KORONAVİRUSLA BAĞLI HAZIRKI VƏZİYYƏT HEÇ KƏSİ ARXAYIN ETMƏSİN — TƏHLÜKƏYƏ BİGANƏ YANAŞMAQ, EHTİYATI ƏLDƏN VERMƏK DEMƏKDİR, HALBUKİ, HƏR KƏSİN EHTİYATLI OLMASINA XÜSUSİ EHTİYAC DUYULUR
ÖLKƏ RƏHBƏRİNİN “BİZ BİRLİKDƏ GÜCLÜYÜK“ ÇAĞIRIŞINA İNANIB, SAĞLIĞINIZI HƏKİMLƏRİMİZƏ, TƏHLÜKƏSİZLİYİNİZİ POLİSLƏRİMZƏ ƏMANƏT EDƏ BİLƏRSİNİZ
Şahbaz ŞAHBAZOV, Azərbaycan Tibb Universitetinin professoru.
Tarixdən də göründüyü kimi, dünyanı oynadan olduqca qorxulu pandemiyalar insan həyatını və onların yaşadıqları ölkələri bütün sahələrdə öz riski altına aldığı çətin vaxtlarda, əsas təməli olan millətinin sağlamlığının qorunması hər dövlətin ən əsas vəzifəsinə çevrilib — indinin özündə olduğu kimi! Bunun daha bir sübutu, bütün dünya üçün bir çağırışa çevrilən, öz böyük tələfatları ilə bəşəriyyəti qorxuya salıb, dəhşətə gətirən, bizim özümüzün də təşviş və təlaş içində şahidlik etdiyimiz yeni tipli koronavirusa — qorxulu COVID-19 pandemiyasına qarşı ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən ən vacib, ən önəmli tədbirlərdir. Dünya gücləri kimi tanınan nəhəng dövlətlərlə müqayisədə, bizim dövlətin, ilk günlərdən, artıq pandemiyaya çevrilmiş yeni koronavirusla bağlı vəziyyəti daha professional şəkildə nəzarətə götürə bilməsi, nəticədə, bu qorxulu xəstəliyin ölkəmizdə ağır fəsadlar verməsinin əngəllənməsi isə, fərəhləndirici bir haldır. Möhtərəm prezidentimizin koronavirusla bağlı proseslərə soyuqqanlı və çevik yanaşması sayəsində, ölkədə pandemiyanı nəzarətə götürməyin mümkün olması, doğrudan da, sevindirici haldır və onun rəhbərliyi altında görülmüş bütün qabaqlayıcı tədbirlərə görə, bir səhiyyə işçisi olaraq, mən, ona, öz dərin minnətdarlığımı çatdırır, təşəkkürümü bildirirəm.
Bəli, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının özünün bu qorxunc təhlükəyə qarşı vaxtında qabaqlayıcı və çevik tədbirlər həyata keçirməsi hesabına, ölkə vətəndaşlarımızı bu ağrılı bəladan qurtarmaq mümkün olub. Belə bir çətin durumda, respublikamız, onun rəhbər bacarığı, idarəçilik qabiliyyəti və işgüzarlığı hesabına, öz vətəndaşlarını yüksək səviyyədə qorumağı bu günədək nümayiş etdirə bilir. Və bununla da, Azərbaycan dövlətinin səmərəliliyinin, xalqın etimadı qarışıq, uğurlu gələcəyimizə ən mühüm töhfə olduğuna bir daha əmin oluruq. Bütün dünyanı dəhşətə gətirən COVID-19 pandemiyası ilə əlaqədar yüksək idarəçilik qabiliyyəti nümayiş etdirən ölkə başçısının rəhbərliyi altında həyata keçirilən və ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilən önəmli və genişmiqyaslı tədbirlər də, ilk növbədə, onun rəhbər postunda xalqına olan məhəbbət və sevgisinin daha bir təzahürü kimi qiymətləndirilir. Ulu öndər Heydər Əliyev məktəbində öyrəndiyi dərin siyasi və diplomatik biliyi, eləcə də güclü vətənsevərliyi sayəsində, ümummilli liderin layiqli varisi indiyədək doğma Azərbaycanın koronavirusla mübarizədə ağır nəticələrlə üzləşməsinə imkan vermədi və tam əminik ki, sonadək bu uğur, elə, belə də davam edəcək. Buna
Prezident İlham Əliyevin özünün belə inamı getdikcə daha da artır və o, bu inamını rəsmi çıxışlarında dəfələrlə xüsusi olaraq vurğulayıb. Onun: “Mənim üçün Azərbaycan vətəndaşının sağlamlığının qorunması, onun təhlükəsizliyinin təmin olunması hər şeydən üstündür”, — sözləri, çətin günlərdə öz xalqının taleyinə ürəkdən yanan rəhbər kimi, Azərbaycanın hər bir vətəndaşına sevgi və qayğısının aydın ifadəsidir.
