PasazadeBütün Qafqazın Şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Həzrətlərinə

MÜRACİƏT:

Möhtərəm Şeyx! Biz, Azərbaycanın Cənub bölgəsinin bir qrup ziyalısı olaraq sizin fəaliyyətinizi izləyir, atdığınız addımları dəstəkləyir, İslamın doğru-düzgün anlaşılıb ona riayət olunmasında xalqımıza bir mayak kimi yol göstərmənizi təqdir edirik. Bizim yaxşı xatirimizdədir ki , 1990-cı il 20 Yanvar hadisələrində siz Azərbaycan xalqının yanında oldunuz, günahsız yerə qanı tökülmüş şəhidlərin ailələrini yalqız qoymadınız, əlinizdə müqəddəs kitabımız Quranla onlara dəstək oldunuz. O vaxt gənc olan bizlər bunu yaxsı xatırlayır və sizinlə bir həmyerli kimi onda da, indi də qürur duyuruq.

Möhtərəm Şeyx Həzrətləri!

Bildiyiniz kimi mart ayının 15-dən bizim bölgənin daha bir fəxr ediləsi yetirməsi, dünya şöhrətli iş adamı Palmali Şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov yaşadığı və biznesini qurduğu Türkiyədə hüquq -muhafizə orqanları tərəfindən saxlanılmışdir. Ona FETÖ-çü damğası vurulmaqla terror təşkilatına yardım etməkdə təqsirli hesab edirlər. Mübariz Mənsimov müqəddəs dinimiz İslamın buyurduğu kimi daim ehtiyacda olanlara, xəstələrə, kimsəsizlərə, darda qalanlara, məzlumlara yardım etmişdir. Hər il Ramazan və Qurban bayramlarında iftar süfrələri açmaqla, ehtiyac sahiblərinə maddi yardım etməklə necə bir xeyirsevər olduğunu isbatlamışdır. Yüzlərlə imkansız tələbə məhz onun himayəsi altında təhsil alir. El arasında ona “əsrin Hacı Zeynalabdin Tağıyevi” deyilməsi də təsadüfü deyildir – Mübariz Mənsimov bu adı Allah və bəndə yanında sevilən xeyirxah əməllərinə və sonsuz səxavətinə görə almışdır. Məntiqə sığası deyildir ki, M.Mənsimov ikinci vətəni hesab etidyi Türkiyə dövlətinin əsaslarını sarsıda biləcək düşüncə və əməllərin sahibidir.

O, Türkiyə – Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət etməyi özünə şərəf bilən, imkansız Azərbaycan və Türkiyə vətəndaşlarına köməklik göstərən soydaşımızdır və bununla bağlı kifayət qədər faktlar mövcuddur . Belə bir adamın FETÖ kimi şər qüvvələrlə necə işbirliyi ola bilər?! Aydındır ki , burda bir yalnışlıq var və o yalnışlıq səbəbindən bu gün bu xeyirsevər adam dəmir barmaqlıqlar arxasındadır. Hər zaman kasıbın, köməksizin yanında olan, çətin vəziyyətə düşmüş insanlara yardım əlini uzadan adam bu gün şərlənərək həbsxanaya atılıb. Minlərlə insana qol- qanad gərən, çörək verən adam indi özünü ölüm aclığına təslim edib. Bu, çox üzücüdür və biz buna susub dözsək , zalimlərdən hec bir fərqimiz qalmaz. Peyğəmbərimiz Məhəmməd S.Ə.S –ın dediyi kimi : Zülmə dözən zülmkara bərabərdir!

Mübariz Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevə də həmişə böyük sayqı ilə yanaşıb, onun iqtisadi sahədə əsgəri olduqunu dəfələrlə qeyd edib. Bəzi qüvvələr M. Mənsimovu indiki Azərbaycan hakimiyyəti ilə üz -üzə qoymaqa çalışır. Biz belə halları da pisləyirik. Çünki Mübariz bəy dəfələrlə qeyd edib ki, bir azərbaycanlı kimi İlham Əliyevin qətiyyəti addımları ilə fəxr edir.

