ehsan zah

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin verdiyi yeni qərara görə, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddi müəyyən ediləcək və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələri portaldan silinəcək. Məlumat üçün deyək ki, təhlükəsizlik tədbirlərinə əsasən bir çox mətbuat orqanlarının da iş fəaliyyəti evdən davam etdirilir. Bəs, yuxarıda qeyd edilən yeni qanuna əsasən KİV əməkdaşlarının da icazələri ləğv ediləcəkmi? Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxladıq.

Ehsan Zahidov”Qanunyolu.info.az”-a açıqlamasında bildirdi ki, karantin rejimi ilə bağlı qəbul ediləcək yeni məhdudiyyətlər KİV-əməkdaşlarına aid edilmir. Təhlükəsizlik tədbirlərinə əsasən jurnalistlər evdən işləsələr belə onların icazələri ləğv edilməyəcək: “Jurnalistlər özləri ilə şəxsiyyət vəsiqəsi və iş yerinin vəsiqələri götürməlidirlər. Həmin vəsiqələri təqdim etməklə rahat şəkildə hərəkət edə bilərlər”.

araz.az xəbər portalı.