Həqiqətən də, dövlətimizin başçısının və Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın xalqımıza ünvanlanan doğma və qayğıkeş müraciətləri, Vətən övladlarının birlikdə güclü olduğunu bir daha təsdiqləyir.
Bütün bunlar və xalqımızın sağlamlığı, təhlükəsizliyi naminə onların göstərdiyi fədakarlıqlar isə bir daha onu sübut edir ki, apardıqları uğurlu siyasətin mərkəzində hər bir Azərbaycan vətəndaşının taleyi və rifahı dayanır. Qürurverici bir haldır ki, dünyanı cənginə alan korona qasırğasının ölkəmizə təsirinin azaldılması istiqamətində möhtərəm prezidentin və çox hörmətli Birinci vitse-prezidentin yürütdükləri müdrik və uzaqgörən siyasət, eləcə də onların tapşırıqları və şəxsi təşəbbüsləri nəticəsində görülən çox mühüm işlər, həyata keçirilən genişmiqyaslı yardım proqramları, bütün bunların hesabına isə, ölkənin bu bəla ilə mübarizədə daha az itkilərlə üzləşməsi xarici ölkələrdəki nüfuzlu beynəlxalq təşkilat və qurumlar tərəfindən də ürəkdən alqışlanır, nümunə olaraq göstərilir. Onların bütün
addımlarını ürəkdən dəstəklədiklərini bildirən həmin təşkilat və qurumlar, həm də onların lazımi və vacib göstərişləri sayəsində, Azərbaycan hökumətinin bu istiqamətdə atdığı bütün addımları,
kifayət qədər sürətli və enerjili tədbirlər həyata keçirməsini belə yüksək qiymətləndirirlər. Bütün bunlar onu göstərir ki, düşünülmüş və vaxtında atılmış belə addımların Azərbaycanda koronavirusla mübarizə prosesinin uğurla idarə olunmasına imkan verməsi və bu qorxulu xəstəliyi lokallaşdırmağın mümkün olması, indi, xarici ölkələrin çoxuna belə məlumdur. Çoxlarına o da məlumdur ki, məhz bu uğurun memarları olan həmin şəxslərin operativ şəkildə qəbul etdikləri qərarları və hökumətə verdikləri tapşırıqları Azərbaycanı koronavirus bəlasından uzaq tutmağa imkan verir. Bütün bunlar ölkəmizdəki vəziyyətə müsbət təsir göstərir və sanitar-epidemioloji vəziyyətin ciddi şəkildə nəzarət altına alınmasına şərait yaradır.
Statistik rəqəmlərdən də açıq-aydın görünür ki, bir çox digər ölkələrlə müqayisədə, Azərbaycanda, dövlət rəhbərinin ciddi tapşırığı və şəxsi nəzarəti hesabına, bu qorxunc bəlanın yayılmasına qarşı ilk gündən daha səmərəli mübarizə aparılır. Respublika hökuməti İlk yayılma dalğasının qarşısını almağı, virusun ölkə ərazisinə nəzarətsiz keçməsinə imkan verməməklə, sanitar-epidemioloji vəziyyəti ciddi nəzarət altına götürməyi bacarıb. Bundan başqa, Azərbaycanda özünütəcridlə bağlı tədbirlərin uğurla tətbiq edilməsi, yəni, karantin rejiminin tətbiqinin, təhsil müəssisələrinin bağlanmasının, sosial təcridlərin, kütləvi tədbirlərin ləğvinin, koronavirus xəstələrinin dövlət hesabına müalicəsinin, aztəminatlı ailələrə verilən müavinətlərin, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqlarının dövlət hesabına ödənilməsinin, kommunal ödənişlərə edilən güzəştlərin vətəndaşlar tərəfindən normal qarşılanaraq, yüksək qiymətləndirilməsi, əlbəttə ki, hadisələrin sonrakı inkişafını müsbət məcraya istiqamətləndirməyə imkan verir. Bütün hallarda son dərəcə ehtiyatlı olmaq vacib şərt kimi ortaya qoyulur. Çünki rəsmi məlumatlar da deyir ki, biz hələlik bu epidemioloji prosesin başlanğıcındayıq. Avropa ölkələrinə nisbətən, bəzi ölkələrlə bərabər, Azərbaycana da virus gec gəlib çıxıb və onun aqressivliyinin təbii spontan zəifləməsi üçün, ən əlverişli amil olan vaxt bu günədək bizə işləyib. Bu, bizim ölkədə başqa dövlətlərin təcrübəsini nəzərə almağa da imkan verib və beləcə, hakimiyyətin ciddi səyləri və vaxtında həyata keçirilmiş müdafiə tədbirləri sayəsində, xəstəliyin aşağı salınmasının bütün vasitələrlə əldə edilməsi ilk gündən indiyədək uğurla davam etdirilir. Bütün deyilənlərin nəticəsidir ki, ölkəmizdə COVİD-19-dan ölüm halları, dünyanın bir çox dövlətləri ilə müqayisədə, ən aşağı səviyyədədir. Sanki indiyə kimi onunla qarşılaşmayanları bu qorxulu virusdan qoruyan bir kollektiv immunitet var.
