Xosrovbey.jpg10 may Azərbaycanın ilk Hərbi naziri Xosrov bəy Sultanovun doğum günüdür

 Xosrov bəy Sultanov 1918-ci il 28 mayda Tiflisdə İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biri, Azərbaycanın ilk Hərbi naziri, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarından ibarət Qarabağ quberniyasının general-qubernatoru idi.

Qarabağda baş verən hadisələrin mərkəzi siması olaraq Xosrov bəy Sultanovun 1918-ci ilin ortalarından başlayaraq aprel 1920-ci ilin aprelin son günlərinədək Nazirlər Şurasına, Hərbi Nazirliyə, Milli Şuraya, Baş nazirlər Fətəlixan Xoyski və Nəsib bəy Usubbəyova ünvanlandığı xeyli məktub, teleqram, raportları, xüsusən Qafqazda əsas söz sahibi olan ingilis generalı Şatelvortla Qarabağ məsələsinə dair apardığı müzakirələrdən dərhal sonra – 22 avqust 1919-cu il Milli Şuraya göndərdiyi “Qarabağda ingilis siyasəti ilə əlaqədar olaraq yaranmış vəziyyət və onun düzəldilməsi üçün zəruri tədbirlər” adlı məlumat-məruzəsində qoyduğu aşağıdakı tələblərinin və müşahidələrin nə qədər düzgün olduğunu zaman göstərdi:

  1. Qarabağ və Zəngəzur məsələsinin həllində ingilis köməyindən qətiyyətlə imtina edilməlidir; 2. İngilislər Qarabağ və Zəngəzur məsələsinin həllində bizə yalnız maneçilik yaradırlar; 3. Məcburi tədbirlər görülmədikcə, ermənilər Azərbaycan hakimiyyətinə tabe olmayacaqlar; 4. Bu problem həllini tapmadıqca əhali AXC Hökumətinin gücsüz olduğuna inanacaqdır…

Zəngəzur torpağına canı, qanı, əsli-soykökü, ata-baba mülkləri ilə bağlı olan cəsur hərbçi və qətiyyətli siyasətçi olan Xosrov bəy problemin həlli yollarını da göstərirdi:

  1. Təxirə salmadan hərbi hissələri Zəngəzura yeritmək, ermənilərin İrəvandan Zəngəzura, Azərbaycanın digər bölgələrinə hərəkətinin qarşısını almaq; 2. Dağlıq Qarabağa (Erməni Milli Şurasının idarəsində olan) Azərbaycanın hakimiyyətini tanımaq barədə ultimatum vermək və altı gün vaxt qoymaq; 3. Bütün ermənilərə Azərbaycanın bütün rayonlarından getməyi təklif etmək, ultimatum dövründə onlarla hər cür danışıqları kəsmək, ultimatum bitdiyində dərhal hərbi əməliyyatlara başlamaq və bütün məsuliyyəti erməni başçılarının üzərinə qoymaq.

Xosrov bəy Osmanlıda Hərbi nazir Ənvər Paşanın erməni məsələsini necə həll etdiyini də gözəl bilirdi: erməni durduqca problem duracaq, erməni məsələsini həll etməyin yeganə yolu ermənilərdən azad olmaq, onları bu torpaqlardan təmizləməkdir.

1919-cu ilin Novruz bayramında erməni-daşnak hərbi dəstələri general Dronun rəhbərliyi ilə Qarabağa yeganə keçid olan Əsgəranı zəbt etmiş, Şuşa, Zəngəzurla əlaqələri kəsmişdilər. Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri dəqiq, çevik hərbi əməliyyatla mayın 30-da erməni qoşunlarını darmadağın edərək Xankəndi və Şuşanı düşməndən geri almışdı. 1919-cu ilin iyununda X.Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda Şuşaya gizli yolla silah aparan Erməni Milli Şurasının üzvləri həbs edilərək Qarabağ ərazisindən çıxarılmışdı. Top, haupitsa, pulemyotlarla silahlanmış, nizami süvari və piyada dəstələrinə malik olan daşnak ordu hissələrinə qarşı yerli özünümüdafiə və partizan  dəstələri tez-tez sarsıdıcı zərbələr də vurur, erməniləri itkilərə məruz qoyurdu. İngilis missiyasının  arabuluculuğu ilə Mərkəzlə aparılan ermənilərin aldadıcı barışıq müraciətləri bu dəfə də nəticə verdi, ermənilərin aldığı belə sarsıdıcı zərbələrdən sonra Cümhuriyyətin silahlı qüvvələri yaranmış vəziyyətdən istifadə edərək Zəngəzur və Qarabağda erməni mövcudluğuna son qoymaq fürsətini əldən verdi. Xüsusilə Xosrov bəyin qardaşı Sultan bəyin Andronikin nizami ordu hissəsinə qarşı Zabux dərəsində öldürücü zərbə vurması ermənilərin Zəngəzur və Qarabağdan birdəfəlik çıxarılmasına yol açmışdı.

