Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının sabah – mayın 6-da onlayn rejimdə keçiriləcək konfransına qatılacaq. Konfransda koronavirus pandemiyasının mətbuat şuralarının iş xüsusisyyətlərinə təsiri, medianın özünütənzimləmə qurumlarına şikayətlərin dinamikası, həmçinin təşkilata üzv ölkələrdə jurnalistikanın ümumi durumu müzakirə olunacaq.
Medianın iş prinsiplərinin koronavirus təhlükəsi ilə mübarizəyə səfərbər edilməsi məsələləri barədə söz açılacaq konfransda eyni zamanda kütləvi informasiya vasitələrində şəxsi həyatın qorunması ilə bağlı da fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, MŞ sədri Ə. Amaşov bir neçə gün öncə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn konfransında da iştirak edib.
Araz.az
araz.az xəbər portalı.