Masallı səhiyyəsinin son 20 illik tarixinə Cəlil Nəzərov qara ləkə olaraq hopub. Öncədən rayon Mərkəzi Xəstəxanasında uroloq, sonra isə şöbə müdiri vəzifəsində işləyən Cəlil Nəzərov 2002- ci ildə Masallıdakı hakimiyyət böhranından istifadə edərək baş həkim postuna sahib çıxdı. 1993- cü ilin yayında cənub bölgəsində “Talış- Muğan Respublikası”na və qondarma Prezident Əlikram Hümbətova bəslədiyi itaət və ehtiram dönəmində daxilində baş qaldırmış baş həkim istəyinə qovuşdu. Onun arzusunun həyata keçməsinə rayonun həmin dövrdəki İcra Hakimiyyətinin başçısı Azər Səfərova vasitəçilik edən rayon Notariat Kontorunun keçmiş rəisi Qubadəli Rzayev, İcra Hakimiyyətinin 1-ci müavini Maşallah Kərimov və “T M R” Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov yardım etdilər. Cəlil Nəzərov da öz növbəsində rayon səhiyyəsinin büdcə vəsaitlərini aram- aram talayaraq haqq- hesab düzənini pozmadı. Masallının keçmiş İcra Hakimiyyətini başçısı, hal – hazırda Astarada icra başçısı vəzifəsində çalışan Qəzənfər Ağayevin xüsusi rəğbətini qazanan Cəlil Nəzərov ona el arasında deyildiyi kimi “mama Roza” xidməti də göstərirdi. Oqtay Şirəliyevin Səhiyyə Naziri olduğu dövr Cəlil Nəzərovun “qızıl erası” sayıla bilər. O, həm də özünü ictimaiyyətə Türkiyədə çalışan iş adamı ” Palmali” şirkətlər qrupunun Prezidenti Mübariz Mənsimovun yaxın dostu və qohumu kimi tanıtdıra bildi. Mübariz Mənsimovun şərlənərək həbs edilməsiylə bağlı olaylara isə münasibət bildirmədi.
Masallıda Cəlil Nəzərovu sahibkar kimi də tanıyırlar, həm də narkotacir kimi. Artıq bu adam səhiyyədən şəxsi varidatını artırmaq üçün vasitə olaraq istifadə edir. Yaşadığı Ninəlov kəndi ətrafındakı meşəlikdə tikdirdiyi “Qəmo” isrirahət mərkəzi əxlaqsızlıq yuvalarından biridir. Eyni zamanda onun meşədə narkotik bitkilər becərtdirməsi barədə məlumatlar yayılıb. Rayon sakinləri arasında gəzən söhbətlərə görə onun bu sahədə əsas hamisi və öyrətməni Masallı şəhər 1saylı tam orta məktəbin ömürlük direktoru pedaqoq- molla- rozəxan- axund , ” TMR” separatçılarından biri kimi kimi ifşa edilən YAP üzvü Mirqabil Hüseynovun olduğu deyilir. Masallı rayon İcra Hakimiyyəti başçısının sabiq 1- ci müavini Nadir Abıyev də onların ticarətinə şərik olub.
Həm də Cəlil Nəzərovun mədə xərçəngi xəstəliyindən müalicə olunmaqdan ötrü Türkiyəyə davamlı olaraq gedib- gəlməsi barədə söz – söhbət gəzir.
Cəlil Nəzərov dövlətdən oğurladığı pullar hesabına Mərkəzi Xəstəxananın yaxınlığında özəl klinika tikdirib. Mərkəzi Xəstəxanaya məxsus olan bahalı tibbi avadanlıqları özəl klinikasında yerləşdirib. O, xəstələrə dövlətdən pulsuz olaraq verilmək üçün Mərkəzi Xəstəxananın aptekinə daxil olan bahalı dərmanları şəriki olduğu apteklərdə satdırır. Bu sahədən narazı sakinlərin şikayətlərinə baxan yoxdur. Xəstəxananın giriş qapısının ağzında tikilib istifadəyə verilən ictimai iaşə və ticarət obyektləri də ona məxsusdur. Obyektlərin bəziləri müxtəlif adamların adlarına rəsmiləşsə də hamısı Cəlil Nəzərovundur. O, rayon səhiyyəsinin problemlərindən çox sahibkarlıqla məşğuldur.
Cəlil Nəzərov xəstəliyə görə pensiya almaq istəyən yüzlərlə rayon sakinlərindən yüksək məbləğdə pul alaraq onları illərlə süründürür. Vasitəçilər, Həsənli kənd sakinləri – Akif, Baba, Yaşar, Xatirə Əhməd qızı, Masallı şəhər İsgəndərli kənd sakini Çingiz adamlarla üz- göz olublar. Cəlil isə xəstəxananın xəlvəti guşələrində gizlənir.
Cəlil Nəzərovun Respublika Patoloji Anatomiya Birliyində işləyən narkoman oğlu
Xalid Nəzərovun bir neçə ay bundan öncə qumarda 300.000 (üç yüz ) min dollar uduzaraq girov saxlandığı barədə xəbərlər hətta Prezident Aparatına da çatmışdı. Nə faydası? Çax-çax boşu-boşuna baş ağrıtsa da dəyirman öz işindədir.
Cəlil Nəzərov indi də koronovirus üzrə saxta tərtibatlara başlayıb bəxtini sınayır.Allah Masallı sakinlərinə rəhm etsin!
azeltv
araz.az xəbər portalı.