Tahir Abbasli01

Tahir Abbaslı: “Koronovirusla bağlı elə bir fəlsəfi fikirə söykənib, deyə bilərəm ki, bu virus bioloji silahı olaraq, siyasi hegomonluğa xidmət edən, hansısa imperialist dövlətin işi deyil”.

Bismilləhir rahmənir rahim. SSRİ-nın vaxtında sosialist ideoloqları “Maltus” nəzəriyyəsini inkar edirdilər. Ciddi əsas gətirmədən Maltusun fikirlərini, dünyada gedən proseslər (istər təbiətdə və istərsə də cəmiyyətdə baş vermiş hadisələri) vəhşi kapitalizmə bəraət qazandırmaq kimi qiymət verirdilər. Bi fikir tamami ilə yanlış idi. İctimai qurluşun rəqabətinə xidmət edən ideya idi. Maltusun nəzəriyyəsində ifadə etdiyi fikirlər, tarixə baxdıqda görürsən ki, bu günə qədər aktuallığını qoruyub saxlamışdır.

Maltus deyirdi ki, insanların artımı həndəsi silsilə olduğu halda, təbiətdəki artım isə ədədi silsilə şəkilindədir. İnsan öz artımını təbiəti vəhşicəsinə istismar edərək kainatın ahəngini pozur. Belə olduğu halda Tanrı insanın bu cinayətlərini cəzalandırmaq üçün tettonik hadisələrlə (zəlzələ, vulkan, sunami və s.), (kütləvi xəstəliklər, müharibələr, inqilablar və müharibələrlə və s.) insanları bəlalara düçür edərək, kainatın harmonyasını, balansını qotuyur.
Maltusun bu fikirləri ilə və koronovirusla bağlı elə bir fəlsəfi fikirə söykənib, deyə bilərəm ki, bu virus bioloji silahı olaraq, siyasi hegomonluğa xidmət edən, hansısa imperialist dövlətin işi deyil. İndiyə qədər bu hadisənin ABŞ-ın bioloji silahı kimi təbliğ edilirdi. Amma son araşdırmalar göstərdi ki, bu virusa yoluxanların sayı və ölümə görə ABŞ dünya ölkələri arasında 1-ci yerə gəldi
Müqəddəs Quranımızda “Yolunu azmış qövmə Allahdan bəla gələr”- deyilərək işarə verilmişdir. Nə demək istəyirəmsə, məna artıq bəllidir.
Allah millətimizi bu böyük bəladan hifs eləsin! Dünyanın xilasi istər xəstəliklərlə bağlı və istərsə də dünyanı narahat edən ictimai siyasi münasibətlər sistemində xilas, yalnız və yalnız İslam əxlaq və mənaviyyatı ilə bağlıdır. Yaradını tanımayan, Onun qanunlarına tabe olmayan toplumun başından Şeytanın (lən) fitnəsi və Allahın cəzası əskik olmaz.
Quran: “Allahın qadağa buyurduğu əməlləri gizlində görmək, Allahın gizli dərdlərinə mübtala olmaqdır”.
Tövbə edin! Doğru olan Haqq yola gəlin! Allaha dua egin!. Bəşəriyyətin xilası Allahı tanımaqdadı!.. https://www.facebook.com/photo.php?fbid=1383011388549300&set=a.279565942227189&type=3&theater

araz.az xəbər portalı.