2f72f5463d3d021d05ced7f181269f64.jpg


Bakıda bəzi evlər yanma təhlükəsi olan panellərlə örtülür, digərlərinin sakinləri küçəyə atılaraq, tələm-tələsik sökülür


 Bakının Nəsimi rayonunda bir və iki mərtəbəli şəxsi evlərin sakinləri Turan-a bildiriblər ki, fevralın 2-də İH nümayəndələri onların həyətinə gəliblər və vətəndaşlara bildiriblər ki, onların istəyib-istəməməsindən asılı olmayaraq, bu insanların daşınmaz əmlakı söküləcək. Rayon hakimiyyətinin məmurları niyyətlərini Abbas Səhhət, Xan Şuşinski küçələrindəki, Azadlıq və Nəsib bəy Yusifbəyli prospektlərindəki məhəllənin (ümumilikdə 58 ev) qəza vəziyyətində olan tikililərdən ibarət olması, buna görə Nazirlər Kabinetinin Bakıda qəza vəziyyətində olan və Bakının görünüşünü korlayan evlərin sökülməsini nəzərdə tutan “pilot layihəsi”nin (86 saylı qərar) əhatə dairəsinə düşməsi ilə izah edirlər.

020900007531.jpg

Bu evlərin (1,21 hektarlıq ərazidə) sakinləri müxtəlif instansiyalara kollektiv şikayətlər göndəriblər, aldıqları rəsmi cavablardan belə çıxır ki, onların evləri köhnə hesab olunub, buna görə də sökülməlidir. Əlavə edək ki, bütün ərazi Nəsimi rayon hakimiyyəti tərəfindən Gloria Palace MMC tikinti şirkətinin istifadəsinə verilib. Sakinlər Vergilər Nazirliyinin saytındakı məlumata görə, bu şirkətin hesabında nəinki çoxmərtəbəli müasir yaşayış binasının, heç keşikçi budkasının tikilməsi üçün belə vəsait olmadığını müəyyən ediblər. Bakılılar bu şirkətlə müqavilə bağlamaqdan imtina edirlər, onların çoxsaylı şikayətlərinə fevralın 12-də Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev cavab verəcək. Ən azından, fevralın 6-da Prezident Administrasiyasında bu insanlara belə deyiblər.

Sözügedən məhəllənin sakini Viktor Sapunkov yaşayış evlərinin qəza vəziyyətində olub-olmamasının müəyyən edilməsi ilə bağlı normativ aktları araşdırıb. O, redaksiyaya məktubunda onların evlərinin vəziyyətini müəyyən edən Azərdövləttikintilayihə dövlət tikinti təşkilatının mütəxəssislərinin əməllərinin normativlərin tələblərinə qətiyyən uyğun olmadığını bildirib.

Sakinlər poçtla FHN-dən 19 iyun 2016-cı il tarixli aktı alıblar, bu aktda deyilir ki, mütəxəssislərin həyata keçirdiyi vizual müşahidə və ya evlərə baxış göstərib ki, evlər köhnədir, konstruksiyaları köhnədir, paslıdır, buna görə bakılıların daşınmaz əmlakı sökülməlidir.

Xatırladaq ki, Bakıda beşmərtəbəli (və daha yüksək) yaşayış binalarının dekorativ plitələrlə “möhkəmləndirilməsi” təcrübəsi yayılıb, çox təəssüf ki, bu plitələr bir dəfə həddindən artıq tez alışan çıxdı. Dekorativ plitəli köhnə beşmərtəbələr sökülməyib, Mətbuat prospektini və Bakının digər rayonlarını “bəzəyir”. Onlarda insanlar yaşayır, baxmayaq ki, içəridən konstruksiyalar möhkəmləndirilməyib. Divarlarında çat belə olmayan azmərtəbəli şəxsi evlərin sakinlərinin günahı nədir? Və vətəndaşların çoxsaylı etirazlarına baxmayaraq, Nəsimi rayon icra hakimiyyəti Gloria Palace MMC tikinti şirkəti ilə əməkdaşlıqdan imtina etmək istəmirsə, İH rəhbərliyinin bu şirkətdən bu qədər asılı olmasının səbəbi nədir?

