1003202002.jpgBU ALVER MƏKANINDAKI BİABIRÇI DURUM, HEÇ OLMASA, YENİ BAŞÇI NAHİD BAĞIROVU NARAHAT EDƏCƏKMİ?!

Ölkə mətbuatı ilə bərabər, araz.az xəbər saytı da, antisanitariya yuvasına çevrilən İsmayıllı şəhər bazarındakı acınacaqlı durumla bağlı yazılar dərc edib. Həmin yazılarımız, redaksiyamıza bir qrup yerli camaat adından ünvanlanan şikayət xarakterli müraciətlər əsasında hazırlanıb və onların hədsiz narahatlıqlarının ən təsirli ifadəsidir. Çünki şikayətçi sakinlər həmin müraciətlərində daha çox xüsusi olaraq onu vurğulayıblar ki, belə kritik durumların ağrı-acısı həmişə vətəndaşların, xüsusilə, əhalinin aztəminatlı hissəsinin “başında çatlayır”.
Yazılarımızda, hətta, bu bazarda uzun zamandır qalmaqda olan belə bir biabırçı durumun yaranma səbəbləri də göstərilib. Qeyd edilib ki, rayonun sabiq icra başçı Vaqif Rəhimovun adına deyilməsi və indiyədək onun adamlarının əsarətindən qurtula bilməməsi, camaat üçün vacib bu alver məkanında belə bir ürəkbulandıran mənzərənin hökm sürməsinin başlıca səbəbidir. Bir sözlə, bazarın hər bir problemi barədə ətraflı yazılsa da, aidiyyatı dövlət qurumlarının rəhbərləri belə yazılanlarla maraqlanmaq istəməyiblər. Hətta şəhər bazarındakı antisanitariya rayonun icra başçısının və digər səlahiyyət sahiblərinin də veclərinə olmayıb. Respublika Qida Təhlükəsizliyi Agentliyi belə buradakı acınacaqlı durumla bağlı hansısa bir tədbir görməyib. Halbuki, ötən yazılarımızdakı aşağıdakı epizodlara diqqət yetirmək kifayət idi ki, ictimai gileyi günbəgün artıran bu antisanitariya məkanındakı durumun kritik həddi, bu problemə məsul vəzifə sahiblərini narahat etsin:

