z1-300x188.jpg


 Tacikistanda milis general-mayoru Suhrob Rahmonzoda vəzifəsini itirməmək üçün çəkisini 15 kiloqram azaltmağa nail olub.


 
Araz.az saytı Moderator.az-a istinadən yazır ki, bu haqda  “TacikTA” agentliyi xəbər yayıb.
 
Qeyd edilir ki, yüksək çinli polis məmurunun ağır çəkisinə  qarşı qətiyyətlə mübarizə aparmasına daxili işlər nazirinin  normadan artıq çəkisi olan milis əməkdaşlarını orqanlardan xaric etmək haqda əmri olub.
 
DİN bütün əməkdaşları üçün boy və çəkinin uyğunluğuna dair normativlər müəyyənləşdirib.
 
Məsələn, boy 170 santimetrdirsə, çəki 75 kiloqramdan çox olmamalıdır. Əmrə əsasən  işdən çıxarılanlara öz parametrlərini müəyyən olunmuş standarta gətirmək üçün vaxt verilib. Yalnız bundan  sonra onların işə bərpa olunacağı bildirilib.
 

Xatırladaq ki, 2017-ci ildə Tacikistan Daxili İşlər Nazirliyinin 20 əməkdaşı  artıq çəkiyə görə tutduqları vəzifədən kənarlaşdırılıb.
 
DİN rəhbərliyi milislərə dəfələrlə özlərini yaxşı fiziki formada saxlamaq haqda  xəbərdar edib.
 
Hətta dekabrda çəkisi normadan çox olanlara artıq kilolarını atmaq üçün bir ay vaxt verilib.
 
Arıqlamağa imkan tapmayanlar işlə vidalaşmalı olublar.

araz.az xəbər portalı.