Müdafiə sənayesi naziri Yavər Camalov və onun icra başçısı olan qardaşı haqda ilginc faktlar
Azərbaycanın “quberniya prinsipi” ilə idarə olunması haqda çox yazılıb. Artıq kimsəyə sirr deyil ki, ölkə kiçik hissələrə bölünərək hər biri hansısa nazir-oliqarxın kurasiyasına verilib. Bütün bölgələr nazir, komitə rəhbərləri arasında pay-puş olunanda isə Şirvan şəhəri də Yavər Camalovun nəzarətinə verilib və onun qardaşı Mərdan Camalov icra başçısı təyin edilib. Bu imtiyaz isə Camalov qardaşlarının varlanması üçün “yaşıl işıq” rolunu oynayıb.Maraqlıdır, bəs qardaşlar necə oldu ki, ölkənin say-seçmə oliqarxları sırasına qatıla bildilər? Bu sualın cavabı istiqamətində kiçik araşdırma aparmışıq və bu yazımızda həmin sualı cavablandırmağa çalışacağıq. Beləliklə….
Müdafiə sənayesi naziri olan Yavər Camalov haqqında yəqin ki, kifayət qədər məlumatınız var. Məlumat üçün bildirək ki, o bir zamanlar Azərbaycan Dövlət Neft Şirkətində çalışıb və adıçəkilən qurumda işlədiyi illərdə adı bir sıra qalmaqallı olaylarda hallanıb. Belə ki, Yavər Camalov hələ ARDNŞ-də işlədiyi zaman korrupsiya qalmaqalında adı hallanıb və həmin vaxt təfərrüatları tam bəlli olmayan olay kifayət qədər şişib. Hətta o zaman onun həbsinə hazırlığın getdiyi də söylənilirdi. Amma gözlənilmədən o bu həbsdən qurtuldu və bir müddət sonra qalmaqal tamamilə unuduldu.
Bundan istifadə edən Yavər Camalov isə himayədarlarının aktiv dəstəyi ilə yeni yaradılan Müdafiə Sənayesi Nazirliyini ələ keçirə bildi. Adıçəkilən nazirlik yarandığı gündən bu yana nazir kürsüsündə əyləşməyi bacaran Yavər Camalov postundan həm də varlanmaq imkanı kimi yararlanmağı bacardı. Elə bunun nəticəsidir ki, o bu gün barmaqla sayılacaq oliqarxlardan birinə çevrilb.
Qeyd edək ki, Azərbaycan hakimiyyətinin bu gün hərbi sənayenin inkişafında maraqlı olması səbəbindən hər il bu sahəyə milyonlarla manat həcmində pul ayrılır və ayrılan pulları nəzərə alsaq hesab etmək olardı ki, bu gün hərbi sənaye parkımız tam formalaşıb. Amma reallıq bunun tam əksini deyir. Bir neçə növ silah istehsalı ilə məşğul olan Yavər Camalov ayrılan milyonlarla manat vəsaiti elə bir formada yox edir ki, bunun kökünü tapmaq belə mümkün deyil. Amma müvafiq orqanlar həqiqətən axtarmaq istəsələr həmin maliyyənin kökünü və nələrə sərf olunmasını tapa bilərlər.
Bu gün Yavər Camalova məxsus “Kral” şadlıq evi ilə “Olimpik-star” istirahət mərkəzinin qiyməti 4-5 milyon manatdan da çox edir. Bundan başqa Yavər Camalovun Bakının Teymur Əliyev küçəsindəki 5 villasının dəyəri 10-15 milyon manatdan çoxdur. Onda sual olunur, bir məmur bu qədər vəsaiti hansı yolla əldə edib? Bunu da qeyd edək ki, Yavər Camalovun həmçinin Türkiyədə, Şərqi Avropada milyonlarla manat dəyərində biznesi mövcuddur.
Yavər Camalovla yanaşı onun qardaşı Mərdan Camalovun da adı oliqarx-məmurlar sırasında çəkilməkdədir. Şirvan rayonunun icra başçısı olan Mərdan Camalov demək olar ki, rayonu başdan-ayağa özəlləşdirib. İş adamlarını sıradan çıxaran Mərdan Camalov torpaq sahələrini, şəhərin mərkəzində ki, ticarət mərkəzlərini, şəhərin bazarını özəlləşdirib. Rayonda fermer təsərüfatı ilə isə heç kəs məşğul ola bilməz. Çünki fermer təsərüfatları, yataqlar tam olaraq Mərdan Camalovun nəzarətindədir. Bundan başqa hər il rayonun inkişafı, abadlıqü işləri üçün büdcədən ayrılan milyonlarla manatın bir qəpiyi belə rayona sərf edilmir və icra başçıı tərəfindən mənimsənilir.
Bunun qarşılığında isə iş adamalrı, rayon idarə rəhbərləri prosesə cəlb edilir və onlardan alınan vəsait hesabına rayondakı abadlıq işləri həyata keçirilir. Rayondakı mənbələrin bildirdiyinə görə, hər ay idarə rəhbərləri Mərdan Camalovun qəbulunda olur və hər qəpiyin belə hesabı aparılır. Çox təssüflər ki, Camalov qardaşlarının bu talançılığına hələ ki, heç kim manə ola bilmir.
Rayondakı mənbə deyir ki, icra başçısı ilk olaraq torpaqlarını kateqoriyalara bölərək əvvəlcə hektarlarını 100 min manata, sonra isə torpağın hər kvadrat metrini 100-150-200 manata satıb. Daxil olan məlumatlarda daha sonar iddia olunur ki, M.Camalov Heydər Əliyevə adına olan meydanda yerləşən Şahmat məktəbini bölərək Samir adlı oğluna verib. Hazırda obyekt telefon mağazası kimi fəaliyyətdədir. Bundan başqa Heydər Əliyev adına istirahət parkında dəbdəbəli çayxanası, uşaq əyləncə qurğuları, yayda su, dondurma, qarğıdalı köşkləri satan fəaliyyət göstərir. Həmin kompleks obyektdən gələn vəsait bilavasitə M.Camalova çatır.
Bütün bu yazılanlar isə əldə etdiyimiz məlumatların yalnız kiçik hissəsidir. Bu istiqamətdəki araşdırmalarımız isə davam edir.
Şahin
araz.az xəbər portalı.