Amma, çox təəssüfləndiricidir ki, Azərbaycan əhalisi arasında, — istər şəhərli olsun, istərsə də kəndli, — elə bil nəyəsə arxayın olanlar, pandemiya təhlükəsinin nə demək olduğunu bilmədən, ona biganə yanaşıb, ciddiyə almayanlar da olur. Hətta hər gün dünya ölkələrindən koronavirusla bağlı bizə çatıb, həyacan yaradan və təlaş doğuran çoxlu sayda İnformasiya və xəbərlər belə belələrinin veclərinə deyil və əksəriyyəti sovetlər dönəmində bir çox xəstəliyə qarşı peyvənd olunduqları üçün, olduqca rahatdırlar. Qəribə bir arxayınçılıqları olan həmin insanlar, bilmək olmur dövlətə çox inanırlar, yoxsa özlərinə. Onlarda çox güclü belə bir inam var ki, heç vaxt xəstələnməyəcəklər. Əslində, psixoloji cəhətdən bu cür inam yaxşıdır, çünki hədsiz qorxunun da fəsadları çox olur. Amma bu dərəcədə laqeydlik də nümayiş etdirmək olmaz. Onlar başa düşmək istəmirlər ki, pandemiyaya biganə yanaşmaq və ehtiyatı əldən vermək, birbaşa, ölümlə üz-üzə gəlmək deməkdir. Evdə oturub, bu ciddi təhlükədən qorunmaq ona görə vacibdir ki, insan nə qədər bu virusla gec qarşılaşır, bir o qədər bu qarşılaşmanın ağır nəticələrə səbəb olmayacağı ehtimalı böyük olur. Bir də, hamı onu yaxşı bilməlidir ki, məsafə saxlamaq, maska taxmaq, əlcək geymək, ən əsası isə, gigiyenik qaydalara qəti şəkildə əməl etmək bu qorxulu təhlükə üzərində qələbəyə stimul verən başlıca amillərdir.
Bunu bir daha qeyd etməyi vacib bilirəm ki, dünyanı iqtisadi qüdrəti, hərbi birləşmələri ilə fəth edən qüdrətli dövlətlər belə, hazırda, pendemiya nəticəsində yaranmış ölkədaxili gərgin vəziyyətdən çıxmaq üçün ciddi çətinliklərlə qarşı-qarşıyadırlar. Bu dövlətlər indi öz daxili və xarici siyasətlərində ciddi dəyişikliyə getmək məcburiyyətində qalıblar. Çünki bu gün xəstəlik kimi gördüymüz pandemiya insanları bu dünyadan almağa çalışırsa, gələcəkdə, yarada biləcəyi ciddi siyasi, iqtisadi krizislərlə dünyanın hər yerində daha dərin böhranlar yarada bilər. Hətta xalqların öz müqəddəratlarını həll etmə anlayşını da şübhə altında qoyar. Belə bir hal, görünən və görünməyən bütün problemləri ilə, bütün dövlətlərlə bərabər, onların hər bir vətəndaşı üçün də məsuliyyət və cavabdehlik yaradır. Diqqət yetirsəniz, hətta, öz siyasi, iqtisadi, mədəni və mənəvi birlikləri ilə, özlərini dünyaya örnək göstərən Avropa İttifaqı dövlətləri belə, gözlənilməz bu acı həqiqət qarşısında aciz qalıb, ittifaq birliklərini nümayiş etdirib, dünyaya göstərə bilmədilər. Vəziyyətin ciddiliyinin dərk edilməsindən sonra, görünən odur ki, xalqlar və dövlətlər yeni pandemiyanın hazırkı fəsadlarını və gələcəkdə baş verəcək ağır nəticələrini aradan qaldırmaq üçün, yalnız birlikdə olmağı vacib bilirlər.
