1586616582_wakhan.jpg
Böyük şəhərlərdə epidemiya müharibə, işsizlik və.s bu kimi bir çox problemlər olsa da, dünyanın bəzi yerlərində həyat bütün bu qarışıqlıqlardan uzaqdır.

Dünyanın bir çox yerində sivilizasiyadan uzaq həyatlarını davam etdirən qəbilələr var. Xüsusilə Afrikada bu cür qəbilələrin varlığı məlumdur. Əfqanıstanın şimal-şərqində Pakistan, Tacikistan və Çinə bitişik olan Vahan dəhlizi bölgəsi də bu cür yerlərdəndir. Dünyanın damı kimi təsvir olunan bu bölgədə yaşayan yerli insanlar indi dünyada baş verənlərdən xəbərsiz yaşayırlar.

Vahan dəhlizi və sakinləri haqqında maraqlı məlumatları təqdim edirik.

Vahan dəhlizi Əfqanıstanın şimal-şərqindəki, uzun, ensiz ərazidir. Dəhliz ölkəni Çinlə həmsərhəd, Pakistanı isə Tacikistandan ayırır. Vahan dəhlizinin şimal hissəsi Pamir dağlarına, cənub -qərb hissəsi Hinduquş dağlarına aiddir. Ərazi Əfqanıstanın Bədəxşan vilayətinin tərkibinə daxildir.

Salgın Hastalıklardan Savaşlara: Dünyadaki Gelişmelerden Habersiz Olan Wakhan Koridoru ve Yerlileri

Bu dəhlizin uzunluğu 220 km, eni isə 16–64 km arasında dəyişir. Bu ərazi ölkənin ən hündür bölgəsi hesab olunur. Orta hündürlük 1700 m-dir. Dəhlizin şərqində, Çinlə sərhəddə Cənub Vahcirdavan aşırımı var (4923 m). Bu aşırım dünyanın ən hündür sərhəd-keçid məntəqələrindən biri hesab olunur. Bu ərazidə həm də, ən böyük vaxt fərqi müşahidə olunur. Vahan dəhlizi vasitəsilə vaxtilə məşhur səyyah Marko Polo da istifadə edib. Bölgə əhalisinin sayı 12 min nəfərdir. Əhalinin əksəriyyəti vahanlardan və Pamir qırğızlarından ibarətdir.

Dünya xəritəsində bu ərazi Britaniya imperiyası ilə Rusiya imperiyası arasında baş verən “Böyük oyun” nəticəsində meydana gəlib. Bu, iki güc arasında, Cənubi və Mərkəzi Asiya uğrunda gedən geosiyasi mübarizə idi. 1895-ci ildə Britaniya Hindistanı ilə rus Orta Asiyası arasında bufer zona yaratmaq məqsədi ilə Vahan dəhlizi ərazisi Əfqanıstana verildi.

Buradakı insanlar hələ də epidemiyadan xəbərsizdir - "Dünyanın damı" haqqında maraqlı FAKTLAR

Yerli sakinlər yaşayışlarını heyvandarlıq və əkinçiliklə təmin edirlər. Daha yüksəklərdə yaşayan qırğızlar isə yalnız heyvandarlıqla məşğul olur və köçəri həyat sürürlər.

Burada yaşayan insanlar, demək olar ki, müasir dünyadan tam təcrid olunublar. Bölgədə yaşayan 12 min insandan heç birinin dünyada baş verənlərdən xəbəri yoxdur. Bölgənin iqlim şəraiti olduqca çətindir. Burada qış daha sərt keçir.

Son günlərdə özünü dünyadan təcrid edən bu ərazi fransız fotoqraf Eric Lafforgue və Nyu Yorkdakı həmkarı Frederik Lagrange tərəfindən ziyarət edilib.

Bölgəni ziyarət edən fotoqraflar öz təsüratlarını da bölüşüblər: “Olduqca maraqlı bir bölgədir. Qırğızlar bölgədəki otaq adı verilən yerlərdə yaşayırlar. Bundan əlavə, bölgədə müəllim və həkim yoxdur. Orada yaşayan birisindən yaşını soruşdum. Cavabında mənə yaşının neçə olduğunu bilmədiyini dedi. Bu mənə maraqlı gəlsə də, bir az da məyus oldum”.

Vahan dəhlizi həm də turistik məkanlardan sayılır. Lakin buranı digər yerlərdən fərqləndirən bir cəhəti var. Buraya gəlmək o qədər də asan deyil.

Bölgəyə getmək üçün öncə Tacikistanın paytaxtı Düşənbə şəhərinə gəlməlisiniz. Daha sonra siz çətin səyahətə hazır olmalısınız.(musavat.com)

araz.az xəbər portalı.