Tarix bir dəfə şans verilir, sən ondan yararlanmadınsa, qarşındakı yararlanacaq, Zəngəzur ortada qalıb sahibini gözləyən ov kimi idi, birinci kim götürdüsə onun idi.

Xosrov bəy 1919-cu il aprelin 2-də AXC Nazirlər Şurasının sədrinə məktubda yazırdı: “general-qubernatorluğun hüdudlarında siyasi məsuliyyəti mən daşıdığım halda hərbi hissələrin mənə tabe olmaması, lazımi zamanda silahlı qüvvələrin gücündən istifadə etmək hüququndan istifadənin, həm də hökumətlə teleqraf, rabitə əlaqəsi, xüsusən zəruri hallarda Hərbi nazirlə əlaqə qurmağımın qeyri-mümkünlüyü bölgəni böhranlı vəziyyətə salıb, faktik olaraq ikihakimiyyətlilik hökm sürür, ingilis missiyası öhdəsinə götürdüyü missiyanı yerinə yetirmir, ermənilərlə, ingilislərlə apardığımız danışıqlar heç bir nəticə vermir, ermənilərin hərəkətlərindən görünür ki, onlar yeni hücumlar üçün güclü hazırlıq aparırlar. Qanuna görə general-qubernatorun hakimiyyəti Baş komandanın hakimiyyətinə bərabər tutulur, ona görə də hərbi hissələr onun tabeliyinə keçməlidir.

Bu, çox ciddi tələbə heç bir cavab gəlmir, Xosrov bəy yenidən Hökumətə yazır ki, Qarabağda hərbi hissələrin mənə tabe edilməsinin zəruriliyi haqqında dəfələrlə verdiyim bəyanata baxmayaraq, indiyə qədər cavabsız qalmışdır. Mənim tərəfimdən bildirilmişdir ki, bu cür tabe edilmə qətiyyən mövcud qanunlarla ziddiyyət təşkil etmir. O yazırdı ki, indiki vaxtda Qarabağ məsələsinin həll edilməsinin mənim cavabdehliyimdə olduğunu nəzərə alaraq, xahiş edirəm hərbi hissələrin Qarabağın general-qubernatoruna tabe edilməsi haqqında qərar verəsiniz, ya da mənim istefamı qəbul edib, hərbi hissələri ona tabe etməklə digər bir şəxsi mənim yerimə təyin edəsiniz. Mən bu haqda bəyanat verərkən tamamilə vətənpərvərlik hisslərindən çıxış edirəm. Nə üçün? Ona görə ki, vilayətdə hərc-mərclik olmasın, vilayət özbaşına buraxılmasın, Hökumətin Qarabağdakı nümayəndəsinə heç bir mövcud siyasi vəziyyətlə, mövcud qanunlarla bəraət qazandırılmayan qeyri-müəyyən və anlaşılmayan münasibət bəslə-yən ermənilərin hakimiyyətinə verilməsin. Xosrov bəy növbəti məktublarında bölgədəki Azərbaycan ordu hissələrinin də durumundan ətraflı bəhs edirdi O, Hərbi nazirliyə tabe olan hissələrdəki əsgərlərin ayaqqabı, geyim, patron çatışmazlığından, hətta itaətsizliyə gətirib çıxaran vəziyyətin kəskinliyindən, neçə aydır şəxsən ona vəd olunan patronları almadığından yazır, Qarabağ, Zəngəzurdakı vəziyyətin böhranlı həddə çatdığını, Qarabağ qubernatorluğuna aid ərazilərin məsələsinin birdəfəlik qəti həlli üçün hərbi sursatla 2 min əsgərin onun tabeliyinə keçirilməsini, İranla sərhəddə boş dayanmış 6 pulemyotun bir neçəsinin onun sərəncamına göndərilməsini tələb edirdi. Əks təqdirdə özünün istefaya göndərilməsini israrla təkid edirdi. Mövcud real vəziyyətdə Xosrov bəy israrında tamam haqlı idi.