Yaranmş pandemiya onu da açıb, göstərdi ki, hər bir xalq, öz dövləti ilə bərabər, qarşılaşdıqları çox dərin, çox ağır bu problem və çətinliyi öz gücləri hesabına da həll edə bilərlər. Elə, bizim Azərbaycan Respublikasında buna şahidlik də etdik. Yeni koronavirus pandemiyasının yaratdığı narahatlıqlar, bizi, dövlət və millət olaraq, səfərbərliyə almaqla, bir olmağa, dövlətin gücünə, millətin birliyinə arxalanmağa səslədi. Bu da, birliyin gücü hesabına böhranı həll edə biləcəyimizi göstərdi. Millətimizin və dövlətimizin bu birliyini, siyasi baxışından, dini inancından asılı olmayaraq, ağıl və kamal sahibi olan hər bir vətəndaşımız, bir-birinə olan küskünlüklərini belə tam kənara qoyaraq, dövlət rəhbərinin yanında olmaqla göstərdirlər. Konkret desək, mənəvi baxımdan bu qorxunc təhlükə insanlarda başımız üstündəki Böyük Yaradana sonsuz inam və sevgi hissləri, məmur-işçi, varlı-kasıb münasibətlərində dərin hörmət və səmimiyyət, pozulmaz haqq, ədalət və bərabərlik, bir-birlərinə təmənnasız yardım və köməklik kimi əxlaqi-mənəvi dəyərləri önə çıxartdı.
Dövlətin bu çətin, ağır günlərində qarşılarına qoyulan tələb və öhdəliklər nədən ibarətdirsə, ölkə vətəndaşı olaraq, çoxları onları yerinə yetirməklə bərabər, nə edə bilərlərsə, onu da ortaya qoyub, çətinlikdən çıxış yollarının göstəricisi ola biləcək öz təklif və iradlarını da bildirirlər. İndi ağıllı hər kəs, qaranlıq dünyadan gələn işığın hansının yolumuza aydınlıq gətirəcəyini seçib, ona doğru addımlayır, elmimizin gücünə, tarixin bizə verdiyi dərslərə inanaraq, hərəkətlərini müəyyən edirlər. Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başcısı olaraq başlatdıqı tədbirləri, onun ”Biz birlikdə güclüyük!” çağırışını dəstəkləyərək, ətrafında daha sıx birlik yaradırlar. Çünki indi bunun zamanıdır. Və zamanın tələblərinə uyğun olaraq, siyasi düşüncəsindən asılı olmayaraq, iqtidar və müxalifət partiyaları, dövlətin öz strukturlarındakı mərkəz və region təmsilçisi olan məhsul şəxslər, alimlər, iş adamları yalnız birlik nümayiş etdirməklə, içimizə daxil olmuş gözə göünməz düşmənə beləcə qalib gələ bilirlər. Yaxşı ki, yaranmış vəziyyətin ciddiliyini hər bir Azərbaycan vətəndaşı başa düşüb, mövcud gərginlikdən çıxış yolları üstündə düşünə bilir. Nəzərə almaq lazımdır ki, belə gərgin məqamlarda, yalnız, baş verənləri doğru, düzgün qiymətləndirməklə, onu vaxtında qarşılayıb, qalib gəlmək mümkündür. Axı, qarşılaşdığımız çətinliklərə qalib gəlməyimiz üçün, ən böyük işlər dövlətin üzərinə düşsə də, vətandaş olaraq, hər birimizin üzərində, öhdəliklərlə bərabər, yerinə yetiriləcək vəzifələrimiz də var.
Bu gərgin məqamlarda təhlükə ilə mübarizə yollarımızın birincisini, qeyri-şərtsiz, koronovirusun yaratmış olduğu xəstəliyin profilaktikası və müalicəsi təşkil etməliydi — edir də! Bu təhlükəli xəstəliyin daha geniş yayılmasının qarşısını almaq üçün, dövlət bu yolda öz uğurlu adımlarını ataraq, maddi-texniki baza yaratdı, qabaqlaycı tədbirlərini gördü. Bu tədbirlər içərisində hüquqi aktların qəbulu, xəstəliyin artıq yayılmaması üçün, xaricdən gəlmə təhlükəsini nəzərə alaraq, ölkə daxilinə giriş və çıxışların dayandırılması, karantin tətbiq edilməsi, insan təmaslarının minimuma endirilməsi… başlıca yer tutur. Tibbi istiqamətdə müalicə və profilaktik tədbirlərdə isə, ilk növbədə, həkim və tibbi personalların ön cəbhə olaraq, işlərə cəlb olunması, tibbdə çalışanların həyat təhlükəsizliyi üçün tibbi maddi-texniki bazanın saxlanması əsas oldu.