— Rayonun sabiq icra başçısı Vaqif Rəhimovun yaxın adamlarının əlində olan şəhər bazarındakı mövcud durum, doğrudan da, əhalini böyük təhlükələrlə üz-üzə qoyub. Qida Təhlükəsizliyi Agentliyinə ünvanladığımız yazıların da, əhalinin xeyrinə bir faydası olmadı. Halbuki, hər hansı ticarət obyektində sanitar-gigiyena norma və qaydalarına, eləcə də bunlar haqqında mövcud qanunvericiliyin tələblərinə riayət edilməməsi barədə ciddi məlumatlara, belə neqativ hallara dövlət nəzarətinin təminatında yüksək səlahiyyətə malik həmin agentliyin dərhal reaksiyası olmalıydı. Məhz belə laqeydliklərə görədir ki, həmin bazarda indiyədək heç nəyin dəyişmədiyinin şahidi oluruq;
— Ümumiyyətlə, yeddi dövlət qurumunun — Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidmətinin, Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidmətinin və idxal zamanı Dövlət Gömrük Komitəsinin səlahiyyətlərini həyata keçirmək üçün yaradılan və təqribən iki il əvvəl fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyi ona həvalə edilən “tarladan süfrəyədək” prinsipi əsasında, bu bazarda satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün, lazımi tədbirlər həyata keçirmək istəyində deyil;
— Rayon sakinləri üçün vacib olan bu ticarət obyektində, qida təhlükəsizliyi ilə bərabər, bütün durumlar da böyük təhlükə qarşısındadır. Fövqəladə Hallar Nazirliyi də, buradakı xoşagəlməz durumla ciddi maraqlanmır. Ciddi yanğın təhlükəsi ilə üz-üzə qaldığından, İsmayıllı bazarı da, “EuroHome” tikinti materialları bazarının acınacaqlı taleyini yaşaya bilər. Bu həmin tikinti bazarıdır ki, xeyli əvvəl orada baş verən güclü yanğın paytaxt Bakını tüstüdə boğaraq, əhaliyə kritik məqamlar yaşatdı. Onu da qeyd edək ki, həmin ticarət mərkəzi tanınmış
iş adamı, həmçinin “AF Holdinq” Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvü, “AF Hotel & Aqua Park”ın sahibi Azay Möhnətovun adına deyilir. Doğrudan da, işıqlandırma sistemi sarıdan da acınacaqlı vəziyyətə düşən şəhər bazarı hər an yanğın təhlükəsi ilə üzləşə bilər. Arzuolunmaz belə bir təhlükənin qarşısını almaq üçün, dövlət idarə və təşkilatlarındakı səlahiyyət sahibləri ciddi tədbirlərə əl atmalıdırlar ki, İsmayıllı şəhəri də tüstüdə boğulmasın. Bu təhlükə — qaçılmazdır! Nə olsun, əhali üçün daha qorxulu görünən bu vəziyyətə görə də, heç, bazarın icraçı direktoru Mirdamət Cəfərovun xətrinə dəyən yoxdur;
— Ümumiyyətlə, uzun zamandır antisanitariyanın hökm sürdüyü bu alver məkanındakı ürəkbulandıran mənzərə, onun iki addımlığında — qəbristanlıq ərazisində fəaliyyət göstərən küçə ticarəti məkanının durumundan heç nə ilə fərqlənmir. Antisanitariya şəraitində fəaliyyət göstərən qanunsuz küçə ticarətinə, sanki, qəsdən imkan yaradılıb. Meyvə-tərəvəzdən, geyimlərdən tutmuş, elektrik, isitmə avadanlıqlarına və digər ev əşyalarına, eləcə də ev quşlarına qədər hər şeyin satıldığı və alverçilərlə dolu olan hər iki yerin durumları bir-birindən heç nə ilə fərqlənmir. Bu ərazilər vaxtında süpürülərək, təmizlənmədiyindən, ətrafa yayılan məişət tullantıları atılmadığından bazar ətrafında tez-tez xoşagəlməz qoxulu hava axını müşahidə olunur;
— Zibilliyə qərq olan şəhər bazarının içinə də, çölünə də sabiq başçının adamları nəzarət edir. İçəridə yer haqqı baha qiymətə olduğundan, alverçilər küçələrə axışırlar. Lakin gündə külli miqdarda “yer haqqı” yığmaq sabiq başçının adamları üçün çətin olmur. Di gəl ki, bazarın ərazisini vaxtında zibildən təmizləmək, satıcılar üçün normal şərait yaratmaq onları maraqlandırmır. Aidiyyatı qurumlar, rayon rəhbərliyi, xüsusilə də, ticarət obyektlərində gigiyenik sağlamlığa nəzarət edən rayon Epidemologiya və Gigiyena Mərkəzinin əməkdaşları, bir dəfə də olsun, gəlib, bu yerlərin sanitar təmizliyi ilə maraqlanmırlar. Satılan ev quşlarının sağlam olub-olmaması da, onlar üçün maraqlı deyil. Qida təhlükəsizliyinə nəzarət edən qurum rəhbərliyi belə bu kritik durumla maraqlanmaq istəmir, hər şeyə göz yumaraq, yerində fəaliyyətsiz oturur. Sanki bu vacib məsələlərin onlara aidiyyatı yoxdur və yaxud, elə bil, belə iyrənc alverlə qazanmağa adət edən sabiq başçının adamlarının əlləri onlara da çatır;
— Görünən odur ki, bazar sahibi və onun əlaltıları özlərini camaatla düşmən kimi aparırlar. Hamı, elə, belə də deyir ki, anası erməni olan bazar sahibindən bundan artıq heç nə gözləmək olmaz. Çünki bu bazardan yığılan külli miqdarda puldan ermənilər üçün də ayrılır. Bazara himayədarlıq edən rayon polis şöbəsinin rəis müavini Şahin Əhmədovun nənəsinin erməni olması da, hər kəsə olmazın narahatlıqlar gətirir. Onu da qeyd edək ki, adını çəkdiyimiz rəis müavini, həm də sabiq başçı Vaqif Rəhimovun bacısı oğludur və burada istədiyini etməkdən belə çəkinmir;