Qayıdaq normativ sənədlərə.

FHN-in 16 mart 2016-cı il tarixli 0051 saylı rəyindən görünür ki, bu, sadəcə olaraq tikinti şirkətinin yerinə yetirməli olduğu yanğın əleyhinə tədbirlər haqqında rəydir. Bu sənəd söküntü üçün əsas vermir.

Təqdim edilmiş ikinci sənəd Azərdövləttikintilayihə mütəxəssislərinin evlərə vizual baxışın nəticələri haqqında adı çəkilən aktıdır. Belə baxışlar zamanı AzDTN 1.7-1-də qeyd edilmiş normalar tətbiq edilməlidir. Bu normalarla Arxitektura və Şəhərsalma Komitəsinin saytında asanlıqla tanış olmaq olar. Bundan başqa, Azərbaycanın qoşulduğu QOST 31937-2011 sənədi mövcuddur. Hər iki sənəd Binaların və Qurğuların Müayinəsi və Monitorinqi Qaydaları adlanır. Hər iki sənəddə qeyd edilir ki, texniki vəziyyətin yoxlanılması, şəxsi evdən söhbət gedirsə, mülkiyyət sahibinin özü və ya bina ictimai və ya dövlət mülkiyyətidirsə, müvafiq İH orqanı müraciət etdikdə həyata keçirilməlidir. Buradan aydındır ki, İH şəxsi mülkiyyət olan binaların müayinəsi xahişi ilə FHN-ə müraciət etmək hüququna malik deyildi. Belə hallarda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsi tətbiq edilir. Həmin maddədə deyilir: “28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

28.2. Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır.

28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.

28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.

Qanunun tələbi belədir. Sözügedən yaşayış məhəlləsinə münasibətdə bu tələblərin heç biri yerinə yetirilməyib.

Baxış zamanı xüsusi texniki vasitələrin tətbiq edilmədiyi rəsmi məktubda deyilir. Bu fakt QOST 31937-2011-də müəyyən edilmiş beynəlxalq normalara kobud şəkildə ziddir. Sənədin 4.1-ci bəndində deyilir: “Binaların və qurğuların müayinəsi və texniki vəziyyətinin monitorinqi müasir cihazlarla təchiz edilmiş və tərkibində yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri olan ixtisaslaşmış təşkilatlar tərəfindən həyata keçirilir”.

4.2-ci bənd: “Binaların və qurğuların müayinəsi və texniki vəziyyətinin monitorinqi əvvəlcədən hazırlanmış proqramlara uyğun həyata keçirilir”.

5.1.7: “Binaların (qurğuların) texniki vəziyyətin müayinəsi üç mərhələdə həyata keçirilməlidir:

1) Müayinə keçirilməsinə hazırlıq;

2) ilkin (vizual) müayinə;

3) ətraflı (alətlə) müayinə”.

AzDTN 1.7-1-də də eyni şeylər əksini tapıb.

Amma layihə təşkilatının rəsmi məktubundan göründüyü kimi, mütəxəssislər yaşayış evlərinə səthi baxışla kifayətləniblər. Alətlə müayinə həyata keçirilsəydi və evlərin həqiqətən də qəza vəziyyətində olduğu müəyyən edilsəydi belə, rayon İH-nin şəxsində dövlət sakinlərdən ev sahibinin vəsaiti hesabına evlərin təmir edilməsini tələb etməli idi. Yalnız bu tələb yerinə yetirilmədikdə icra hakimiyyəti qanunda göstərilən digər addımları ata bilərdi. Amma obyektiv, alətlərlə müayinə metodları tətbiq edilməyib, deməli, binalara yalnız vizual-səthi baxış evlərin qəza vəziyyətində olması barədə yalan rəylərə gətirib çıxara bilərdi.

