Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci Vitse prezidenti Mehriban Əliyevanın diqqətinə-POÇTA
Ağdam rayonunda insanlar sözün həqiqi mənasında yerli rəhbərlik tərəfindən mənəvi terrora, psixoloji təzyiqlərə məruz qalmaqdadırlar. Bu insanlar dövlət tərəfindən unudulduqlarını zənn edirlər. Çünki bu fikri onlarda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov öz hərəkətləri ilə formalaşdırıb. Ağdam rayonu sosial inqilaba “hamilə”dir, biz həyascan təbilimizi vaxctında çalırıq ki, hansısa ciddi aksiyalar başlanmamış ölkə rəhbərliyi insanlara qarşı sözün həqiqi mənasında zülm edən rəhbərliyi cəzalandırmaqla öz vətəndaşlarının sahibsiz olmadığını göstərmiş olsun və bu, soydaşlarımıza qarşı biganə yanaşan digər başçılara da ibrət olsun.
Türkel Turançı
Bir qrup məcburi köçkün ailəsinin video müraciətini izləyək:
araz.az xəbər portalı.