8C3D7989 0D4E 4CAB B382 3B9C2672AE22

Saatlı rayonundan millət vəkili seçilən Əziz Ələkbərli koronovirus pandemiyası ilə əlaqədar Saatlı rayonunda aztəminatlı ailələrə yardım göstərmək məqsədilə rayonda seçicilərinin dəstəyi ilə Müvəqqəti Operativ Qrup (MOQ) yaratdı. Bu qrup koronovirus pandemiyası qurtarana qədər davam edəcək.Bu məqsədlə deputat Saatlılılara müraciət etdi.

“Əziz Saatlılılar!

Bu gün ölkəmiz həlledici bir dönəm yaşayır. Bütün dünyanı bürümüş koronavirus epidemiyası xalqımızı da təhdid etməkdədir. Bununla belə, bu ümumbəşəri bəla özü ilə nə qədər problem, ölüm gətirsə də, eyni zamanda bəşəriyyətə bir insanlıq dərsi də verdi. Dövlətlərin, xalqların ilk növbədə siyasi, iqtisadi və əxlaqi dayanıqlığı sınağa çəkildi. Ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən və çevik siyasəti nəticəsində Azərbaycan bu fəlakəti xeyli dərəcədə önləyə bildi. Karantin rejiminin vaxtında tətbiqi, az sonra daha da sərtləşdirilməsi, dövlətin bütün resurslarının koronavirusa qarşı mübarizəyə səfərbər edilməsi Azərbaycanımızı daha dəhşətli faciələrdən xilas etdi. Cənab prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa ünvanladığı müraciətlər ölkədə hakimiyyətin öz vətəndaşlarının taleyi üçün narahatçılığının bariz nümunəsi oldu. Bu çətin günlərdə xalqımız da minillərdən bəri yaşatdığı mənəvi dəyərləri ilə gündəmdə oldu, hər kəs bu ümumbəşəri bəlaya qarşı dövlətin apardığı mübarizəyə öz töhfəsini verdi. İnsanların böyük əksəriyyət bir-birinin köməyinə çatmağa çalışdı, imkanlılar imkansızlara əl tutdu.

Milli dəyərlərimizin ən çox qorunduğu bölgələrimizdən olan Saatlı rayonu da bu sınaqdan uğurla çıxmaqdadır. Mollavaizli kənd bələdiyyəsi, Mollavaizli icra nümayəndəliyi və Mollavaizli kənd ərazisində olan sahibkarların təşəbbüsü ilə bir qrup kənd sakinlərinə ərzaq yardımı göstərildi. Mənim təşəbbüsümlə rayondakı seçicilərimin bir qrupu yerli sahibkarların köməyi ilə rayonda ehtiyacı olan ailələrə yardım etdilər. Və bütün bu təcrübələri ümumiləşdirərək seçicilərimin iştirakı ilə bütün respublikada ilk təşəbbüs olaraq Saatlı rayonunda Müvəqqəti Operativ Qrup (MOQ) yaratmaq qərarına gəldik. Bu Qrup koronovirus epidemiyası bitənədək Saatlı rayonunda ən imkansız ailələrə ərzaq yardımı göstərəcəkdir. Bu Qrupu maliyyələşdirməyi ilk mərhələdə, Saatlının millət vəkili olaraq, öz üzərimə götürürəm və ümid edirəm ki, rayonun vəzifəli, imkanlı şəxsləri də bu Qrupa bacardıqları qədər ərzaq yardımı göstərəcəklər. Bir daha xatırladıram ki, Qrup heç kəsdən maliyyə yardımı almayacaq və heç kəsə maliyyə yardımı göstərməyəcək, ancaq ərzaq yardımı edəcək və hər kəs də bu yardıma öz töhfəsini verə bilər.

MOQ-un Saatlı rayonunda əlaqə telefonunu təqdim edirəm: 050 305 16 30

Hörmətlə,
Əziz Ələkbərli”

araz.az xəbər portalı.