Copy of DP2A5225.JPGKoronavirus pandemiyası ilə bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığının təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Akademiyasında bütün dərslər distant formada təşkil edilir.

Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən Araz.az-a bildirilib ki, dərslərin distant keçirilməsi üçün yaradılan şərait ən müasir tələblərə tam cavab verir. Gömrük Akademiyasında distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulmuş dərsləri əvəz edir. Sistemə qoşulan hər bir tələbə distant dərs zamanı mühazirəni dinləməklə yanaşı, müəllimə müvafiq mövzuya uyğun suallar vermək və fikir mübadiləsi aparmaq imkanına malikdır. Eyni zamanda, müəllimin distant formada mühazirəsi avtomatik olaraq yazılır. Bu da tələbələrə həmin mühazirəni dərsdən sonra yenidən dinləmək imkanı verir.

araz.az xəbər portalı.