baku_incu_260116.jpg

GADTB-nin Mətbuat Mərkəzinin Axar.az-a istinadə yaydığı məlumata görə, ABŞ-ın hərbi arxivlərindən qədim Azərbaycan şəhəri İrəvanın unikal görüntüsü yayılıb.

Sözügedən kadrlar 1919-cu ildə ABŞ-ın hərbi missiyası Türkiyə və Ermənistanda olarkən çəkilib. Görüntülərdə İrəvan istehkamları əksini tapıb. Bu qala 4 iyul 1679-cu ildə baş verən dağıdıcı zəlzələdən sonra İrəvan xanı tərəfindən inşa edilib.

Axırıncı dəfə həmin istehkamlar Hüseynqulu xan tərəfindən Rusiyanın işğalı ərəfəsində (1808-1828) ucaldılmışdı.

Erməni hakimiyyətinin cəhdləriylə sözügedən istehkamlar tamamilə dağıdılıb.

[bt_youtube url=”https://youtu.be/2VEZeUv3jd4″ width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.