi, Məhəmməd Hadi Osmanlı Ordusunun sıralarında Balkan döyüşlərində savaşırdı. Osmanlı ordusunun baş komutanı Ənvər Paşa, mənim Paşam Türküstan Basmaçı hərəkatının lideri idi, Türküstanın azadlığı uğrunda şəhid oldu,Turanın şəhidi oldu. Nə böyük Şərəf!!! Nuru Paşa Azərbaycanı Erməni soyqırımlarından xilas etdi, Kazım Qara Bəkir Paşa Güney Azərbaycandakı Erməni qırğınlarının qarşısını aldı. “Füyuzad” dərgisi vahid türklüyü, Turanı təbliğ edirdi. Hüseyn Cavid bir Turan yazarı idi. Ortaq türkcədə, Turan dilində yazırdı. 
Füyuzat dərgisi, Əli Bəy Hüseynzadə, Hüseyn Cavid  Türk Azərbaycanın simgəsidir. Osmanlı, Türkiyə, Türk Azərbaycanın müttəfiqi, dayağıdır. Türkiyə və Azərbaycan konfederativ birliyi Türk Azərbaycanın əsas hədəfidir. Ortaq türkcə Azərbaycanı gələcəyə aparan projedir. Ortaq türkcənin hədəfi Turan. Turanın mərkəzi otoritə gücü Türkiyə və Azərbaycandır . 
Devşirmə “azərbaycanlı” M.Ə.Rəsulzadənin düşmənidir. Türk Azərbaycanının, türkləşmiş Azərbaycanın düşmənidir. 
Devşirmə “azərbaycanlı”nın adı ərəbcə, yəhudicə, farsca , soyadının sonluğu ruscadır. Dini islam, vicdanı Rus, tarix bilgisi Fars tarix və kimlik bilgisinə bağlı. Devşirmə “azərbaycanlı” Türk ola bilməz. Türk devşirmə “azərbaycanlı” ola bilməz…Olmayacaq!!! Mən Türk kimliyimi devşirmə “Azərbaycanlı” kimliyində əzdirtməm. Ölkəmi, Dövlətimi də devşirmə siyasətlərdən , siyasətbazlardan azad etmək əzmim hələ yerində…Sağlıq olsun. MOderator.az
 
Yasəmən Qaraqoyunlu, AMEA Fəsləfə İnstitutu

araz.az xəbər portalı.