E6F2E082 7854 48C4 BE75 81F8D3EBF3D7
Göyçay rayonu Qaraməryəm kənd sakinləri Sozcu.az saytı vasitəsi ilə dövlət başçısına və hüquq mühafizə orqanlarına müraciət edib

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Biz Göyçay rayon Qaraməryəm kənd sakinləri dinc insanları şantaj edən hədə-qorxu ilə sahibkarlardan pul tələb edən Quliyev Səbuhi Fəxrəddin oğlunun qanunu qaydada cəzalandırlmasını tələb edirik.Bu adam barədə heç bir ölçü götürülmür ki, nəticədə də cəzasızlıqdan dahada azğınlaşıb insanları şantaja məruz qoyub.Artıq kənd camaatı ayağa qalxıb aidiyyatı orqanlara birgə müraciətlər etmişik və nəticəni gözləyirik.

Göyçay rayonu Qaraməryəm kənd sakini olan Quliyev Səbuhi Fəxrəddin oğlu müftə yolla pul əldə etmək üçün insanları şantaj etməyi, hədə-qorxu ilə tələb etməyi özünə peşə edib. Sahibkarlardan hədə-qorxu ilə pul tələb edir.Pul verməyən şəxsin özü və ailəsi barədə sosial şəbəkədə nalayiq söyüşlər, aıçaldıcı sözlər yazıb şərəf və ləyaqətini alçaldıb şantaja məruz qoyur.03 aprel 2020-ci il tarixdə Səbuhi Quliyev özünü Qasımov Fuad Nazim oğluna məxsus avtomobilin dayanmış şəkildə altına ataraq yerdə yumalanmış və bu barədə polisə şikayət etmişdir.O, şikayətində göstərmişdir ki, guya Fuad Qasımov onu avtomobillə vurub ona xəsarət yetirmişdir, nəticədə qolu barmaqları sınmışdır.Həmçinin göstərmişdir ki, onu 5-6 nəfər vəhşicəsinə döymüş, onu tüfənglə atıb öldürəcəyi ilə hədələyirlər.

Dinc insanların ailəsini sosial şəbəkədə şantaj etməsindən qəzəblənmiş kənd camaatının şikayətindən qorxuya düşən Səbuhi Quliyev bu səhnəni qurmuşdur.Onun qolu və barmaqları sınmayıb tam yalandır.

Həmin vaxt orada olan şahidlər və müşahidə kameraları subut edir ki, Səbuhi Quliyev özünü dayanmış avtomobilin altına ataraq yerdə yumalanmışdır.

[bt_youtube url=”https://youtu.be/L7Y4K63baSU” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

Səbuhi Quliyevin şantajlarından hədə-qorxusundan cana yığılmış kənd sakinləri həmin günü ayağa qaxıb Göyçay Rayon Polis şöbəsinə gedib qanunu qaydada araşdırma aparıb ciddi tədbirlər görülməsini tələb etdilər.Həmçinin 100-dən çox vətəndaşın imzası ilə mərkəzi orqanlara şikayət ərizələri göndərdib Səbuhi Quliyevin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişik. Səbuhi Quliyev dəfələrlə camaata açıq-aşkar deyib ki, siz bilmirsiniz polis mənə heç nə etməyəcək.Mən özüm yol polislərinə tapşırıram ki, Qaraməryəmdən kimi  sərxoş tutsanız mənimlə əlaqə saxlayın həmin şəxs mənimlə danışıb razılaşsın bundan sonra onu buraxın. Həmçinin Səbuhi Quliyev tez-tez deyir ki, mən həmin adamam ki, bandotdel məni həbs etdi cibi dolu pulla həbsdən azad etdi.

Qeyd edək ki, Səbuhi Quliyev dəfələrlə məhkum olunub.Axrıncı dəfə narkotik maddə satışına görə məhkum olunmuşdur.

Qaraməryəm kənd sakinləri hazırda çox qəzəbli vəziyyətdədirlər.Hüquq mühafizə orqanları buna göz yummamalı təcili ciddi tədbirlər görülməlidir.

Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə müraciət ünvanlayıb xahiş edirik dinc insanlara, sahibkarlara hədə-qoru gəlib şantaj edib onlardan pul tələb edən Quliyev Səbuhi Fəxrəddin oğlunun əməllərini araşdırıb barəsidnə cinayət işinin açılıb qanunu tədbirlər görülməsinə tapşırıq verəsiniz.

Biz prezidentə, hüquq mühafizə orqanlarına inanırıq qanunlarımızı həmişə ali tuturuq.İnanırıq ki, hazırda Göyçay Rayon Polis Şöbəsində araşdırılıan şikayət ərizəmiz obyektiv araşdırılacaq hədə-qorxu ilə pul tələb edən Quliyev Səbuhi Fəxrəddin oğlu cinayət məsuliyyətinə cəlb ediləcək.

İmza; Göyçay rayonu Qaraməryəm kənd sakinləri:

Hüseynli Teyyub Həşim oğlu əlaqə telefonu; (050) 319-67-34

Qasımov Fuad  Nazim oğlu
Fərəcullayev İlkin Cəbrayıl oğlu
Qasımov Nazim Mürsəl oğlu
Xəlilov Ceyhun Xəlil oğlu
Abdullayev  İntiqam Səhliyar oğlu

296E8C9A E483 484E A76E 6D4C1E48A506

araz.az xəbər portalı.