Yeri gəlmişkən, bir haşiyə olaraq, onu da qeyd etmək istərdim ki, ayyarımlıq karantin rejimindən sonra da, pandemiya təhlükəsinin tam sonuclanmadığını nəzərə alsaq, xəstəliyin müalicəsinin təşkilini daha da səmərəli etmək üçün, Operativ Qərargah, spesifik və simptomatik müalicədə ÜST tövsiyələrinə uyğun fəaliyyət göstərəcək həkim-mütəxəssislərdən və alimlərdən ibarət bir qurup yaratmalı, həmin qrup işini, dünya alimləri ilə davamlı təmas saxlamaqla, alınmış yeni müalicə üsullarını, nəticələri həkimlərimizlə birgə dəyərləndirib, təşkil etməlidir. Ən vacibi odur ki, xəstəliyin törədicisini, potogenezini, xüsusiyyətlərini daha mükəmməl öyrənmək üçün, heyət tərkibi mütəxəssislərdən ibarət ixtisaslaşdırılmış mərkəzi araşdırma labaratoriyası yaradılmailıdır. Əlbəttə, cənab prezdentin tapşırıqı və yaxından dəstəyi ilə, ölkəmizdə tibbi maska istehsalının başlanması, yeni xəstəxananın açılışı bu qorxulu xəstəliyin önləyci müalicəsi üçün çox vacib tədbir oldu. Bunlarla yanaşı, mümkün olduqca, ölkəmizdə əlavə tibbi avadanlıqların, antiseptiklərin, hətta əsas lazımi dərman preparatlarının istehsalı, pandemiyanın artması davam edərsə, mövcud binaları xəstəxanalara çevirə bilməkdən ötrü, ilkin hazırlıq işlərinin görülməsi üçün qabaqlayıcı tədbirlər planı hazırlamaq vacib şərtlərdəndir. Bu amansız xəstəliyin qarşısını almaq üçün, dövlətin yanında olmaqla, hər bir vətəndaşımız görülən işlərərə dəstək verməli, bilgi və bacarıqlarını Operativ Qərargaha bildirməlidir. Bu gərginlik vaxtı, ən həssas nöqtələrdən biri, alimlərin, həkimlərin fikir və rəyləri nəzərə alınaraq, tibbi bigilərin KİV-də açıqlanmasıdır. Ayrı-ayrı ixtisas həkimlərimizin, nüfuzlu ziyalılarımızın, mədəniyyət xadimlərimizin KİV-də, eyni zamanda sosial şəbəkələrdə verdikləri məsləhətləri yox, ixtisas sahiblərinin fikir və tövsiyələrini dinləmək daha vacib, daha lazımlıdır. Axı, məsləhət vermək istiyən öncədən düşünərək, xeyirli bir açıqlama vermirsə, bu kimə lazımdır? Bu gərgin məqamlarda təhlükə ilə mübarizə yollarımızın ikincisini, qeyri-şərtsiz, dövlətin yaranmış vəziyyəti nəzarətə götürüb, lazımi tədbirlərini mütəmadi davam etdirməklə bərabər, karantin şərtləri daxilində vətandaşların sosisal həyatlarını nəzarətdə saxlamaq, onların yaşam tərzlərini yaxşılaşdırmaq üçün, ayrı-ayrı dövlət qurumlarının aktiv fəaliyyətə keçmələrinə xüsusi göstərişlər vermək, qida və lazım olacaq digər həyati ehtiyac malları ehtiyatı yaratmaq olmalıydı — oldu da! Hətta dünyanı cənginə alan koronavirus pandemiyası, bir xalq və dövlət olaraq, bizə, bir çox məqamları açdı və ölkənin səhiyyə sistemində, əhalinin məşğulluğu və sosial vəziyyəti sahəsində bir sıra çatışmazlığı ortaya çıxarıb, həlli yollarını bizə göstərdi. Ölkə başcısının onlayn video-konfranslarında bildirdiyi kimi, bunun üçün, bütün dövlət qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi bütün dövlət resuslarını və mənbələrini araşdıraraq, geniş strateji plan hazırladılar. Mövcud sənaye müəssisələrinin iş prinsipləri öyrənilib, lazım gəldikdə, onların mövcud ehtiyaca uyğun olan müəssisələrə çevrilməsi üçün, ilkin hazırlıq işləri aparılıb. İdxal və ixracın ölkə iqtisadiyyatında yeri müəyyənləşdirilərək, gələcəkdə görüləcək tədbirlərin planı hazırlanıb. Hətta Maliyyə Nazirliyi Mərkəzi Bankla birlikdə, ölkədə pul dövriyyəsinə, kreditləşməyə, borc kreditlərinin qiymətləndirilməsinə, istehsalçı və istehlakçılar arasında mövcud maliyyə münasibətlərinə belə baxaraq, bu gərginlikdən sonra