816DD0EC 5A5C 4511 9DFE 256141D4162B

MƏCBURİYYƏTDƏN, GÖYÇAYLI XANIM SAHİBKAR BİRİNCİ VİTSE-PREZİDENTƏ ŞİKAYƏT XARAKTERLİ MÜRACİƏT ÜNVANLAYIB

“3 ildir mənə külli miqdarda pul borcu olan İlqar Qurbanov Fövqəladə Hallar Nazirliyinin Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsində manqa komandiri vəzifəsində çalışır. Rütbə daşımasına və məmur olmasına baxmayaraq, o, qeyri-qanuni yolla sahibkarlıq fəaliyyəti ilə də məşğul olur. Özünü Zaqatala və Balakən rayonlarının bazarlarında alverçi kimi yaxşı tanıda bilib. Bu adam rəsmi iş yerində olub, vəzifəsini icra etməyə vaxt necə tapır, bax, bunu anlamaq olmur. Çünki cücə satışı sezonu günü həmin bazarlarda keçir — işi-peşəsi cücə satmaqdır!”.

Narahatlıq ifadəsi olan bu sözlər
Göyçay “Manqa komandiri məhkəmə qərarını icra etmək, pulumu xoşluqla qaytarmaq istəmir” — ŞİKAYƏTşəhəri, Natəvan küçəsi, ev, 70 ünvanında yaşayan Minayə Seyidağa qızı Mayılova tərəfindən araz.az xəbər portalı redaksiyasına daxil olan şikayət məktubundandır. Saytımız vasitəsilə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayan şikayətçi xanım öz məktubunda, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu xüsusi vurğulayır. Qeyd edir ki,
İlqar Qurbanov törətdiyi bu xoşagəlməz əməlləriylə, bir iş adamı kimi, onu, böyük miqdarda ziyana salıb; Borca götürdüyü pulu söz verdiyi vaxtda qaytarmadığı üçün ortada pulsuzluq yaranıb. Xanım sahibkarın yazdığı kimi, o, məcburiyyətdən, düz üç ildir ki, özünün cücə sexinin fəaliyyətini dayandırıb. “Nazirlikdə başda oturanlar, eləcə də rəisi Müşfiq Məmmədov məni külli miqdarda ziyana salan İlqar Qurbanova əsl toxunulmazlıq şəraiti yaradıblar. Əgər belə olmasaydı, İlqar Qurbanov çoxdan tutduğu vəzifədən kənarlaşdırılardı. Axı, mənə olan pul borcunu qaytarmaq istəmədiyi üçün, barəsində çıxarılan 10 günlük inzibati qaydada həbs tənbehi də buna əsas verir. Belə çıxır ki, onun rəhbərləri də qanunla müəyyən edilən belə tənbehləri saya salmırlar və onlar tərəfindən manqa komandiri indiyədək tənbeh olunmayıb. Axı, ciddi tənbeh olunsaydı, o, keçən üç il ərzində qanunsuz sahibkarlıq fəaliyyəti hesabına topladığı pullarından mənə olan borcunu tam olaraq ödəməli olduğu halda, əvəzində, gedib, özünə iki ədəd yeni bahalı maşın da almaz, heç olmasa, cücə satşından əldə etdiyi gəlirdən dövlətə vergi və digər ödənişlər edərdi.
Fövqəladə Hallar Nazirliyinin başında duranların, eləcə də rəisi Müşfiq Məmmədovun İlqar Qurbanovun bu qanunsuz əməllərinə göz yumub, vəzifəsində saxlamalarını başqa cür izah etmək olmur!. Axı, mən daha neçə il gözləməliyəm ki, o, mənə olan borcunun qalan hissəsini də ödəsin?!” — deyə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək gözləyən şikayətçi xanım öz müraciətində, başına gətirilən bu xoşagəlməzlikləri tam təfsilatı ilə onun diqqətinə çatdırır:
“Çox hörmətli Mehriban xanım!
2017-cı ilin yay ayında Göyçay Rayon Yanğından Mühafizə Hissəsində manqa komandiri olan İlqar Afad oğlu Qurbanov məndən 16. 800 manat borca pul götürdü. Bu pulu ona notarial qaydada borc müqaviləsi bağlayaraq verdim. Müqaviləyə əsasən, İlqar Qurbanov həmin ilin sentyabr ayının axırına kimi bu borc pulu mənə geri qaytarmalıydı. Lakin həmin müddətdə, o, borcu qaytarmaqdan imtina etdi. Buna görə də, Göyçay rayon Notariat Kontorunun 7E-11509 saylı icra qeydi icra olunması üçün icraata yönləndirildi. Lakin keçən bu müddət ərzində İlqar Qurbanov mənə olan borcunu başdansovdu, az-az ödədiyinə görə, hal-hazırda da 4711 manat borcu qalıb. Baxmayaraq ki, ortada, borcun bir dəfəyə ödənilməsi barədə məhkəmə qərarı, eyni zamanda, onun haqqında 10 gün inzibati qaydada həbs tənbehi də vardı. Bütün bunlara baxmayaraq, yenə də, İlqar Qurbanov borcun qalan hissəsini ödəməkdən imtina edir. Onun bu qanunsuz əməlinin qarşısını alan isə, tapılmır ki, tapılmır!
Ona görə də, sizdən xahiş edirəm, mənə kömək edib, bu gərginlikdən çıxarasınız ki, birtəhər sahibkarlıq fəaliyyətimi, seximin işini bərpa edim! Çünki oradan çox adam evinə dolanışıq pulu aparır.
Eyni zamanda, Sizdən xahiş edirəm ki, dövlət işçisinə yaraşmayan qanunsuz hərəkətlərinə görə, əlaqədar dövlət qurumlarının manqa komandiri İlqar Qurbanovu ciddi şəkildə cəzalandırmalarına öz göstərişlərinizi verəsiniz”.

89ABDF25 A2A7 44E9 AD0E CF7C4B722BA7

68FA9E61 6992 4A97 8550 FB9A66D3C280

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri

araz.az xəbər portalı.