AXC Nazirlər Şurasının sədri Nəsibbəy Yusifbəyli Xosrov bəyin bu məktubu ilə bağlı Hökumətin 1919-cu il 19 aprel iclasında şəxsən məruzə edir, qızğın müzakirə keçirilir və məsələ həllini tapmır, heç bir konkret qərar qəbul olunmur, tədbir görülmür. Onun «Azərbaycan» qəzetinin 5 aprel nömrəsində çap olunmuş müsahibəsi də vəziyyətin nə qədər ağırl olduğunu göstərsə də, Hökumət və Parlamentdəki müəyyən qüvvələr müxtəlif bəhanələr, əsassız arqumentlərlə, ən başlıcası isə ingilis nümayəndəliyinin təzyiqi qarşısında geri çəkilərək Qarabağda, Zəngəzurda vəziyyətin birdəfəlik Azərbaycanın xeyrinə həlli yolunda ciddi sipər çəkdilər.

Xosrov bəy Sultanov haqqında ən düzgün qiyməti Üzeyirbəy Hacıbəyli vermişdi: «Həqiqətən, o, Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına tamamilə aşina olan bu zat sağlam bir vücuda malik olan kimi sağlam və salamat politika yerindən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan bu zat Qarabağın hökuməti başında olması idi, burası – Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital olmuşdu».

Və bir də ermənilər hər vəchlə Xosrov bəyin əvvəl Hərbi nazir, sonra da Qarabağdan uzaqlaşdırılmasını, ya da səlahiyyətlərinin məhdudlaşdırılmasını israrla tələb edirdi və Parlament, Hökumətdəki tərəfdarlarının yardımı ilə buna nail olurdu. «Наше время» qəzeti 1919-cu il 13 iyun tarixli sayında yazırdı: «8 iyunda Qarabağda qanlı hadisələrə dair Van kilsəsi yanında mitinqdə qəbul edilmiş aşağıdakı qətnamə Müttəfiq Dövlətlərə, beynəlxalq təşkilatlara göndərilmişdir və bu müraciətdən də Xosrov bəyin erməni planlarına qarşı ən böyük maneə olduğu görünür: “Qarabağda daimi olaraq sakitliyi və qayda-qanunu pozan məşhur türk agenti və Azərbaycan general-qubernatoru Xosrov bəy Sultanov və bütün Azərbaycan hərbi hissələri Qarabağdan çıxarılsın.”

Tarix təkrar olundu; 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Hərbi naziri Xosrov bəy Sultanova qarşı aparılan hərəkətlər 1990-91-ci illərdə Azərbaycan Respublikasının ilk müdafiə naziri general-leytenant Valeh Bərşadlı və ilk daxili işlər naziri Məhəmməd Əsədovla bağlı da eynilə təkrar edildi. Onların hər üçünə o torpaqlar Vətən idi, canı, qanı ilə o yerlərə bağlı idilər, erməni xislətinə, iddialarına yaxşı bələd idilər, əsilli-köklü nəslin nümayəndələri, xalqın inandığı, etibar etdiyi böyük nüfuz sahibi idilər, ona görə də Qarabağda erməni məsələsinin birdəfəlik, qətiyyətli həlli yolunu tutmuşdular, barışmaz mövqedə durmuşdular, bunun üçün Dövlətin də siyasi iradə, hərbi güc göstərməyini tələb edirdilər.

Və Qarabağda ən kritik, son zəfər günlərinin yaxınlaşdığı, ermənilərin birdəfəlik köçüb getmələrinə yardımçı olmaq üçün yalvardıqları günlərdə vəzifələrindən azad edildilər; Xosrov bəy Əkinçilik naziri, Valeh Bərşadlı C.Naxçıvanski liseyinə rəis, M.Əsədov müşavir vəzifəsinə göndərildi.

Nəticə göz qabağında….

Hacı Nərimanoğlu,

Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru

araz.az xəbər portalı.