yarana biləcək problemlərin qarşısını alıb, həll etməyi planlaşdırıblar. Eləcə də, Kənd Təsərrüfatı Nazirliyi, dövlətin əhalinin qida təminatını yerinə yetirmək və ərzaq ehtiyyatına görə müəyyən olunan qədər məhsul əldə etmək üçün, üzərinə düşən önəmli bu tarixi vəzifəsini həll etməkdə çox böyük işlər görməyi qarşısına əsas məqsəd qoyub. Unutmayaq ki, kənd təsərrüfatı insan sağlamlığına qulluq edən qurumlar qədər strateji bir sahədir. Artıq yazdır, əkin vaxtıdır, bütün torpaq sahələri dərindən araşdırmalıdır ki, ehtiyac daha çox olan hansı qida məhsullarına uyğungəlmə aydınlaşsın. Elə, buna görə də, durmadan hərəkət planı təqdim edilməlidir. Kənd təsərrüfatı üçün su mənbələrinin müəyyənləşdirilməsi ən əsas məsələlərdən biridir. Bu səbəbdən, suvarma üçün lazımi tədbirlərin həyata keçirilməsi vacibdir. Kiçik emal sənayesi üçün projelərin, xüsusi anbarların hazırlanması da, istehsalçı ilə istehlakçı arasında gələcək qida təminatında əsas rol oynaya bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Komitə, Statistika Komitəsi əhalinin yaş qrupunu, əmək qabiliyyətini, həyatı daha çox ehtiyac içində keçən vətəndaşlarımızın sayını, müəyyən edilmiş şərtlər daxilində, cox dəqiqliklə öyrənməlidirlər. Bundan əlavə, yüksək ixtisaslı mütəxəssislərin və peşakar səriştəyə malik insan resurslarının qrupları hazırlanmalıdır. Hətta Rabitə və Texnologiyalar Nazirliyi belə müasir texnoloji elektron vasitələrə əsaslanaraq, ölkənin dövlət və özəl müəssisələrini vətandaşlarla birgə əlaqə yaradacaq vəziyyətə gətirməlidir. Televiziya və radioların bu işlərin həll edilməsinə cəlb edilməsi qaçılmazdır. Təhsil Nazirliyi təhsilin hər bir sahəsində bu günün tələbinə uyğun tədbirlər planı hazırlamalı, tələbələr və şagirdlər üçün dərsləri onlayn distansion sistemdə tam mütəşəkil, aktiv, davamlı bir hala gətirməlidir. Karantinlə bağlı izolyasiya və özünü tədricetmə zamanı rabitə, internet-kommunikasiya sistemində vəziyyətin qənaətbəxş olması da əsas şərtdir. Buna görə, adını çəkdiyimiz nazirlik vacib internetin hər bir evə çatması üçün, müvafiq dövlət strukturları ilə birgə plan hazırlayıb, həyata keçirməlidir. Allaha çox şükürlər ki, bu deyilənlər bizim dövlətdə artıq həyata keçirilib və müsbət nəticələri də göz qabağındadır.
Yaranmış mövcud vəziyyət bizə onu göstərir ki, bu gün aparılan mübarizə təkcə xəstəliklə deyil, həm də hər bir dövlət və millətin normal həyatı qarşısında yarana biləcək daha böyük təhlükəyə qarşıdir. Onsuz da, hamı yaxşı bilir ki, çox dərin iqtisadi böhranla qarşı-qarşıya qala biləcək millətin taleyi necə olur?! Bir daha Ulu Tanrıya min şükür ki, xalqımız belə bir təhlükədən uzaq düşdü. Və buna görə, bir daha qeyd edirəm ki, Azərbaycan vətəndaşları ölkə başçısına böyük minnətdarlıq nümayiş etdirirlər. Fərəhləndirici daha bir fakt isə odur ki, Azərbaycan dövləti yalnız öz resursları hesabına pandemiyaya qarşı mübarizə üzrə səmərəli tədbirlər planı həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyini təmin edir. Bunlara iş yerlərinin qorunması, koronavirus pandemiyasından zərər görən fərdi sahibkarlara maliyyə dəstəyi, o cümlədən vergi güzəştləri və digər güzəştlər verməklə sahibkarların vergi yükünü yüngülləşdirmək, kreditləri stimullaşdırmaq, ən əsası isə, əhaliyə birbaşa sosial dəstək göstərmək, əhalinin aztəminatlı hissəsinin sosial rifahının yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən imzalanan məlum sərəncamlarla həyata keçirilən çoxsaylı tədbirlər daxildir.