— Bazarda lap çoxdan yaranan dözülməz vəziyyətin rayonun aidiyyatı dövlət qurumlarını tezliklə hərəkətə gətirəcəyinə, onların bazarın acınacaqlı sanitar durumuyla təcili maraqlanıb, çözülməz görünən digər problemlərinin də öz həllini tapması üçün, ciddi göstərişlər verəcəyinə, zərrə qədər də olsa, ümidimiz qalmayıb!..
Yazılarımızdan götürdüyümüz bu sonuncu epizod, həm də rayon sakinlərinin araz.az-a ünvanladıqları şikayət xarakterli müraciətlərdəndir. Həmin müraciətlərdə o da göstərilib ki, səlahiyyət sahiblərinin hara baxdıqları, ölçü götürmək üçün nəyi və kimi gözlədikləri, hərəkətə keçməyə nədən tələsmədikləri narahat əhalini və xırda ticarətlə məşğul olanları düşündürən əsas məsələdir. Doğrudan da, əlaqədar hökumət qurumları tərəfindən, hər an bazarda gözlənə biləcək təhlükələrin qarşısının alınmasına göstərişlərin verilməməsi, onların, antisanitar durum ucbatından əhali arasında yayıla biləcək müxtəlif yoluxucu xəstəliklərin, ələlxüsus, dünyanı bu gün lərzəyə salan və getdikcə daha da şiddətlənən COVID-19 — koronavirus təhlükəsinin belə qarşısını almaq səlahiyyətlərindən istifadə etmək istəməmələri çox düşündürücüdür. Açıq-aydın görünür ki, bazardakı antisanitariyanın getdikcə daha da şiddətlənib, bu həddə çatması, bütün rayon əhalisini olduqca narahat edərək, qorxuya salıb.
Doğrudan da, İsmayıllı şəhər bazarındakı hazırkı vəziyyət dözülməzdir. Səhər tezdən burada sanitariya və baytarlıq məntəqələri açıq olmur deyə, yoxlamalar aparılmır. Bazarda yalançı ekspertizalar keçirmək, pullar yığmaq və yalandan möhür vurub, sənədlər vermək, sanki adi məşğuliyyətə çevrilib. Bütün alver malları ekspertizadan keçirilmədən satılır. Necə deyərlər, burada aləmin qarışması ucbatından zibilliyi xatırladan, məişət tullantıları ilə dop-dolu olan bazarətrafı ərazilər də heç kəsi maraqlandırmır. Güclü küləklər müşayiət olunanda, buradakı tillantılar daha geniş ərazilərə yayılır. Müştərilərin əksəriyyəti hər addımda rastlaşdıqları bu halın insan həyatı üçün təhlükəli olduğundan çox gileylidirlər. Maraqlısı budur ki, antisanitariyanın baş alıb getməsinə, məhsulların natəmiz şəraitdə satılmasına baxmayaraq, burada alıcı sıxlığı kifayət qədərdir…
…Bazardakı ürəkbulandıran durumun əksi olan və bu yazı ilə birgə dəyərli oxucularımıza təqdim etdiyimiz foto-faktlar da, yerə qoyularaq, satılan malların insan həyatı üçün təhlükə mənbəyi olduğunun daha bir sübutudur.
Çox təəssüf ki, ölkə ərazisində sözügedən koronavirusun yayılmasının qarşısının alınması üçün, dövlət rəhbərinin şəxsən özü tərəfindən təcili tədbirlərin görülməsi ilə bağlı ciddi tapşırıqların verilməsi belə, prezident İlham Əliyevin bu günlərdə öz sərəncamı ilə tutduğu vəzifədən azad etdiyi İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovu da narahat etmədi. Elə, əvvəllər olduğu kimi, bu ciddi təhlükə mənbəyi ilə bağlı vacib məsələyə də, o, hədsiz biganəlik nümayiş etdirdi. Görəsən, heç olmasa, prezidentin digər sərəncamı ilə bu vəzifəyə yeni təyinat alan Nahid Bağırov bu ciddi təhlükənin qarşısının alınması üçün, rayonun digər səlahiyyət sahiblərinə vacib lazımi göstərişlərini verəcəkmi?!
Bu problem olduqca ciddi olduğundan, bundan sonra da araz.az saytı əməkdaşlarının diqqət mərkəzində olacaq. Yazılarımızı izləyin!

Səməndər QURBANOV,
araz.az saytının xüsusi müxbiri.

[bt_slider uid=”1583816667-5e671fdbd051b” target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/1003202001.jpg” title=”1003202001.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1003202005.jpg” title=”1003202005.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1003202016.jpg” title=”1003202016.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1003202004.jpg” title=”1003202004.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1003202018.jpg” title=”1003202018.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1003202009.jpg” title=”1003202009.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1003202011.jpg” title=”1003202011.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1003202006.jpg” title=”1003202006.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1003202012.jpg” title=”1003202012.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1003202010.jpg” title=”1003202010.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1003202013.jpg” title=”1003202013.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1003202008.jpg” title=”1003202008.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1003202017.jpg” title=”1003202017.jpg” link=”” parent_tag=”slider”][/bt_slider]

araz.az xəbər portalı.