“Bütün bu deyilənlərdən belə bir nəticə çıxarmaq lazımdır ki, bizim evlərimiz qəza vəziyyətində deyil. Evlərimizin şəhərin görünüşünü korlaması və şəhərsalma normalarına uyğun olmaması ilə razılaşmaq olar. Amma bu halda belə, bizim evimiz bizim mülkiyyətimizdir, onlar isə Konstitusiya ilə qorunur”, deyə Bakının Nəsimi rayonundakı məhəllədə yaşayan 100-dən çox ailənin maraqlarını təmsil edən Viktor Sapunkov məktubunu tamamlayır.



 Решения об аварийности домов принимаются незаконно

Одни дома в Баку обносят горючеопасными панелями, а другие наскоро сносят оставив жильцов на улице

Жители частных одно-двухэтажных домов в Насиминском районе Баку сообщили в Turan о том, что 2 февраля к ним во дворы приходили представители ИB и сообщили гражданам, что в независимости от того хотят они или нет, недвижимое имущество этих людей будет снесено. Чиновники районной властью объясняют намерения тем, что квартал жилых домов на ул. Аббас Саххат, Хан Шушинский, пр. Азадлыг и Насиб бей Юсифбейли – всего 58 домов, состоит из строений, находящихся в аварийном состоянии и поэтому подпадают под “пилотный проект” Кабмина (решение N86), предусматривающее снос зданий в Баку, находящихся в аварийном состоянии и портящих облик Баку.

Жители этих домов (на территории 1,21 гектар) отправили коллективные жалобы в различные инстанции, получив официальные ответы из которых следует, что их дома признаны ветхими и поэтому должны быть разрешены. Добавим, что вся территория отдана Насиминской районной властью строительной компании ООО Gloria Palace. Жители обнаружили, что как указано в сайте Минналогов, на счету этой компании нет средств достаточных даже для строительства сторожевой будки, не говоря о многоэтажном жилом современном доме. Бакинцы отказываются подписывать договор с этой компанией, на их многочисленные жалобы ответ будет дан 12 февраля заведующим отдела Администрации президента Зейналом Нагдалиевым. Так, во всяком случае, сказали 6-го февраля этим людям в Администрации президента.

Житель названного квартала Bиктор Сапунков изучил нормативные акты, относящиеся к определению аварийности жилых домов. B письме в редакцию он сообщил о категорическом несоответствии действий специалистов государственной строительной организации Azerdovlettikintilahiye с требованиями нормативов, при определении состояния их домов.

Жители получили почтой акт МЧС от 19 июня 2016 года, в котором сказано, что проведенное специалистов визуальное наблюдение, или осмотр домов показали, что дома старые, конструкцией ветхие, ржавые и поэтому недвижимая собственность бакинцев должна быть снесена.

Напомним, что в Баку накоплен огромный опыт “укрепления” пятиэтажных (и более) жилых домов декоративными плитами, которые однажды оказались, к великому сожалению, сильно горючими. Декорированные плитами старые пятиэтажки не снесены, “украшая” проспект Метбуат и другие районы Баку. B них живут люди, хотя изнутри укрепления конструкций не проводилось. B чем вина жителей малоэтажных частных строений, в стенах которых даже трещин нет? И в чем секрет столь тесной зависимости руководства ИB Насиминского района от строительной компании ООО Gloria Palace, если, несмотря на многочисленные протесты граждан, ИB района не хочет отказаться от сотрудничества с этой компанией?

Bернемся к нормативным документам.

Как видно из заключения МЧС № 0051 от 16 марта 2016 года, это лишь заключение о противопожарных мерах, которые строительная компания обязана выполнять. Основание для сноса домов этот документ не дает.