İndi yeni bir anlayış da yaranır ki, bu qorxunc təhlükə ilə üz-üzə olan dünya ya ayrılacaq, yəni, hər bir dünya dövləti axıradək özünü izolyasiya olunmuş vəziyyətdə saxlayacaq, ya da birləşərək, bir olacaq. Bu mənada dünya alimləri — tarixçilər, siyasətçilər, ekspertlər… də fərqli fikirlər bildirməkdədirlər. Tam aydın olansa budur ki, bu gün bu xəstəliklə nə qədər mübarizə aparılsa da, eyni zamanda, sanki dünya tarixində yeni bir iqtisadi, hərbi mübarizə modelinin başlanğıcı qoyulur. Bir sözlə, dünya yeni bir iqtisadi-siyasi düzənləməyə gedə bilər ki, bu da, bütün dövlətlərin, xalqların öz müqəddəratlarını həll etmələri yolunda yenidən imperalist güclərinin rolu anlayışının işartılarını verir. Biz, əlbəttə, ortaya qoyulan bütün düşüncələrdə göstərilənlərə birgə hazır olmalıyıq ki, dövlətimizi, xalqımızı dünyanı iqtisadi və siyasi baxışdan yenidən qurmağa çalışanların əsarətinə düşməyək. Bax, ölkə başçısının birlik çağırışı da, tam olaraq, bu təhlükəyə qarşı köklənib. Axı, birliyi olan xalq həmişə güclüdür!
Uzun müddətdir aparılan dövlət siyasətindəki “sosial dövlət” anlayşı bu gün özünün xeyrini daha çox büruzə verməkdədir. Çünki qeyd olunan bu vacib anlayış, indi, hər bir vətəndaşımızın hər bir tələbatını, arzu-istəyini, təhlükəsizliyini təmin edəcək yeganə mənbədir. Belə olan halda, üzərlərinə düşəni edən və “Hər bir dövlətin gücü, onun xalqındadır!” deyimini əldə şüara çevirən vətəndaşlarımız, dövlətin uyğun gördüyü qanun və qaydalara riayət etməklə, dövlətimizin gücünü milli birliklə qoşalaşdırıb, yaranan və gözlənə biləcək iqtisadi, sosial çətinliklərdən çıxa bilirlər. Unutmayaq ki, milli dəyərlərimiz, adət-ənənələrimiz, dini inanclarımız, eləcə də dədə-babadan bizə miras qalan böyüklərimizə hörmət, uşaqlarımıza öyüd-nəsihət, qonşuya, imkansıza, fiziki qüsurlulara maddi yardımlar vermək kimi xeyirxah əməllər, bu çətin yolda da, bizim xalqın əsas örnəyi olub. Elə, xalqımız, həyata belə nikbin baxışla, tezliklə, amansız düşmənə bərabər bu çətinliyə də qalib gələcək.
Ölkə vətəndaşlarının diqqətinə onu da çatdırmaq istəyirəm ki, qorxunc düşmən qədər təhlükəli olan bu bəla ilə mübarizədə cəmiyyətin üç zümrəsinin nümayəndələri yorulmaq bilmədən çalışır, əsl qəhrəmanlıq nümayiş etdirirlər. Onların ön cəbəhənin qəhramanları həbkimlər, arxa cəbhədə polislər və jurnalistlər olduğu hamıya məlumdur, xalqımızın mənafeyi naminə gərgin iş rejimində yorulmadan çalışdıqlarına görə, onlara, həmişə ehtiramımızı və minnətdarlığımızı çatdırmalıyıq. Çox
təəssüf ki, son vaxtlar sosial şəbəkələrdə polislərimizlə bağlı xoşagəlməz müxtəlif fikirlər səsləndirilir. Axı, millətimizin asayşini qorumaq üçün, gecə-gündüz yorulmaq bilmədən çalışan bu Vətən övladlarına belə münasibət düzgün deyil. Çünki Vətənin ən ağır günlərində ön cəbhədə, səngərlərdə öz canlarını düşmən qarşısında sipər edənlər, daha ağır şərtlər daxilində mübarizə aparanlar polislər olublar. Bu gün də, içtimai asayişi qorumaqla bərabər, bu pandemiyanın yayılması qarşısında əsas qalxan da onlardır. “Evdə qal!” çağırışına uymayanların inzibati xətalarını onlara başa salıb, maarifləndirilmələrinin, ümumi götürdükdə, bütün təhlükəsizliyimizin qarantı polislərimizdir. Odur ki, bu çətin dövrdə də, gəlin, cənab prezidentin “Biz birlikdə güclüyük!” çağırışına dəstək olaraq, sağlamlığımızı həkimlərimizə, təhlükəsizliymizi polislərimizə, saf və dəqiq informasiya təminatımızı jurnalistlərimizə əmanət edək və beləcə, dövlətimizin gücünə, millətimizin birliyinə arxalanaraq, tarixin bizə verdiyi bu bəladan da qurtaraq — xoş gələcəyimizə daha aydın baxmaq üçün!
