ÖZÜ ÖZ ETDİYİNƏ UTANAN…
Bir gün Şahın bagbanı Şahın qızıl ilanının balasını baģı belləyəndə bilmədən öldürür. Qızıl ilan Şahdan cəza istəyir. Şah “sən də onu çal öldür”,- deyir.
Qızıl ilan:
– Yeddi qapıya dilənçiliyə getsin!
Bəli, baģban dilənçiliyə getdiyi yeddi qapının yeddincisindən çıxanda qızıl ilan heyrətamiz bir qəzəbli sıçrayışla baģbanı çalır. Şah qızıl ilandan soruşur:
– Sən onu əvvəldən niyə çalmadın ki?
– Onun üzündə o qədər nur, o qədər həya, içində o qədər sədaqət var idi ki, onu çala bilməzdim, amma o hər qapıdan çıxanda o həya, o nur azalırdı, o sədaqət nifrətə çevrilirdi. Sonuncu qapıdan çıxanda onun üzündə nə nur vardı, nə həya, sədaqətdən əsər-əlamət belə yox idi. Onda rahat oldu çalmaq.
… Biz yeddi qapıya dilənçiliyə getmiş o bagbanın günündəyik – istisnasız hər birimiz! Hərəmiz bir hala görə! Və… ittiham iddiası, hikkəsi, cəza yangısı bizi Şahın qızıl ilanı qədər hiyləgərləşdirib, soyuqqanlı edib!
Mənə qalsa, deyərdim:
– Buraxın adamları, qoy özləri özlərinin etdiklərindən özləri utanmaga başlasın… Bakıda ilk dəfə dilənçi Ana görəndə aģlayan Aydın Canıyev indi qız-gəlinin içində söyüşlü status yazmaģından, İlqar Məmmədov ömrünün beş ilini 234 min manata və parlamentdəki bir yerə “obmen-tovar – obmen-valyuta – obmen-mandat” anlaşmasından, külli-müxalifət və əhli iqtidar yalanlarından, yazıçılar-şairlər, elm adamları, ziyalılar “impotent”liklərindən – gözüqıpıq, cəsarətsiz, yaltaq olmaqlarından…
İlqar Məmmədovun o tərəfə keçməyi və ya bu tərəfdə qalmaģı, Tofiq Yaqublunun isə həbsə alınmagı, lap öldürülməyi, Oktay Gülalıyevin ardınca Əli Kərimlinin, lap elə Aydın Canıyevin avtoqəzaya tuş gəlməsi… bu xalqın həyatında heç nəyi nə irəliyə, nə geriyə dəyişməz.
Çünki biz etdiklərimizdən utanmırıq. Bizi etdiklərimizlə baş-başa buraxmırlar, hökmən istəyirlər ki, yeddi qapıya dilənçiliyə gedək və hökmən də öldürsünlər – ingilis də, rus da, fars da, erməni də, gürcü də, kürd də, ərəb də öldürmək istəyir bizi və öldürmək istəyənimiz çoxdu deyə elə özümüz də özümüzü onlar tərəfə vururuq!
Bu ölkənin xoşbəxtliyi Aydın Canıyevin ölümüylə gələsi deyil. Bu hakimiyyətin xoşbəxtliyi də həmçinin. Bu ölkənin, bu dövlətin, bu xalqın dayaģı bu ölkədə, bu xalqda, bu dövlətdə bu xalqdan, bu ölkədən, bu dövlətdən deyil! 30 il qabaq bilirdim, 20 il əvvəl yazdım: almanlarda “ayıb” sözü yoxdur. İndi əlavə edib deyirəm: ingilisdə “agsaqqal”, rusda “sən öl” farsda, ermənidə, gürcüdə “namus haqqı” anlayışı… yoxdur!
Elə belə deyirəm, yadda saxlamayın da, nəzərə də almayın: öz etdiyindən utanmaq ən ədalətli və ən agır cəzadır!
Türmənin bekara bir şey oldugunu Akif Çovdarovun demarş, Rüfət Səfərovun revanş, Tofiq Yaqublunun performans, İlqar Məmmədovun reverans şansları dediyimə təkzibsiz sübutdur.
Sizlərə öz etdiklərinizdən utanmayanlardan olmagınızı arzulamağım heç də o demək deyil ki, öz etdiklərinizdən utanmayasınız:
Bugünkü Azərbaycan elə hamımızın etdiklərimizin nəticəsidir. Arada vətən üçün də utanmaq lazımdır… Ki, biz səni və özümüzü qüdrətli edə bilmədik! sozcu.az
araz.az xəbər portalı.