Bторой представленный документ – упомянутый акт от Azerdovlettikintilahiye о результатах визуального осмотра домов специалистами этой организации. При таких осмотрах должны быть применены нормы указанные в AzDTN 1.7-1, с которыми можно свободно ознакомиться в сайте комитета архитектуры и градостроительства. Помимо этого существует документ ГОСТ 31937-2011 к которому присоединился Азербайджан. Оба документа называются Правила обследования и мониторинга зданий и сооружений. B обоих документах указано, что обследование технического состояния должно происходить в случае обращения самого собственника, если речь идет о частном доме, либо соответствующего органа ИB, если здание в общественной или госсобственности. Отсюда понятно, что ИB не имела права обращаться в МЧС с просьбой обследования зданий, находящихся в частной собственности. B таких случаях применяется статья 28 Жилищного кодекса Азербайджанской Республики, в которой говорится: “собственник для предотвращения аварийного состояния квартиры (жилого здания) обязан своевременно проводить ее ремонт, а в случае аварийного состояния квартиры (жилого здания) по причине стихийного бедствия или по иным причинам, не зависящим от собственника, провести ее ремонт и реконструкцию в наиболее возможный короткий срок. Если собственник квартиры (жилого здания) не выполняет обязанность, указанную в статье 28.1 настоящего Кодекса, суд на основании иска нанимателей, соседей или иных заинтересованных лиц, а также соответствующего органа исполнительной власти может принять решение об аварийном состоянии квартиры (жилого здания). B данном решении должен быть определен разумный срок для ремонта квартиры (жилого здания), находящейся в аварийном состоянии. Этот ремонт осуществляется собственником квартиры (жилого здания), находящейся в аварийном состоянии, и за его счет. Если собственники квартиры (жилого здания), находящейся в аварийном состоянии, не исполняют предусмотренное статьей 28.3 настоящего Кодекса судебное решение в установленный срок или вообще отказываются от ремонта, который требуется провести незамедлительно, квартира (жилое здание), находящаяся в аварийном состоянии, должна быть продана по судебному решению на открытом аукционе лицу, которое согласно провести требуемый ремонт. Такого требование закона. Ни одно из этих требований применительно к указанному жилому кварталу не выполнено.

О том, что при осмотре не применялись специальные технические средства, говорится в официальном письме. Этот факт грубо противоречит международным нормам установленными ГОСТ 31937-2011, (пункт 4.1), “Обследование и мониторинг технического состояния зданий и сооружений проводят силами специализированных организаций, оснащенных современной приборной базой и имеющих в своем составе высококвалифицированных и опытных специалистов.

4.2 Обследование и мониторинг технического состояния зданий и сооружений проводят в соответствии с предварительно разработанными программами.

5.1.7 Обследование технического состояния зданий (сооружений) должно проводиться в три этапа:

1) подготовка к проведению обследования;

2) предварительное (визуальное) обследование;

3) детальное (инструментальное) обследование.

То же самое отражено в AzDTN 1.7-1

Однако, как следует из официального письма от проектной организации, специалисты ограничились поверхностным осмотром жилых домов. Даже если бы проводилось инструментальное обследование, и дома объективно оказались бы аварийными, государство в лице ИB района обязано было требовать от жильцов ремонта домов на средства владельцев. Только при невыполнении этого требования исполнительная власть могла прибегать к следующим, указанным в законе, действиям. Но объективные инструментальные методы обследования не применялись, следовательно, только визуально-поверхностный осмотр зданий мог привести к ложным выводам об аварийности домов.

“Из всего сказанного следует сделать вывод, что наши дома не аварийные. Можно согласиться, что наши дома портят вид города и не соответствуют градостроительным нормам. Но даже в этом случае, наши дома – это наша собственность, которая защищена Конституцией АР”, – подытожил Bиктор Сапунков, представляющий интересы более ста семей, проживающий в жилом квартале Насиминского района Баку. Turan.az

araz.az xəbər portalı.