Bir həkim kimi, bir daha onu demək istəyirəm ki, pandemiya bəşəriyyət üçün bəla deməkdir və cəmiyyətdə ona qarşı heç vaxt arxayınçılıq yaranmamalı, ictimaiyyət ehtiyatı əldən verməməlidir.
Nəzərə almaq lazımdır ki, bu xəstəliyə yoluxan sadəcə özünə deyil, digərlərinə də ziyan verir, çoxunu isə, ölüm təhlükəsi ilə üz-üzə qoyur. Bu səbəbdən, bu gərgin və həssas məqamlarda hamının ehtiyatlı olmasına xüsusi ehtiyac var. Çünki yoluxma hallarının getdikcə azalması o demək deyil ki, virus artıq ölkəmizdə yoxdur. Sözsüz ki, hələ o həddə gəlib çatmamışıq da. Müxtəlif mənbələr tərəfindən ictimaiyyətə təqdim olunan məlumatlar fərqli xarakterli olsa da, mahiyyət etibarı ilə, onların əksəriyyəti gələcəkdə daha təhlükəli halların yarana biləcəyinə də dəlalət edir. Verilən məlumatlarda xüsusi vurğulanır ki, yeni növ koronavirus hər an çox qorxulu acınacaqlı bir durum yarada bilər. Bu da, danılması mümkün olmayan bir reallıqdır və media üzərindən aparılan araşdırmalarla da bunu öyrənib, sübut etmək olur.
Yazının əvvəlindəki oxşar epizodlara haşiyə olaraq, onu da qeyd etmək istərdim ki, yaranmış vəziyyətdən çıxış yolunda cənab prezdent İlham Əliyevin öncədən regionlarda həyata keçirdiyi sosial proqlamlar, sanki bu çətin günümüzə hesablanıbmış. Unutmaq olmaz ki, bir çox rayonlarda səhiyyə islahatlarının vaxtında həyata keçirilməsi, yeni xəstəxanaların tikilməsi, mövcud xəstəxanalarda yenidənqurma işlərinin aparılması, maddi-texniki bazalarının yenilənməsi, yüksək ixtisas almaları üçün, müəllim və tələbələrimizə yaxşı şəraitin yaradılması, xarici ölkələrlə aparılan qarşılıqlı tibbi təhsil proqramları çərçivəsində, həmin ölkələrdə daha yüksək ixtisaslı həkim-mütəxəssislər hazırlanması da, elə, bu çətinliyin öhdəsindən zamanında gəlməkdə başlıca amillərdən birinə çevrilib.
Yeni tipli koronavirus, şübhəsiz ki, bütün dünya üçün bir çağırışdır. Bu xəstəliyin dəhşətini yaxşı anlayan tibb mütəxəssisi olaraq, mən də, ölkə əhalisinə çağırış və tövsiyyə edirəm ki, bu çətin məqamlarda hər kəs mümkün qədər səbrli və ehtiyatlı olmağı bacarsın. Axı, səbrini tükəndirib, ehtiyatını əldən verməklə, bu xəstəliyə yoluxanlar, həm də çoxlarının həyatla vidalaşmalarının, onların doğma-yaxınlarını ağlatmağın səbəbkarı ola bilərlər. Bu qorxulu pandemiyanın tezliklə ölkəmizdən dəf olub getməsinə görə, biz həkimlər gecə-gündüz yorulmadan çalışırıq — həm də ona görə ki, bu təhlükəli xəstəlik ucbatından heç kəs bir daha ağrılı övlad, qardaş-bacı itkisi ilə üzləşməsin, ata-anaların, qardaş-bacıların gözləri yaşlı qalmasın! Möhtərəm Prezidentimizin bütün fəaliyyət də buna köklənib. Bir həkim olaraq, mən də, ona, xahiş xarakterli çağırış edirəm: “Xalqı bu bəladan, bu təhlükədən sonadək qoruyun, bunu, bu gərgin məqamlarda yalnız Siz daha yaxşı bacarırsınız, möhtərəm Prezident!”
MÜƏLLİFDƏN: Koronavirus adlanan xəstəlikdən dünyasını dəyişənlərin ailələrinə və digərm doğma-yaxınlarına baş sağlığı verir, başımız üstündəki Böyük Allahdan onlara səbr, ölənlərimizə rəhmət, xəstələrimizə şəfa diləyirəm!
araz.az xəbər portalı.