Möhtərəm Şeyx! Biz, bu müraciətə imza atanlar, Sizin hər iki ölkədəki yüksək nüfuzunuza arxalanıb umid edirik ki, xalqımızın qeyrətli oğlu Mübariz Mənsimovun həbsdən qurtarılması üçün əlinizdə olan bütün imkanlardan istifadə edəcəksiniz. Biz Sizə inanırıq! İnanırıq ki, həyatımızın bu ağır anlarında yenə həmişəki kimi humanist addım atacaq, məsələnin ədalətli, normal hüquqi müstəvidə həllinə nail olacaqsınız! Bu, təkcə bizim yox, milyonlarla Sizin ədalətinizə güvənənlərin, haqqı dəstəkləyənlərin və Mübarizi sevənlərin arzusudur! Biz birlikdə güclüyük! Tanrı Azərbaycanı qorusun!
“Kim haqq ilədir, haqq da onunladır!”( Hz. Əli. ə.s)

 

1.Ceyran Həsənova, müəllim, “Qabaqcıl təhsil işçisi” mükafatçısı, İlin ən yaxşı müəllimi müsabiqəsinin qalibi,
2. Xatirə Xatun, Azərbaycan Yazıçılar Birliyi və İraq-Türkmən YB-nin üzvü, şair-qəzəlxan,
3.Zemfira Vəliyeva, filologiya elmləri doktoru, professor, Slavyan Universitetində dekan,
4.Tosif Babayev, psixologiya elmləri namizədi, dosent,
5.Aysel Xanlarqızı Səfərli, filoloq, şair, AYB-nin üzvü,
6.Aynur Heydərova, coğrafiya üzrə fəlsəfə doktoru ,
7 .Etibar Cəbrayıloğlu İsmayılov, jurnalist,
8.Nurəddin Ədiloğlu, jurnalist, yazıçı-publisist, AYB-nin üzvü,
9.Qafar Cəfərli, şair-yazıçı, AYB-nin üzvü, ehtiyatda olan polis mayoru, Qarabağ müharibəsi veteranı,
10.Elşən Qafarov, ictimai fəal, təhsil üzrə araşdırmaçı mütəxəssis,
11.ildırım Şükürzadə, müəllim, tarixçi-tədqiqatçı,
12.Malik Cəbiyev, həkim -şair,
13.Aslan Salmansoy, filoloq,
14. Yədulla Ağazadə, filologiya elmləri doktoru, professor,
15.Şahmurad Şahmarbəyli, müəllim, yazıçı AYB-nin üzvü,
16.Xasay Fəttayev, ədliyyə mayoru,
17.Esmira İsmayılova, jurnalist,
18. Anar Süleymanov, hərbçi,
19.Leyla Məcidova, tarix üzrə fəlsəfə doktoru, baş müəllim,
20. Namiq Bağışov, müəllim, Qarabağ müharibəsi veteranı,
21. Səməd Fətullayev, iqtisadçı,
22.Famil Məmmədov, dənizçi,
23. Tünzalə Amanova, müəllim,
24. Sərraf Mehdiyev, aqronom,
25. Vüqar Axundov , mühəndis,
26. Aida Qulamova, müəllim,
27. Azad Mehdizadə, müəllim,
28. Azər Ələsgərov, mühəndis-mexanik,
29.Səadət Həşimova, həkim -təqaüdçü,
30.Camal Axundov, müəllim,
31.Hacı Zabit Talıbov, həkim-təqaüdçü,
32.Azad Qəmbərov, ehtiyatda olan hərbi qulluqçu,
33. Nuranə Həmidova, müəllim,
34.Fərzulla Quliyev, texnik -texnoloq,
35. Mətanət Babazadə, müəllim,
36. Elçin Abışov, rabitəçi,
37. Qədir Axundov, müəllim,
38.Əfran Sucayev, müəllim,
39.Seyran Ağayev, müəllim,
40. Şərafəddin İlkin, şair – publisist , “Orta təhsil” jurnalının baş redaktoru,
41.Cəmilə Rəsulova, müəllim,
42.Şəmşir Əhədov, elektrik -mühəndis,
43.Əvəz Nuriyev, müəllim,
44.Nəriman Rəhimov, mühəndis,
45.Sübhan Bağırov, mühəndis,
46.İntiqam Əkbərov, kiçik iş adamı,
