Cavan olmasına baxmayaraq, “Araz” Media Qrupu ailəsinə həmişə daha yaxın olan tərifəlayiq bu gözəl oğlan bu gün özünün 20 illik yubileyini qeyd edir. Elə, kollektivimizin bütün üzvləri də, onun gözəl insani xüsusiyyətlərinə görədir ki, onu yubileyi münasibətilə təbrik edənlərin cərgəsinə qoşulurlar. O, bü gün çox insandan təbrik mesajları alacaq; Təbii ki, hamısı da adına layiq, insani xüsusiyyətlərinə uyğun ölçülüb, biçilmiş! Bizsə, oxuduğunuz bu təbrikimizə başqa rəng qatmağa çalışdıq. Digərlərindən fərqli oldumu, deyə bilmərik! Amma çox çalışdıq ki, bizim ona olan səmimi sevgimizi öz təbrik sözlərimizdəki gözəlliklərlə ortaya qoya bilək. Çünki biz buna layiq olduğunu ona çatdırmalı idik.
Yaxşı ki, bizim qəlbimizin dərinliklərindən gələn səmimi duyğulu bu təbrikimizə onun daha yaxını — media qrupumuzun rəhbəri və Baş məsləhətçisi olan çox hörmətli atası Mirkazım Seyidov kimi gözəl bir insan da qoşuldu. Bizə ruh verən bu birlik rahatlığı, əzizimizə yerində təbriklər söyləməyimizi, bizim üçün az da olsa, asanlaşdıra bildi. Çünki yaşının az olmasına baxmayaraq, Mirpaşa Seyidov həmişə kollektivimizə gözəl təfəkkürə sahib gözəl insan təsiri bağışlaya bilib; Qısaca, bütün insani xüsusiyyətlərinə, eləcə də ictimai fəallığına görə, tam olaraq atasına oxşada bilib özünü! Çoxdandır ki, şair-publisist, ictimai-siyasi xadim, diaspor və media fəalı kimi həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda bütün soydaşlarımızın yaxşı tanıdığı atası ilə çiyin-çiyinədir. Hal-hazırda Rusiya Federasiyasındakı Novosibirsk Dövlət Universitetinin tələbəsi olmasına baxmayaraq, Mirpaşa Seyidov, atası kimi, həmişə təəssübünü çəkib, nüfuzunu qaldırmaq istədiyi redaksiyamızla əlaqəsini kəsməyib. Həm Rusiyadakı ictimai-siyasi durumla, həm də bu xarici ölkədə məskunlaşan soydaşlarımızın həyat və yaşayış problemləri ilə məşğul olan diaspor təşkilatlarımızın fəaliyyətləri ilə bağlı, Media Qrupumuzun tərkibindəki sayt və qəzetlərimizə ötürdüyü vacib məlumatlarına görə, həmişə alqışlarımızı qazanıb. Çünki göndərdiyi həmin məlumatlarındakı konkret faktlarla, o, redaksiyamızın təəssübünü çəkib, nüfuzunu qaldırmaq istəyən ən inanılmış mənbəsi və təəssübkeşi olduğunu dəfələrlə sübut edib. Bu yaxşı əməllərinə görə, əzizimiz olan bu cavan oğlan, həm də Vətən təəssübkeşi olduğunu belə ortaya qoya bilib.
Böyük Allah yuxarıda sadaladığımız gözəllikləri Mirpaşa Seyidova ona görə çox yaraşdırıb ki, onun özü bütün bunlara layiqdir. Məhz bunlara görə, olduqca xoş təsir bağışlayan bütün təbriklərə layiq bu cavan oğlanın özünə bir daha ürəkdən deyirik:
— Əzizimiz Mirpaşa Seyidov, neçə-neçə digər yubileylərini, ən əsası, daha füsünkar səslənəcək 100 illik yubileyini, beləcə, “Araz” ailəsiylə bir yerdə keçirək! Yüz yaşamaq, Ulu Tanrıdan sənə ərmağan edilən bir haqqındır!
Gələcəyini quracaq hər yeni günün öncəkindən daha gözəl olsun, böyük arzu və istəklərinə, saf niyyətlərinə uyğun, ən əsası, səni xoşbəxt edəcək, həyatına firavanlıq qatacaq və möhtəşəm uğurlar bəxş edəcək şəkildə keçsin. Üstəlik, möhkəm cansağlıqlı uzun ömür, gülüş və təbəssüm dolu mehriban ailə həyatı nəsibin olsun!
Ad günün mübarək, mehriban oğlan!
Səmimi duyğularla,
“Araz” Media Qrupunun və araz.az xəbər portalının kollektivləri.
araz.az xəbər portalı.