qacqinlaq cemiyyeti

Cəmiyyətin sədri Əziz Ələkbərli deputat maaşının bir hissəsini də Fonda keçirəcəyini bildirdi

Azərbaycan Qaçqınlar Cəmiyyəti koronavirus infeksiyasına qarşı mübarizəyə qoşularaq əhali üçün zəruri profilaktik tibb ləvazimatları alınması ilə bağlı nəzərdə tutduğu tədbirlərin mərkəzləşmiş qaydada həyata keçirilməsini daha məqsədəuyğun saymış və dövlət başçısının 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait keçirilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Qaçqınlar Cəmiyyəti bu gün Fondun hesabına 3 min manat pul köçürmüşdür. Cəmiyyətin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, bundan əlavə, deputat maaşının da bir hissəsini Fonda keçirəcəkdir.

Azərbaycan Qaçqınlar Cəmiyyətinin
Mətbuat Xidməti

araz.az xəbər portalı.