53102e0789d322846d5bb3c5d7bc3a76-300x214.jpg


 Moskva Arbitrajı kreditorların biznesmen Telman İsmayılova qarşı təxminən 9 milyard rubl borc tələbini reyestrə daxil edib.


 
Araz.az-ın Virtualaz.org-a istinadən bildirir ki, bu barədə  RAPCİ xəbər yayıb.
 
Materiallara əsasən, 8,9 milyard rubl olan borc “Cesaria Limited” şirkəti qarşısında reyestrə daxil edilib.
 
Xatırladaq ki, daha əvvəl biznesmenin ümumi borclarının 135 milyard rubl həcmində olduğu bildirilirdi.
 
Sahibkar Telman İsmayılov bir neçə il əvvəl Rusiyanın ən zəngin biznesmenlərinin siyahısında idi. 2009-cu ildə o öz əsas aktivinin, paytaxt Moskvanın kiçik topdansatış ticarətinin ən böyük bazarı sayılan “Çerkizovski”nin  fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müxtəlif irad və iddialarla qarşılaşdı. Sanitar nəzarəti orqanları orada çoxsaylı qanun pozuntuları aşkar edəndən sonra bazar bağlandı.
 
İndi həm biznesmen, həm də ona məxsus strukturlar müflis vəziyyətindədir.
 
Bundan başqa, o, 2017-ci ilin dekabrında qiyabi olaraq qətldə ittiham edilib.

araz.az xəbər portalı.