Bu gün Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiyada fəaliyyət göstərən diaspor qurumlarının bir qrup rəhbəri ilə videokonfrans formatında görüş keçirib. Komitə sədrinin təmas qurduğu diaspor rəhbərləri arasında diqqətimi Samara vilayyətinindəki diasporumuzun lideri kimi özünü qələmə verən Şirvan Kərimov çəkdi.
Maraqlıdır, Fuad Muradov kifayət qədər böyüklükdə olan Rusiyada Şirvan Kərimovdan başqa diaspor lideri tapmadı ki, həmin görüşə dəvət etsin? Şirvan Kərimov kimdir? Bu adamı Samarada olan soydaşlarımızın heç biri lider kimi qəbul etmir. Samarada fəaliyyət göstərdiyi müddət ərzində Şirvan Kərimov yalnız intriqalar yaratmaqla diasporumuzu parçalayan adam kimi yadda qalıb.
Görəsən , Fuad Muradovun xəbəri varmı ki, Şirvan Kərimov Samarada “Ocaq” adlı qəzet buraxır və həmin mətbu nəşrdə Azərpaycan Prezidentini ən pis formada təhqir edir? Qəbul edirəm ki, diaspor liderləri arasında müxalif mövqeli adamlar da ola bilər. Ancaq bayrağını, dövlətinin bütün atributlarını başqa ölkədə buraxdığı qəzetdə ən pis formada təhqir edən adamla Fuad Muradovun əməkdaşlıqda nə marağı ola bilər?
Deyim sizə, Abbas Abbasovun ən yaxın adamı olan Şirvan Kərimovu Rusiyadakı azərbaycanlıların ən böyük diaspor təşkilatı olan “AzerRos”a rəhbər gətirmək istəyirlər. Bu işdə Fuad Muradov Şiravana əlindən gələn köməkliyi edir. Mənim aləmimdə Şirav Kərimov Avropadakı söyüşçül mühacirlərdən heç nəyi ilə fərqlənmir.
Sadəcə, o dövlətimizin simvollarını Yotube üzərindən deyil, hələlik qəzet formatında təhqir edir. Buyurun Şirvan Kərimovun rəhbəri olduğu Samara Vilayyəti Azərbaycanlıları Liqasının mətbu nəşri olan “Ocaq” da çıxan metraillara diqqət edin.
araz.az xəbər portalı.