47.Azad Abdullayev, müəllim,
48.İlqam Xangəldiyev, təqaüdçü,
49. Vurğun Axundzadə, müəllim,
50.Nicat Mənalı, şair,
51. Əsgər Fərziyev, müəllim,
52.Eldar Quliyev, müəllim,
53.Şahin Məmmədli, mühəndis,
54.Ziya Abdullayev, həkim,
55.Müşfiq Cəbiyev, yazar,
56.Azər Hüseynov, elektrik-mühəndis,
57.Ruhiyyə Axundova, müəllim,
58.İsa Nuruzadə, müəllim,
59.Yalçın Heydərli, müəllim,
60.Reyhanə Tağıyeva, müəllim,
61.Elməddin Şəfqətov, müəllim,
62.Əfqan Nəhmətov, kiçik iş adamı,
63.İntiqam Mirzəyev, müəllim,
64.Qulamrza Zeynallı, müəllim,
65.Nüşabə Baxşıyava, müəllim,
66.Hafiz Haqverdiyev, mədəniyyət işçisi,
67.Gülnaz Cəfərova, laborant,
68.Vüqar Axundov, mühəndis,
69.Lətafət Əsgərova, tibb işçisi,
70.Rəhilə Məmmədova, müəllim,
71. Ziyafət Bayramova, müəllim,
72.Zahid Cəfərov, müəllim,
73.Vaqif Alxasov, müəllim,
74.Talıb Bağırov, təqaüddə olan həkim -kardioloq,
75.Səfa Raşid Hüseynov, tarixçi , şair,
76.Xuraman Məmmədova, psixoloq,
77.Lətifə Tahirova, müəllim,
78.Vüqar Fəttayev, neft mühəndisi,
79.Afət Axundova, müəllim,
80.Yaşar Qurbanov, filologiya üzrə fəlsəfə doktoru,
81. Cəfər Fətullayev, ssenarist , Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü,
82. Rəcunə Rüstəmova, müəllim,
83.İbrahim Nəsirli, müəllim,
84.Ramiz Babacanov, müəllim,
85.Məhəmməd Məmmədov, İctimai Nəzarət CR sədri , KİV region Az.TV -də baş redaktor,
86.Mirmusa Həsənov, təqaüdçü -müəllim,
87.Sakitə Qulamova, müəllim,
88.Təzəxan Əsgərov, müəllim, Qarabağ müharibəsi veteranı,
89.Sevinc Əliyeva, müəllim,
90.Ramin Qurbanov, hüquqşünas,
91. Yeganə Şıxəliyeva, müəllim,
92.Sevda Həsənova, müəllim,
93.Süleyman Hüseynov, yazıçı , AYB-nin üzvü,
94.Gülbəniz Rəsulova, müəllim,
95.Mehparə Abdullayeva, müəllim,
96.Vüsal Babayev, mühəndis,
97.İltifat Əhmədov, jurnalist,
98.Camal Ağayev, təqaüdçü -müəllim,
99.Göyərçin Tahirova, kitabxana işçisi,
100.Xalidə Rəhimova Vaqifqızı, müəllim, dissertant, şair,
101.Məlahət Abdullayeva, pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti,
102. Mahirə Mahi Abdullayeva, şair-yazıçı, AYB-nin üzvü,
103.Pakizə Kazımova, müəllim,
104.Ərəstun Bağırov, hərbçi,
105.Ramazan Hüseynov, Rusiyanın Kamçatka diyarındakı Azəri İctimai Təşkilatının sədri,
106. Şəhla İsgəndərova, müğənni , mədəniyyət işçisi,
107.İlhamə Müslümova, həkim,
108. Zakir Rzayev, müəllim,
109.Hacı Allahverən Nəzərov, təqaüddə olan müəllim ,
110. Mehman Əliyev, müəllim ,
111. Şücaət İbadov, müəllim ,
112. Zahid Nəhmətov, Qarabağ müharubəsinin döyüşçüsü ,
113. Xudakərim Fərzəliyev, müəllim ,
114.Aqşin Mistanlı, tədqiqatçı – tarixçi ,
115.Almas Paşayev, müəllim ,
116. İlham Paşayev, müəllim ,
117. Təbrizə Pünhan, məktəb direktoru, şair, AYB-nin üzvü, “Qızıl qələm ” mükafatı laureatı .

Miq.Az

 

araz.az xəbər portalı.